Miras və İslam üçün AlHassanain Network Düşüncə

İLAHI PEYĞƏMBƏRIN NÜBÜVVƏTINƏ QURANIN DƏLILLƏRI

0 Nəzərlər 00.0 / 5

İLAHI PEYĞƏMBƏRIN NÜBÜVVƏTINƏ QURANIN DƏLILLƏRI

Xülasə şəkildə demək olar ki, Quran sonuncu Peyğəmbərin nübüvvətinə altı əsaslı burhan (möhkəm dəlil) gətirmişdir.

Alahın şəhadəti

Qurani- kərim altı ayədə Məhəmməd (s)- ın nübuvvətini isbat etmək üçün və onun bu iddiaya olan sədaqətini sabit etmək üçün mütəal Allahın şəhadətinə istinad etmişdir: bu altı ayədən ikisində onun nübüvvəti üçün Allahın şəhadətinə istinad edərək bəyan edir ki, onun peyğəmbərliyinin isbatı üçün Allahın şəhadəti kifayətdir.[1]

Digər dörd ayədə, bunlardan əlavə Peyğəmbər (s)- ə göstəriş verir ki, öz nübüvvətini sabit etmək üçün bu ayələrə istinad etsin (əsaslansın).[2]

Amma Mütəal Allahın onun nübüvvətinə necə şəhadət verməsi bu kitabda bəyan ediləcəkdir.[3] Xülasə şəkildə demək olar ki, Mütəal Allah müxtəlif mümkün olan yollarla onun nübüvvətini təsdiqləmişdir.

İslamdan qabaqkı Peyğəmbərlərin xəbər verməsi

Quranı- kərimin sonuncu Peyğəmbərin nübüvvətinə olan dəlili budur ki, Musa (ə) Tövratda, İsa (ə) İncildə o həzrətin gəlməsini müjdə vermişdir. Hətta bütün səmavi kitablar o Peyğəmbərin besətini və ona vəhyin nazil olmasını xalqa çatdırmış və müjdə vermişdirlər.

«وإنّه لفی زبرلاوّلین»[4]

"Onun vəsfi keçmiş kitablarda gəlmişdir"

İmam Əli (ə) Peyğəmbri- əkrəm (s)- in besəti barəsində belə buyurur:

"Alah Taala Məhəmmədi (s), öz rəsulunu öz vədəsini həyata keçirmək üçün və Peyğəmbərlik silsiləsini sona yetirmək üçün göndərdi. Bu barədə Peyğəmbərlərdən əhd alınmışdı və onun əlamətləri də məlum idi.[5]

Başqa bir rəvayətdə ibn Abbas Qütadə bu əhd- peymanın açıqlaması barəsində Əmirəlmöminindən (ə) belə nəql etmişdirlər:

Allah, qabaqkı Peyğəmbərlərdən və bizim Peyğəmbərimizdən əhd almışdır ki, o həzrətin Peyğəmbərliyə gəlməsi və onun vəsfi barəsində öz ümmətlərini məlumatlandırsınlar. Onun gəlməsini müjdə versinlər və xalqı onu təsdiq etməyə çağırsınlar.[6]

Digər çoxlu faktlarda başqa Peyğəmbərlərin o həzrətin peyğəmbərliyini müjdə verməsindən bildirir.

Hər halda, Quran baxımından o həzrətin Peyğəmbərliyinin əlamətləri digər səmavi kitablarda elə açıq- aşkar şəkildə olubdur ki, hətta qabaqkı dinlərin ümmətləri bu Peyğəmbəri öz oğullrı kimi tanıyırmışlar.

"Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar".[7]

Xatırladırıq ki, əgər Quranın digər səmavi kitablarda bu Peyğəmbərin nübüvvətinə bəşarət verilməsi və kitab əhlinin o həzrətə nisbət kamil agah olmaları iddiası barəsində, Quran nazil olan zaman ən az bir tərdid olsaydı, İslam düşmənləri bu müqəddəs dinlə müxalifət etmək üçün, şübhəsiz onu araya gətirərdilər. Bəs Quranın bu aşkar iddiası ilə heç bir müxalifətin olmaması bu aşkar və sənədli iddianın aydın olmasına dəlalət edir.

Bundan əlavə bu günkü mövcud Tövrat və İncildə də təhrif olmasıyla belə yenə də sonuncu Peyğəmbərə tətbiq olunan mətləblər mövcuddur.



[1] - Nisa surəsi ayə 166, Fəth surəsi, ayə 28

[2] - İsra surəsi, ayə 96, ənkəbut surəsi, ayə 52, Əhqaf surəsi, ayə 8, ənam surəsi, ayə 19

[3] - Bax: Peyğəmbərlərin peyğəmbərliyinə Allahın şəhadət verməsi bölümünə.

[4]- Şüəra surəsi, ayə 196

[5] - Nəhcülbəlağə, xütbə 1.

[6] - Bax: səh 28, hədis 3

Məcməül- bəyan, cild 2, səh 784. Biharul- ənvar, cild 11, səh 12

[7] - Bəqərə surəsi, ayə 146

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə