Miras və İslam üçün AlHassanain Network Düşüncə

ÜÇ GÖY MƏSCID

0 Nəzərlər 00.0 / 5

ÜÇ GÖY MƏSCID

Allahın adı ilə

Bakıdakı "Göy məscid" çoxlarımıza tanışdır. Lakin bu adla adlandırılan məscid yalnız bizim "Göy məscid" kimi tanıdığımız Əjcərbəy məscidi deyil. Bakı ilə yanaşı Təbriz və İrəvan şəhərində də məhz "Göy məscid"adı ilə məşhur olan tarixi memarlıq incilərindən sayılan ibadət ocaqlarımız vardır.

Bakıda "Göy məscid"kimi tanınan hacı Əjdərbəy məscidi şəhərin mərkəzində, Səməd Vurğun küçəsində yerləşir. Bu gözəl ibadət ocağının binövrəsi 1912-1913-cü illərdə qoyulub. Məscidin iç sahəsi 24 x 12 metrdir.

Məscid mülki mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilib. Günbəzi göy rəngdə olduğuna görə ona xalq arasında "Göy məscid" deyilir. Bu məsciddə görkəmli din xadimləri fəaliyyət göstərmiş, hətta burada sovetlər dövründə belə dini maarifçiliklə məşğul olmuşdur.

Bakının digər məscidlərindən fərqli olaraq, bu məsciddə bütün İslam məzhəblərinin nümayəndələri ibadət edirlər. Yəni, bu məscid həm şiə həm də sünnü müsəlmanlar üçün eyni dərəcədə doğmadır. Burada dinimizin bütün mərasim və bayramları mütəşəkkil surətdə keçirilir.

Hacı Əjdərbəy məscidinin daxili hissəsində, eləcə də bir çox yerində Qurandan ayələr həkk olunmuşdur. Məscidin inter yeri çox nəfis şəkildə və nəbati ornamentlərlə bəzədilib.

Sovetlərin ilkin dövründə kazarma kimi istifadə olunan bu məscidin 1944-cü ildə "Təzə Pir" məscidi ilə birgə fəaliyyəti bərpa olunub.

SSRİ-nin son dövrünədək şəhərimizdə yalnız bu iki məscid dindarların istifadəsində olmuş, məscid kimi fəaliyyət göstərmişdir.

Məscidi tikdirən mərhum Hacı Əjdərbəy İbrahimovun (1275-1241 h. q.) qəbri məscidin girişində yerləşib.

Qeyd edək ki, Bakıdakı "Göy məscid" günümüzdə də böyük sayda dindarların toplaşıb dini ayinlərini icra etdikləri ən iri məscidlərdən hesab olunur.

Təbriz şəhərinin qədim məhəllələrindən birində xv əsrdə ucaldılmış "Göy məscid" adlı möhtəşəm məscid bu gün də mədəni irsimizin iftixar nümunələrindən hesab edilə bilər. Bu ibadət ocağı Qaraqoyunlu hökmdarı Cahanşahın (1437- 1467) tikdirdiyi "Müzəffəriyyə" memarlıq kompleksinin mərkəzi tikilisi olmuşdur. Məlum olduğu kimi, Cahanşah Təbrizi öz dövlətinin Paytaxtı elan etmiş və burada bir sıra mühüm komplekslər tikdirmişdir. "Göy məscid" kompleksindən günümüzə yalnız bu tikilinin binası, o da ki, dağınıq halda qalmışdır. Hazırda İranın ən qabaqcıl memer və inşaatçılarının səyi ilə kompleksli şəkildə restavrasiya edilən məscidin memar Xacə Əli Kücəci tərəfindən tikildiyi ehtimal edilir. Başqa bir ehtimala görə, məscid İzzəddin Qapuçinin rəhbərliyi ilə bina edilmişdir. Məscidin kitabələrinin Nemətul-Bəvvab işləmişdir. Bəzi tarixşilər isə onun məscidin memarı olduğunu göstərmişlər. Bişmiş kərpicdən inşa edilən əzəmətli məscid kvadrat şəkilli böyük salondan və onun ətrafında qruplaşdırılmış 9 kiçik otaqdan ibarətdir. Uzunluğu 50 metrdən çox əsas fəsadın baştaq, kənarlarında iki minarə var. "Göy məscid" monumental günbəzlidir. (diametri 16,5m.) Məscidin rumi və islami ornamentli zəngin naxışları, kaşı və oyma bəzəkləri onun quruluşu ilə üzvi əlaqələndirilmiş, kitabələri nəstəliq, kufi, süls və rüqə xətləri ilə işlənmişdir. Ümumi kaloritində göy rəng üstünlük təşkil etdiyinə görə Cahanşahın tikdirdiyi bu məscid "Göy Məscid" adlandırılmışdır. Bu məscidi "İslamın firuzəsi kimi də vəsf etmişlər. Qeyd edək ki, "Göy Məscid" artıq 74 ildir ki, İranın milli irsi siyahısında yer almış və dövlət tərəfindən dini-tarixi bir abidə kimi qorunmaqdadır.

Digər bir "Göy məscid" isə İrəvandadır.İrəvan şəhərinində ən mərkəzi və qədim məhəllələrindən birində "Göy məscid" adlı ibadət ocağı vardır. Bu günümüzədək öz varlığını qoroyub saxlamış yeganə müsəlman məscididir. Məscid 1765-66-cı illərdə Hüseyn Əli Xan tərəfindən inşa edilmiş və İrəvan xanlığı dövründə bir ibadət ocağı olmaqla yanaşı, həm də xanlığın ictimai-siyasi həyatında özünəməxsus rol oynamışdır. Qeyd edək ki, İrəvan xanlığının Rusiya tərəfindən işğalınadək (1828) burada müsəlmanlar əhalinin böyük əksəriyyətini təşkil etmişlər. Və xanlıq mərkəzi olan İrəvanda çoxlu sayda məscid olmuşdur. Sovetlər dövrünədək mədəni irsimizin inciləri olan bu tikintilərdən 6-7-si hələ də dindar müsəlmanların xidmətində olmuşdur.Lakin SSRİ dövründə şəhərin tam erməniləşdirilməsi planı həyata keçmiş və müsəlmanların maddi-mənəvi irsinə qarşı Repressiyalar başlanmışdır. 1923-cü ildə memar A.Tamanyanın şəhərsalma layihəsi həyata keçirilmiş və İrəvan şəhərinin yeni siması yeni baş plana uyğun tərtib edilmişdir. Yeni baş plana görə şəhərdə yüzilliklərdən bəri müsəlman mədəniyyətini təmsil edən saysız-hesabsız abidələr, xalqımızın əsrlərlə yaratmış olduğu madi mədəniyyət nümunələri yerlə yeksan edildi və qədim məhəllələrin böyük bir hissəsi tamamilə dağıdılaraq yerində yeni erməni şəhəri salındı. İrəvan məscidlərinin də əksəriyyəti bu mədəni soyqırımın qurbanı oldu. Bu abidələrdən yalnız "Göy məscid" saxlanıldı ki, o da İrəvan tarix Muzeyi kimi faliyyət göstərdi. Hazırda İrəvanın mərkəzində şəhərin tarixini və qədim mədəniyyətini simvolizə edən bu məscidin minarələri xalqımızdan imdad diləyir və bizləri bu məscid və bu şəhəri unutmağa çağırır. "Göy məscid" müsəlmanların yolunu gözləyir...

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə