Miras və İslam üçün AlHassanain Network Düşüncə

QURANDA "FIRON"KƏLMƏSI

0 Nəzərlər 00.0 / 5

QURANDA "FIRON"KƏLMƏSI

Əhdi Ətiqədə Həzrət İbrahimlə hökmdarından Firon olaraq bəhs edilir. Halbuli Firon hər iki Peyğəmbərdən sonra işlədiləcəkdi.

Quranda Həzrət Yusif dövründəki Misir İdarəsindən bəhs edilərkən "hökmdar, çar, kral, sultan" mənalarına gələn Ərəb dilində "əl-məlik" kəlməsi işlədilir:

"Hökmdar:"Onu mənim yanıma gətirin!" dedi".("Yusif", 12 50).

Həzrət Musa dövründəki Misirin idarəçisində isə "Firon" kəlməsi ilə bəhs edilir. Quranda bildirilən bu fərqə nə qədim və yəni Əhddə, nə də yəhudi tarixçilərinin əsərlərində rast gəlmək olar Onlar ancaq "Firon" ifadəsi işlədirlər. Həqiqətdə də Misir tarıxındə "Firon" ifadəsinin işlədilməsi ancaq sonrakı dövrlərə aiddir. "Firon" xitabı ilk dəfə bizim eradan əvvəl x1v əsrdə 1v Amenhotepin dövründən etibarən işlədilməyə başlanmışdır. Həzrət Yusif isə bu tarixdən ən azı 200 il əvvəl yaşayıb. Britaniya ensiklopediyasına görə, "Firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır: b.e.ə. 1539-1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945-745- 730-cu illər) hörmət mənasında da bu söz çarın ünvanına çevrilib əvvəllər isə bu xitabdan heç vaxt işlədilməyib.

Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik ensiklopediyasında "qeyd edilmişdir. Həmin ensiklopediyada "Firon" ləqəbini yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir.

Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə olunmağa başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi-Həzrət Yusif dövründəki hökmdardan həmişə "kral,çar, hökmdar" olaraq bəhs edildiyi halda Həzrət Musanın dövründəki hər dəfə "Firon" adlandırılması-Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir.

Harun Yəhyanın "Quran möcüzələri" kitabından

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə