Miras və İslam üçün AlHassanain Network Düşüncə

MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (2)

0 Nəzərlər 00.0 / 5

MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (2)

İkinci rüknün birinci babında aləmin mənşəyi haqqqında fikirləri qeyd edən şair sofistlərin, dualistlərin filosoflardan Fales, Əflatun, Empedokl, Pifaqor, Sokrat, Demokrit, Ərəstun və Heraklitin fikirlərini müqayisəli şəkildə vermiş, lakin yenə də öz ənənəsinə sadiq qalaraq, Quran ayələrinə və Peyğəmbər (s) sözünə uyğun olanları təsdiqdə götürmüşdür. Falesin "ilk ünsur sudan ibarətdir, suyun hər bir şəklə düşmək qabiliyyəti olduğu üçün onun sıxlaşıb bərkiməsindən yer, durulmasından (incəlməsindən) od və hava əmələ gəlmişdir. "göy isə odun tüstüsündən törənmişdir", sözünü: "onun ərşi su üzərində idi", ayəsinə, Ərəstunun "vahid yaradıcıdan ilkin fəal ağıl nəşət etmişdir. Ağıl öz mahiyyəti etibarilə mümkün, lakin öz səbəbiyyəti etibarilə vacibdir. Ağıl öz mahiyətini və səbəbiyyətini xatırlamış və bu xatırlamadan şeylər nəşət etmişdir" , sözünü Peyğəmbər (s)-ın "Tanrının ilk yaratdığı şey ağıldır" sözünə uyğun olaraq təsdiqləmişdir. Babın sonunda isə Heraklitin sözlərini Quranda dönə-dönə təkrarlanan qiyamət gününün olacağına inamla bağlayıb qəbul edir.

Üçüncü rükn Tanrının varlığına aid biliklərin müqayisəli təhlilinə aiddir. Burada şair təkcə filosofların deyil, təbii olaraq burada şərq fəlsəfəsinin nümayəndələrindən daha çox bir çox müsəlman təriqətlərini də şərh edir, bir çox stat gətirilir. Tanrının varlığının isbatından bəhs edən üçüncü babda Fizuli yenə də öz sözündə qalır və yazır: "Vacibin isbatına aid olan islahatların yekunu belədir. Lakin hər kim bu məsələnin daha artıq izahı ilə maraqlanırsa, Onun (Məhəmməd Peyğəmbərin (s):"hər kim özünü tanıyırsa, Tanrısını da tanıyır", sözünü əsas götürməlidir".

Dördüncü babda şair "bəziləri demişlər" altında verdiyi fikirlər içərisində "iki" nöqteyi nəzər əsasında Tanrının zatına aid biliyə ağıl vasitəsilə yol tapmaq olmaz"fikrini Peyğəmbərin (s)"biz səni (Tanrını) lazımınca tanıya bilmədik"sözünə uyğun olduğu üçün qəbul edir.

Dördüncü rükndə şair Məhəmməd peyğəmbərin (s) peyğəmbərliyi isməti, başqa peyğəmbərlərdən üstünlüyü insanların ona olan ehtiyacı haqqında, həm də imamət ,məhşər,axirət dünyasındaki sorğu-sual barədə fikirləri qeyd edir.. Ağıllı iddaları qəbul edib, lazımsızları isə özünün ağıllı fikirləri, Qurandan, hədislərdən götürdüyü statlarla təkzib edir. Burada biz şairin çox ustalıq və bacarıqla bir qrupun fikrini digər bir qrupun fikri ilə rədd etdiyinin şahidi oluruq.

Dördüncü rüknün yeddinci babında daha bir mübahisəli məsələ gözlənir ki, bu da ruhun varlığı, onun ölümündən sonra qiyamətə kimi var olması, ləzzətləri və ələmi ilə bağlıdır. Şair bu məsələni ağıl vasitəsilə araşdıraraq qeyd edir ki, ruh müdrik varlıqdır, o bədəndə ləzzət və ələmi dərketmə qabiliyyətini itirmir. Şair ruhun bədəndən əvvəl və sonra mövcudluğunu, hissetmə və dərketmə qabiliyyətinə malik olduğunu qəbul edir

Ruhun bədəndən əvvəlki və sonrakı varlığının mümkünlüyünü Fizuli özünün "Səhhət və mərəz"əsərində də aydın göstərir. Allaha hədsiz həmd və sənadan sonra şair ibadətdən sonra belə bir əhvalat söyləyir:

Zatı-təmiz, fəzilətli ruh Cəbərut aləmində doğulmuş, lahut fəzasında məkan tutmuşdu: Bir gün başına bir hava düşür və Nasut aləminə qədəm qoyur. Bədən adlı məmləkətlə qarşılaşır. Dörd qardaşın əlbir işi ilə fəaliyyət göstərən yeddi ölkədən ibarət yeddi əndamlı mülkdə dörd arxın təbiətinə malik olan Mizac adlı qızla qarşılaşır. Bədən mülkü ruhun xoşuna gəldiyindən Mizacla evlənir və onların Səhhət adlı övladları olur. Bədən diyarında gəzən ruh ürək şəhərini xoşlayıb orada məclis təşkil edir və əsl nəcabətlilərin özlərini öyməsindən pərişan olub, onları məzəmmət etməyə başlayır. Bundan inciyən tayfa sakitcə kənara çəkilib ruha itaət etməkdən boyun qaçırır. Onlar ruha pislik etmək üçün tədbir görürlər. Nəhayət, onlar istəklərinə nail olurlar və əsərdə Mərəzlə Səhhətin Mübarizəsinin şahidi oluruq. Bir çox xəstəliklərdən sonra Mizacın xətrinə Əxlat mərəzdən dönüb Səhhətlə yoldaş olur və mərəz bədən mülkünü tərk rdir.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə