Miras və İslam üçün AlHassanain Network Düşüncə

İSLAMDA TƏBABƏT (3)

0 Nəzərlər 00.0 / 5

İSLAMDA TƏBABƏT (3)

Allahın adı ilə

Cənnət meyvəsi sayılan ənciri istər təzə halda, istər mürəbbə və istərsədə quru və kompot halında ilboyu süfrələrinizdən əskik etməyin, içindəki vitaminlər, xüsusən də kalsium və dəmir onu qışda daha da faydalı edir. İlboyu əncir və zeytun yağından birlikdə istifadə edin ki, Allah bu təbii ilacla bir çox əlacsız xəstələrə şəfa verər. Ənciri zeytun yağı ilə gündəlik yeməyə başladıqda ilk bir gün bağırsaqlarda zəif boşalma halları olarsa, bu ötərgidir.

Şükürlər olsun rəhman Allaha ki, yaratdığı hər bir neməti insana faydalı etmiş, hər nə yaratmışsa, insanın sağlam və mənalı yaşaması üçün yaratmışdır. Salamlar olsun bəşərin ən kamili olan həzrət Məhəmməd (s) və onun sevimli əhli-beytinə

İslamda təbabət

İlahi nemət

Alim Allah aləmləri yaratdı, yer üzünü istifadə üçün yararlı etdi ki, canlılar yarandıqda əziyyətə düşməsinlər. Öz hikməti üzrə, hər yaratdığı canlının əvvəl ruzisini yaratdı Allah. Alim və Qadir Allah Adəmi (ə) yaratmazdan əvvəl üzünü bitgilərlə zinətləndirdi. Adəmin (ə) və onun övladlarının ruzisini əvvəl, sonra özlərini yaratdı və bütün yaratdıqlarından üstün qərar verdi, yaratdıqlarına xəlifə elan etdi Adəmi (ə). Və buyurdu:-Yaratdığım nemətlərin hamısından istifadə et, qadağan etdiklərimdən başqa. Beləliklə, Allah yer üzündə olan hər şeyi Babamız və ilk insan- peyğəmbər olan Adəmə Quran ifadəsilə desək öyrətdi. Vəbu öyrətmə, bu yol göstərmə 124 min peyğəmbər vasitəsilə davam etdirildi. İnsanları yol azmadan qoruyan qanunlarla birlikdə onların ömürlərinin sağlamlıq içində keçməsini saxlayan tövsiyələr, xəstəliklərdən qurtarma yolları da bildirilmişdir bu ilahi alimlərin təlimlərində. Və bu tövsiyələri və sağalma yollarını 124 min ilahi alimlərin elminə varislik edən son peyğəmbər həzrəti Məhəmməd (s) və onun pak övladları olan imamlar öz hədislərində insanlara çatdırmağa, anamız təbiətdən öz sağlalığımız üçün necə istifadə etməyi öyrətməyə çalışmışlar. Bizlərə isə yalnız bu tövsiyələrə qulaq asıb əməl etmək qalır ki, inşallah bu işdən xeyir görərik.

Alma Allahın bizə bəxş etdiyi nemətlərdən biridir ki, onu hər gün biz bir dadlı meyvə kimi istifadə edirik, amma bilmirik ki, bu nemət bizim üçün həm də bir dərmandır. Alma çox zəngin bir tərkibə malikdir. Belə ki almanın tərkibində A, b1,b2, b6, c, e, vitaminləri, karotin, uçan yağlar, tahin, üzvü turşular, limon turşusu, şəkərlər, qlukoza, saxaroza, fruktoza,dəmir, fliorid, fosfor, marqanis, kükürd, kalium, natrium, pektin, aşılayıcı maddələr və s. vardır ki, bunlar insan orqanizmi üçün çox əhəmiyyətlidir.

Həzrəti Peyğəmbərimizin (ə) pak övladlarından olan altıncı imamımız Cəfər Sadiq (ə) buyurur: "Əgər camaat almada olan xüsusuyyətləri bilsələr öz xəstəlilərini ondan başqa bir şeylə müalicə etməzlər". Tibb elminin dərinliklərinə bələd olan, şəfa və kəramət qapısı səkkizinci imamımız, İmam Rza (ə) isə buyurur ki: "Alma yemək mədəni ətirlərdəndir. O zəhərlənmə, cadu, əqli zəiflik, dəlilik və bəlğəm üçün faydalıdır. Mən almanın faydası kimi sürətli fayda bilmirəm". Gündəlik alma yemək gözəl və təmiz qan yaradır. Alma yemək hamilə qadınlarda ürək bulantısını kəsər, qanı təmizləyər, doğumu asanlaşdırar, uşağın ana bətnində sağlam bəslənməsinə zəmin yaradar.

Yatmazdan əvvəl alma yemək yuxu gətirər, yuxuya getməni asanlaşdırar.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə