İSMAYIL; İBRAHIM (Ə)IN ÖVLADI


İSMAYIL; İBRAHIM (Ə)IN ÖVLADI

Qeyd olunan mövzunun ən aydın nümunələrindən biri Tanrının sevimli dostu sayılan Həzrəti İbrahim (ə) ın oğlu həzrəti İsmayıldır. O elə bir övladdır ki özünün başı uca atasını daha da başı uca və alnı açıq etdi. Onun məşhur, əzəmətli və şərafətli adı həmişəlik olaraq böyük fədakarlıq göstərərək, atanın hörmətini qorumaq, onun istədiklərini yerinə yetirmək və bu kimi səciyyəvi xarakterlərin xatirəsi kimi tarixdə qalacaq.

Bu oğulun yüksək şəxsiyyətini Tanrı öz kitabında gətirərək, özü onu tərifləmişdir. Uca Allah Quranda həzrəti İsmayılı tərifləməsinə əsasən onu burada gətirməyi özümüzə fərz bildik.

İndi isə baxaq Tanrı bu mövzunu necə açıqlayır:

«>uّ ó=yd Í< z`ÏB tûüÅs΢Á9$# çtRö¤±t6sù An=äóÎ/ 5Î=ym $¬Hs>sù x÷n=t/ çmyètB zÓ÷ë¡¡9$# tA$s% ¢Óo_ç6»tƒ þÎoTÎ) 3ur& Îû ÏQ$uZyJø9$# þÎoTr& y7çtr2øŒr& öÝàR$$sù #sŒ$tB 2ts? 4 tA$s% ÏMt/r'¯»tƒ ö@yèøù$# $tB ãtB÷sè? ( þÎT߉ÉftFy™ bÎ) uä!$x© ª!$# z`ÏB tûïΎÉ9»¢Á9$#» [1]

Yəni “İbrahim müqəddəs torpağa yetişdikdə dua edib dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan bir övlad bəxş et!”

Bizdə ona həlim xasiyyətli bir oğlan uşağı (İsmayıl) ilə müjdə verdik.

O, yüyürüb-qaçmaq və atasına kömək edə bilmək çağına çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör bu barədə nə fikirləşirsən! O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!”.

Yeni bir gənc üçün onun ölümü kimi narahatedici və nigaran edən xəbər ola bilməz, qalsın ki ona deyələr qərar belədir ki, səni öldürək, qoyun kimi başıvı bədənindən ayıraq. Məxsusən əgər bu xəbəri atası deyə, çünki biganə insanlardan intizar ola bilər ki yeniyetmə uşağı təqib edərək, oğurladıqdan sonra, ona desinlər biz istəyirik səni öldürək və yaxut sən gərək qətlə yetiriləsən.

Amma əgər hansısa bir ata özünün əziz və ürəkparçası olan övladı ilə bu cür rəftar, söhbət edirsə və öz övladından ölümü dadmağı istəyirsə, və onunla bu barədə məsləhətləşirsə qəbul olunmaz və dözülməz bir haldır. Çünki övlad atadan, ümidvaredici, mehribançı və sevindirici xoş xəbərdən başqa heç bir təvəqqösü yoxdur. Lakin görürük ki yaşlaşmış, qoca və az öncə dua və acizlik ilə onu Allahdan istəyən İbrahim (ə), özünün sevimli və gözəl övladına onun öldürülmə əmrini aldığını söyləyir və onu öz əli ilə zibh etmək barədə övladından nəzər söyləməsini istəyir.

Göründüyü kimi bu mövzunun bütün cəhətləri intizardan kənardır və bu səhnəni təsəvvür edən hər şəxs eşitsə ki ata öz oğlu ilə bu cür söhbət edib, bu cür təklif irəli sürüb, öz şüurunda uşağın məzlum mənzərəsini təsvir edər. Öz düşüncəsində rəngi qaçmış, ağzı qurumuş, həyəcanlı ürəklə və titrək səslə atasına üz tutaraq: “Atacan niyə? Axı mən hansı günahın sahibiyəm? Mən hansı səhv işləri görmüşəm ki ölümə məhkum oluram?” deyən uşağı təsəvvür edər.

Adətən atalar öz yeniyetmə və gənc uşaqlarını nazlayar və onların inkşaf vasitələrini hazırlayar, onların müvəffəqiyyəti və arzularına çatması üçün çalışar, övladının şadlığından şadlanar, onun qəm çəkmə və nigarançılıqından solar; uşağın təbəssümü atanın ürəyini açar və onun bir gülər üzlüyündən şadlıq fəryadı qoparar.

Amma sən necə atasan ki öz oğluvu öldürmək istəyirsən? Sən nə qədər daşürəkli insansan ki məni öz əllərinlə boğaz damarlarımı kəsərək, öldürmək istəyirsən?

Xülasə əgər atanın emosiyasını qaldırmaqla və məhəbbətini cəlb etməklə onun qəlbini özünə mehriban etsin və onu qərarından döndərsin, bu surətdə məsələyə son verərdi. Əgər özünü bu yolda müvəffəq görməsəydi və yalvarmasının, acizliyinin faydası olmasaydı, hiss etsəydi ki onun sözləri atasında təsir qoymayıb qaçmağa başlayardı.

Amma İsmayıl, bu İlahi mövhibət, pak övlad və təmiz züriyyədir ki atasını üstün və yüksək mövqeiyyətdə görür. O insanların böyük hidayətedicisinin və tövhid çağırışçısının yüksək məqamını tamamilə başa düşmüşdür. Çox gözəl bilir ki atasının röya aləmində və yuxu halında gördüyü İlahi Vəhydir. İlahi qüdrətin nüfuzlu fərmanı və əmridir ki bu şəkildə çatmışdır. Məhz buna görə ən az süstlük və nigarançılıq onda əmələ gəlmədi. Ürəyi sarsılmadı. Bədəni bu cür xətərli və ağır təklifi eşitməkdən titrəmədi. Üzü saralmadı. Qorxaqlıq ona qalib gəlmədi.

Əksinə tamam rahatlıqla və daxili yüksək inancla, hətta azacıq iztirabsız atasının təklifini, asiman töhfəsi və mələkut hədiyyəsi kimi qəbul etdi. Qəmgin olmadığından hazırlığını bildirdi. Mümkündür qeyd edilən söhbət bundan da daha ucadır. Çünki O atasına belə söylədi:

“Atacan! Sənə əmr olanı et”.

Bu minvalla rəsmi şəkildə öz atasından istədi öz vəzifəsinə əməl etsin. Bu yolda möhkəm və qətiyyətli olsun. Özünə bir balaca şübhə etməyə belə yol verməsin. - Əlbəttə ki vermirdi. –

Sonra atasının qəlbini şad etmək üçün, “Tezliklə görəcəksən ki mən səbr edənlərdənəm” deyə onu ehtimal verdiyi nigarançılıqdan çıxartdı.

Deyəsən istəyirdi deyə elə işin əvvəlində görəcəksən ki mənim heç cür iztirab və nigarançılığım yoxdur. Sənin işinin İlahi bir məsuliyyət olması müqabilində tamami ilə səbirli olacağam. Mən böyük Allahın istəyi əsasında olan atamın isəyini can-başla qəbul edirəm. Nəticədə gəl bağazıma bıçaq qoy və İlahi imtahanda uca ol ki sənin Tanrının imtahanında ucalığın mənium arzum və armanımdır. Hansı məsələ bundan daha yaxşı ola bilər ki, övlad öz canı və özünü bağışlamaqla atasını Allahın yanında və Allahın bəndələrinin yanında uca etsin.

Çox təəccüblüdür ki kiçik yaşlı oğlan uşağı öz qoca atasını nəvaziş verir və sakit edir. Atasını, özünün ölməsi demək olan, İlahi məsuliyyətin əncamı üçün hazırlayır. Bu məmuruyyətin əncamı üçün atasına ruhiyyə verir və ona kömək edir.

Buna görə İbrahim övladını yatızdırdı və bıçaqı özünün sevimli və əziz övladının boğazına qoydu. Amma bıçaq təsir etmədi. Bacardığı qədər təzyiq göstərdi lakin Allahın izni ilə heç bir təsiri olmadı.

Elə burada Tanrının geniş və sonsuz rəhməti və lütfü, mehriban və ürəkyanan oğulun və Allah yolunda isar edən və özündən keçən atanın halına şamil oldu. İbrahimin qulağında İlahi rəhmətin səsi ucaldı:

«‰s% |Mø%£‰|¹ !$tƒöä9$# 4 $¯RÎ) y7Ïx‹x. ÌøgwU tûüÏZÅ¡ósßJø9$#»

“Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin. Biz yaxşı işgörənləri belə mükafatlandırırıq”.[2]

Doğurdan bu qədər təvazökarlığa, atasının qarşısında və onun istəklərinin müqabilində ədəbə malik olan övlad harada tapa bilərsiz?. Buna görə qurbanlıq olmadı və kəsilmədi. “Zəbih” və “Zəbihullah” ləqəbini özünə götürdü. İslam Peyğəmbəri həmçinin fəxr edirdi ki iki “Zəbih”in övladıdır.[3]

Əli ibn Hüsüyn ibn Əli ibn Fəzzal deyir: Atam dedi: Hzrəti Rza (ə) dan Peyğəmbərin «أنا ابن الذبیحین» “Mən iki Zəbihin övladıyam”. Hədisinə dair soruşdum. Həzrət buyurdu: “Yəni; İbrahimin oğlu İsmayıl və Əbdül Mütəllibin oğlu Əbdullah”.

Amma İsmayıl səbirli övlad idi. Elə ki atası ona dedi: yuxuda görmüşəm səni kəsirəm. O dedi: Sənə əmr olanı yerinə yetir. Elə ki İbrahim istədi onun başını kəssin. Allah bir qoyunu onun yerinə kəsilməyi əmr etdi.

Amma sonrakı “Zəbih” budur ki Əbdül Mütəllib Allahdan istədi ki ona on oğlan əta etsin və nəzr etdi ki onlardan birini allahın yolunda kəsəcək. Tanrı ona on oğlan övladı verdi. O istədi öz nəzirinə vəfa etsin. Püşk atdılar, ta püşkün vasitəsilə qurbanlıq ediləcək övlad məlum olsun. Təsadüfən püşk Əbdullahın adına gəldi. Yenidən püşk atdılar yenə Əbdullahın adına gəldi. Bu səbəbə qətiyyətli oldu ki onu qurbanlıq etsin. Lakin qadınların fəryad və nalələri ilə qarşılaşdı. Qızı Atikənin təklifi ilə Əbdullahla on dəvənin arasında püşk atdı. Yenə Əbdullahın adı gəldi. Hər dəfə dəvələrə əlavə edərək Yüz dəvəyə çatdı. Burada püşk dəvələrin adına gəldi. Yüz dəvə qurbanlıq edərək Əbdullaha fəda etdi.

Məhz bina görə İmam Hüseyni (ə) İsmayıl Zəbihullahın varisi adlandırırıq. Bu üstünlüyün zikri ilə Ona salam göndərir və deyirik:

«السلام علیک یا وارث اسماعیل ذبیح الله»




[1] - Saffat surəsi, ayə 100- 102

[2] - Rum surəsi, ayə 105

[3] - Üyun- Əxbar Rza, cild 1, səh 210