Miras və İslam üçün AlHassanain Network Düşüncə

İLKIN NÜMUNƏ

0 Nəzərlər 00.0 / 5

İLKIN NÜMUNƏ

«tA$s%�Ï%©!$#ur Ïm÷ƒt$Î!ºuqÏ9 7e$é& !$yJä3©9 ûÓÍ_ÏR#y‰Ïès?r& ÷br& ylt÷zé& ô‰s% ur ÏMn=yz ãbrãà)ø9$# `ÏB Î=ö7s% $yJèd ur Èb$sWŠÉótGó¡o„ ©!$# y7n=÷ƒur ô`ÏB#uä ¨bÎ) y‰ôãur «!$# A,ym ãAqà)u‹sù $tB !#x‹»yd HwÎ) 玍ÏÜ»y™r& tûüÏ9¨rF{$#» [1]

“(Nə qədər naxələfdir) Ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə qiyamət günü dirildilib qəbrdən çıxarılacağımı vəd edirsiz?!”— deyən övlada, valideyinləri Allahdan mədəd diləyərək: “Vay halına! Ay yazıq, inan, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu qədimdəkilərin uydurduqları əfsanələrdən başqa bir şey deyildir!” –deyə cavab verər”.

Burada övladın dəyərsizliyini, onun inamı ilə ata-ananın iman və əqidəsi, onların arasında fövqəladə inanc döyüşü və övladın cəsarətli və ədəbdən uzaq davranışı, onun batil yolda olaraq, ona ürəkyanan və xeyirxah ata-anası ilə haq və həqiqət qarşısında təslim olmaması narahatedicidir. Burada ata-ananın iztirablı halını yaxşı şəkildə hiss etmək mümkündür.

Qurani kərim bu hadisəni bu cür gözəl və nəzakətlə bəyan etmişdir. İstər bu hadisə keşən ümmətlərdə baş vermiş olsun; istər fərz olunan bir fasid əqidəli və nasaleh övladın vəziyyəti olsun ki, özünün mömin ata- anasının qarşısında dayanır. Bu cür onları incidərək əziyyət verir. Xülasə bu bir həqiqətdir.

Gənc qız və oğlanlar düzgün tövhid yolundan və ruhun pak və təmiz dəyərlərindən ayrılarsa öz ata- anasının ruhunu ən acı zəhərlərlə zəhərləyir. Onları psixoloji gərginliklərlə üzləşdirir. Övladlığın müqəddəs hisslərini və atifələrini ata-anaya unutdurur. Qələt, yüyənsiz və təəssüblü hisslərini onlarla mübarizə aparmaq yolunda işə salır. Ən müqəddəs şeyləri belə məsxərə edərək zarafata salır. Onun xeyirxahlarının məntiqli cavabında isə aqressiv, tünd və kobud sözlərdən istifadə etməyə başlayır. Onları əsassız, süst və xurafatdan itaət etməkdə günahlandırır.

Mehriban ata-analar iman və inanc nuru ilə özlərinin təcrübəsilə çox aydın görürlər ki övladları uçuruma tərəf gedir. Onun əməlinin sonu İlahi qəzəbə və Tanrının geniş rəhmətindən məhrumiyyətə səbəb olacaq, gözlənilməz bu işdən çox nigaran olurlar. Onlar öz övladlarının əyri yolunu dəyişdirib onu insanlıq və inkişaf yoluna hidayət etmək, onu küframiz sözlərdən çəkindirmək ümidilə; bir tərəfdən yalvararaq Tanrı dərgahına üz tutub Allaha öz övladlarının nicatı üçün dua edirlər. Ondan kömək diləyirlər. Digər tərəfdən öz övladlarından istəyirlər öz yolunu buraxıb İlahinin müqəddəs və yaxın hərəminə yol tapsın. Allaha iman gətirib Həqiqətə ürək bağlayaraq boyun əysin.

Lakin təəssüflər olsun ki, bütün bu ürəkyanmaların, nəsihətlərtin və xeyirə dəvətin nəticəsi övladın qara və azğınlığa çəkilmiş ruhunda heç bir təsiri olmur. Həmçinin batil yolda olmasını və azdırıcı sözlərinə davam etməyi təkrar etməsini ondan müşahidə edirik.

Burada uca Tanrı buyurur:

y«7Í´¯»s9'ré&tûïÏ%©!$# Yym ÞOÎgøŠn=tæ ãAöqs)ø9$# þÎû 5/uGé& ô‰s% ôMn=yz `ÏB NÎgÎ=ö7s% z`ÏiB Çd`Ågø:$# ħRM}$#ur (

öNåk¨XÎ) (#qçR$Ÿ2 tûïΎţ»yz» [2]

Yəni “Belələri özlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan ibarət (kafir) ümmətlərlə birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləndiyi kimsələrdir. Onlar, doğurdan da, ziyana uğrayanlardır”.

Bəli! Öz Allahpərəst ata-anasına ədəbsizlik və hörmətsizlik edən, onlarla bu cür nəzakətdən uzaq cəsarətlə davranan, onların təkAllahlığa və tövhidə dəvətini qəbul etməyən, onların mehribançılıqlarının və xeyrxahlıqlarının qarşısında bədrəftarlıq, ədəbsizlik edərək özünün səhv əqidəsinə təkid edən və müqavimət göstərən cavan Tanrının dərdli əzabına düçar olmağa layiqdir. O oda atılacaq və cəhənnəmdə keçmiş ümmətlərdən olan müşriklərlə birgə əzaba düşar olmalıdır.

Allahım! elə et ki bizim cavanlarımız öz həyatlarında bu cür böyük səhvlərə və xətərlərə düçar olmasınlar. Öz mömin və müsəlman ata-analarına ehtiramsızlıq etməsinlər, onların tövhidə əsaslanan inanclarını hörmətlə qarşılasınlar və həqiqət yolundan azmasınlar.

Bu cür olmadığı təqdirdə onlar da qeyd olunan şum və cəhənnəmlik aqibətə düçar olsunlar.

Bəli! övlad hər nə qədər saleh və düzgün yolda olarsa, onun öz ata-anasının qarşısındakı vəzifəsi ədəbli olmaqdır. Məhz bu haldadır ki onun həyatdakı spesifikliyi zahir və aşkar olacaq.




[1] - Əhqaf surəsi, ayə 17

[2] - Əhqaf surəsi, ayə 16

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə