DÖRDÜNCÜ HEKAYƏT


DÖRDÜNCÜ HEKAYƏT

Siyasi mÖvqe

İslam Peyğəmbərinin vəfatı, eləcə də Bəni-Səqifə macərası ortaya çıxdıqdan sonra bəni Haşimlərdən bir qurpu hətta Peyğəmbərin əmisi Abbas onlarla olub. Əbu Süfyanla birlikdə Əli (əleyhissalam)-ın hüzuruna gələrək Həzrətdən Peyğəmbərin xəlifəsi adıyla ona beyət etmələrin xahiş edirlər.

Hətta Əbu Süfyan: “Əgər icazə versən piyada və atlılardan təşkil olunmuş çoxlu qoşunla səndən himayət edərik!” deyə əlavə etdi.[1]

Əbu Süfyanın pis keçmişini olduqca yaxşı tanıyan Həzrət Əli (əleyhissalam)-ın onların cavabında buyurduğu sözNəhcül-bəlağənin beşinci xütbəsində qeyd olunubdur.

Əvvvəlcə buyurdu: “Ey camaat! Dağ cüssəli fitnə dalğalarını nicat gəmiləri ilə dağıdın. İxtilaf və pərakəndəliyə son qoyun. Axırda belə buyurdu:

Yetişməmiş meyvəni dərmək şor, şumlanmış yerə toxum səpmək isə faydasız olar.”

İmam Əli (əleyhissalam) bu bəyanı ilə böyük inqilablarda şərait və hazırlıqlara lazımınca olan diqqəti bildirdi. İşin müxtəlif anlarına varmaqla İsam üçün mühüm olan işlərin əncamına başlamaq lazımdır. Bu işdə şübhəli adamlara etiqad etmək olmaz.


[1]Nəhcül-bəlağənin şərhi, (İbni Əbil-Hədid), 1-ci cild, səh. 218 221.