BUNLARI BILMƏK MARAQLIDIR


BUNLARI BILMƏK MARAQLIDIR

Cənubda yaşayan hər adamın dərisi həyatı boyu 10-15 ton tər ifraz edir. İnsan orqanizmi 3-5 litr su itirən zaman susuzluq başlayır. Ümumiyyətlə, orqanizm bir faiz su itirdikdə susuzluq baş verir. 70 faiz su itirdikdə isə ölümlə nəticələnir.

İnsan daha çox oksigen almaq və bədəndə olan karbon qazını boşaltmaq üçün əsnəyir. Qanın tərkibində karbon qazı artdıqda beyin, ağ ciyər əzələlərindən müəyyən siqnallar gəlir ki, bunun da nəticəsində dərin əsnəmə başlayır.

İnsan bədənində olan kapilyarların uzunluğu 10 min kilometrə çatır ki, bu da ekvator uzunluğundan 2,5 dəfə artıqdır.

İki yüz insan tükündən olan hörük 20 ton yükü saxlaya bilər. İnsanın başında 102 mindən 140 minə kimi, dərisində isə 20 minə kimi tük olur. Tük gündə 0, 35-0,4 mm uzanır.

Çəkisi bir kiloqramdan az olan canlılarda ağıl olmur. Bir kilo beyin ağıl üçün aşağı həddir. Orta hesabla insan beyini 1.450 qram, delfinin ki, 1.700 qram, balinanınkı isə 9 kiloqramdır.

C. Cabbarlının beyni 2.775 qram, İ.S. Turqenevin beyini 2.012 qram, Fransız alimi J. Küvyenin beyini 1. 600 qram, D. İ. Mendeleyevin beyini 1.571 qram, İ. P. Pavlovun beyini 1.650 qram olmuşdur.

İnsan gözündə şüşəvari cismin 99 faizi, beyinin 90 faizi, ürəyin 80 faizi, sümüyün 22 faizi, əzələlərin 75 faizi sudan ibarətdir.

Beynin ən yeksək çəkisi kişilərdə 20-29 yaşında, qadınlarda isə 15-19 yaşında olur. İnsanın beynində 10 milyardan çox hüceyrə və 10 trilyon sinir lifləri vardır. Beyin səthinin ümumi sahəsi 1.460-1.670 kvadrat santimetrdir.

İnsanın gündəlik qidasında 600 maddə, o cümlədən 17 vitamin və 20 amin turşusu iştirak edir. Bir adam ildə 7 kiloqram xörək duzu qəbul edir.

Bəstəkar C. Verdi 89 il, mikrobioloq N.F. Namayev 91 il, helmintoloq K.İ. Skryabin və kimyaçı İ.F. Zelinski 92 il, ingilis yazıçısı B. Şou 94 il, mikrobioloq S. N. Vinoqradski 97 il, italyan rəssamı V. Titsian 99 il, xalq şairi Cambul 100 il, Fransız akademiki Genno 104 il, Azərbaycanlı Ş. Müslümov 168 il, Pakistanlı Məhəmməd Əfrəl 180 il, ingilis Tomas Korpe 201 il yaşamışlar.

Aparılan tədqiqatlar göstərir ki, günəş səthində parıltılar çoxaldıqda hipertoniya və aterosklerozla xəstələnənlərin vəziyyəti ağırlaşır, qan damarlarının spazması baş verir.

Yuxarı Zambeziyada zənci tayfalarının kişiləri qadına qarşı nəzakətli və qayğıkeşdirlər. Yerli adətə görə kürəkən öz qaynanası ilə danışarkən hörmət əlaməti olaraq mütləq onun qarşısında dizi üstə çökməlidir.