Miras və İslam üçün AlHassanain Network Düşüncə

ƏDALƏTIN BƏRQƏRAR EDILMƏSI

0 Nəzərlər 00.0 / 5

ƏDALƏTIN BƏRQƏRAR EDILMƏSI

Bütün dövr və əsrlər boyunda bəşər cəmiyyətinin ən böyük yaralı nöqtələrindən biri cəmiyyətlərdə mövcud olan zülm və haqsızlıqlar olmuşdur. Bəşəriyyət həmişə özünün müxtəlif yönlərindəki hüquqlarına çatmaqdan məhrum qalmış, heç vaxt maddi və mə`nəvi ne`mətlər ədalətli şəkildə bölüşdürülməmişdir. Həmişə müxtəlif naz-ne`mətlərdən faydalananların yanında ac-yalavac insanlar, təmtəraqlı sarayların yanında küçələrdə yaşayan səfillər olmuş, küçələrin səkilərində yatmışlar. İmkanlılar zəif və biçarə insanları özünə qul etmiş, ağ dərililər qara dərililərdən üstün sayılmış, yalnız dərilərinin qara olduğuna görə kökslərinə ölüm şallağı endirilmişdir. Bir sözlə, həmişə və hər yerdə zəiflərin və biçarələrin hüquqları tapdalanaraq, zorbalıların və quldurların həvayi-nəfsləri nəticəsində aradan getmiş, insan həmişə ədalət və müsavata nail olmaq üçün saniyələri saymış və ədalətin çiçəklənmə dövrünə çatmaq üçün intizarda oturmuşdur.

Bu intizarın sonu imam Məhdi (ə)-ın gözəl hökumətindən ibarətdir. O, ən böyük ədalət rəhbəri və adil bir başçı ünvanı ilə ədaləti yer üzünün hər bir yerində və həyatın bütün sahələrində icra edəcəkdir. Bu şirin həqiqət onun gəlişini müjdə verən rəvayətlərin çoxunda bəyan edilmişdir. İmam Hüseyn (ə) buyurmuşdur: «Əgər dünyanın axırına bir gündən artıq qalmamış olsa belə, Allah Taala həmin günü o qədər uzadacaqdır ki, mənim övladlarımdan olan bir kişi qiyam edərək yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə doldursun. Mən Peyğəmbərin belə buyurduğunu eşitmişdim.»[1]

Digər onlarla rəvayətdə və`dəsi verilmiş ilahi hökumət sayəsində zülm və haqsızlığın kökünün kəsiləcəyi və dünyaya haqq-ədalətin hökmranlıq edəcəyi xəbər verilmişdir.

Bunu da qeyd etmək yerinə düşərdi ki, İmam Məhdi (ə)ı-ın ən aşkar və bariz xüsusiyyətlərindən biri ədalətçilikdir, belə ki, bə`zi dualarda həmin ləqəblə çağırılmışdır:

اَللّهُمَّ وَصَلِّى عَلى وَلىِّ اَمْرِكَ الْقائِمِ المُؤَمَّل وَاعَدْلِ الْمُنْتَظَرْ

«Pərvərdigara, Öz vəlliyi-əmrinə salavat göndər; necə ki, o, hamının intizarını çəkdiyi ədalətin bərqərar edənidir.»[2]

Bəli, o həzrət ədaləti öz iniqlabi hədəflərinin sərlövhəsi qərar . Çünki ədalət insanların həm fərdi, həm də ictimai həyatlarının bütün yönlərində həqiqi həyatın zəminəsini yaradır. Yer və onun əhalisi ədalət olmadan ruhsuz ölülərə bənzəyir ki, özlərini canlı hesab etmişlər.

İmam Kazim (ə)

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا

«Bilin ki, Allah yeri, öldükdən sonra dirçəldəcəkdir.» (Hədid surəsi ,17) ayəsinin təfsirində buyurmuşdur: «Məqsəd bu deyildir ki, yeri yağışın vasitəsilə dirçəltsin; əksinə Allah elə insanları qaldıracaqdır ki,[3] onlar ədaləti bərqərar edərlər, ədalətin (cəmiyyətdə) canlanması nəticəsində də yer üzü dirçəldilər.»

Yerin dirçəldilməsi tə`biri bunu göstərir ki, Məhdi (ə)-ın ədaləti geniş səviyyəli olacaq, təkcə bə`zi mühitləri və şəxsləri deyil, bütün insanları və bütün yerləri əhatə edəcəkdir.



[1] Kəmalud din, 1-ci cild, 30-cu bab, hədis 4, səh. 584

[2] Məfatihul-cinan, «İftitah» duası

[3] Bu ayəni İmam Zaman (ə)-a təfsir edən digər rəvayətlərə diqqət yetirməklə aydın olur ki, bu rəvayətdə «kişilər» dedikdə, məqsəd o həzrətin özü və köməkçiləridir. Əl-burhan, 7-ci cild, səh. 446

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə