Miras və İslam üçün AlHassanain Network Düşüncə

İMAMI YAD ETMƏK

1 Nəzərlər 02.0 / 5

İMAMI YAD ETMƏK

Müntəzirlərin imam barəsində mə`rifət kəsb etməsinə və o həzrətə tabe olmasına kömək edən, intizar yolunda səbir və müqavimətə səbəb olan bir şey daim o həzrətin, başqa sözlə, ruhlara şəfa verən bir təbibin yad olunmasıdır.

Doğrusu, ümmətin mehriban imamının həmişə öz şiələrinin vəziyyətinə nəzarət etdiyini, bir an belə, onlardan qafil olmadığını bildikdə, rəvadırmı ki, ona aşiq olanlar dünya və onun mənfur təəlüqatlarına baş qarışdırsınlar və o əziz şəxsiyyətdən qafil və xəbərsiz qalsınlar?! Halbuki, həqiqi dostluq və məhəbbətin şərti bundan ibarətdir ki, hər bir halda onu özümüzdən və başqalarından qabağa keçirək. Dua etmək istəyəndə, əvvəlcə ondan başlayaq, onun salamatlığı və zühurunun tezləşməsi üçün dua edək. Çünki, o həzrətin özü belə buyurmuşdur: «Fərəcin tezləşdirilməsi üçün çox dua edin; çünki bu sizin fərəc və qurtuluşunuzdur.»[1] Biz bu duanı oxuyaraq həmişə imam üçün dua etməliyik:

اللّهُمَّ كُنْ لِوَلِيَّكَ الْحُجَّةِبْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى ابائهِ فِى هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَليّاً وَحافِظًا وًقائداً وَناصراً وَدليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا وَتُمَتِّعَهُ فيها طَويلاً[2]

Pərvərdigara, Öz vəlin olan Höccət ibnil-Həsən üçün –Sənin salam və salavatın ona və onun pak ata-babalarına olsun! –Bu saatda və bütün saatlarda keşikçi, rəhbər, köməkçi, yol göstərən ol ta ki, (o zamana qədər ki,) yer üzündə rəğbət və meyl üzündə ona yer verəsən, və onu yer üzündə uzun müddət ərzində bəhrələndirəsən.»

Həqiqi intizarçı sədəqə verən zaman əvvəlcə öz imamının şərif vücudunun salamatlığı nəzərə alır və hər bir bəhanə ilə əlini onun mehr-məhəbbətlə dolu ətəyinə atır, onun mübarək zühurunun şövqündən və misilsiz camalının görüşündən nalə edir.

عَزيزُ عَلَىَّ أَنْ اَرَى الخَلْقَ وَلاتُرى

«Mənə necə də çətindir ki, hamını görüm, amma sən görünməyəsən?!»[3]

İntizar yolunu ötüb keçən hər bir şəxs qəlblərin sevimlisi olan o böyük şəxsiyyətin adına bərqərar olunan məclislərdə iştirak edir ki, özünün onunla olan məhəbbət tellərini bir daha möhkəmləndirsin. O, «səhlə» və «cəmkəran» məscidi, İmam Zaman (ə)-a mənsub olan müqəddəs sərdab və sair kimi müqəddəs yerlərə getməklə bu əlaqələri möhkəmləndirir.

Müntəzirlərinhəyatında İmam Məhd (ə)-ın xartırlanmasının ən gözəl cilvələrindən biri də budur ki, hər gün onunla bağladığı əhd-peymanını (beyəti) yeniləşdirsin, özünün bu əhd peymana sadiq qalmasını e`lan etsin. «Əhd» duasında belə oxuyuruq:

اَلّلهُمَّ اِنّى اُجَدِّدُ لَهُ فى صَبيحَةِ يَومى هذا وَما عِشْتُ مِنْ اَيّامى عَهْداً وَعَقْداً وَبَيْعَةً لَه فى عُنُقى لااَحُولَ عَنْها وَلااَزُولَ اَبَداً اَلّلهُمَّ اجْعَلْنى مِنْ اَنْصارِهِ وَاَعْوانِهِ وَالذّابّينَ عَنْهُ والْمُسارِعينَ اِلَيْهِ فى قَضاءِ حَوائِجِهِ والمُمْتَثِلينَ لِاَوامِرِه وَالمُحامينَ عَنْهُ وَالسّابِقينَ الى اِرادَتِهِ وَالمُسْتَشهِدينَ بَيْنَ يَدَيْه

«Pərvərdigara! Mən bu günün sübhündə və həyatımın bütün dövrlərində o həzrətin barəsində öhdəmdə olan əhd-peymanı və bey`əti yeniləşdirirəm və ondan və (əhd-peymandan) heç vaxt qayıtmaram. Və onun üzərində möhkəm dayanıram. Pərvərdigara! Məni o həzrətin köməkçilərindən, onun müqəddəs sərhədlərini müdafiə edənlərdən, istəklərini yerinə yetirmək üçün onun hüzuruna tələsənlərdən, ona itaət edənlərdən, göstərişlərinə əməl edənlərdən, o həzrətin şərif vücudunu himayə edənlərdən, onun istəklərinə doğru qabağa düşənlərdən və onun gözləri önündə şəhid olanlardan qərar ver!»[4]

Əgər bir şəxs daim əhd duasını oxusa və ruhunun dərinliklərində onun məzmununa sədaqətli qalsa, heç vaxt süstlüyə düçar olmaz, öz imamının məqsədlərinin həyata keçməsində, o həzrətin zühuru üçün zəminə yaratmaqda daim çalışar və bir an belə usanmaz və doğrudan da belə bir şəxs ilahi zəxirələrin sonuncusuna kömək etmə meydanında layiqli hüzurunu göstərmiş olur.

İmam Sadiq (ə) buyurmuşdur: «Hər kəs qırx gün sübh çağı Allahı bu əhd duası ilə dua edərək çağırsa, bizim Qaimimizin köməkçilərindən olacaqdır. Əgər o həzrətin zühurundan öncə dünyadan gedərsə, Allah təala (zühur zamanı) onu qəbirdən dirildər (və Qaimin köməkçilərindən qərar verər).»



[1] Kəmalud din, ikinci cild, 45-ci bab, hədis 4, səh 237

[2] Məfatihul-cinan, mübarək Ramazan ayının 23-cü gecəsinin əməlləri.

[3] Məfatihul-cinan, Nüdbə duası

[4] Yenə orada, «Əhd duası»

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə