Miras və İslam üçün AlHassanain Network Düşüncə

İMAMIN ŞƏXSI ÜSLUBU

0 Nəzərlər 00.0 / 5

İMAMIN ŞƏXSI ÜSLUBU

İmam (ə)-ın şəxsi və eləcə də insanlarla əlaqədar olan rəftarında tutduğu üslub nümunəvi bir islam hakiminin rəftarını bəyan edir ki, hökumət onun nəzərində insanlara xidmət etmək və onları kamalın yüksək həddinə çatdırmaq üçün bir vasitədir, nəinki mal-dövlət toplayıb zülm etmək və Allah bəndələrinin əməyini mənimsəmək!

Doğrusu, saleh insanların imamı hakimiyyət kürsüsündə əyləşən zaman Peyğəmbəri Əkrəm (s) və Əli (ə)-ı xatirələrdə canlandıracaqdır; bütün mal-dövlətin və sərvətlərin onun ixtiyarında olması ilə yanaşı, özünün şəxsi həyatında ən sadə və ibtidai səviyyəli bir şəxs kimi yaşayacaq, minimum miqdarla qənaətlənəcəkdir.

İmam Əli (ə) o həzrəti vəsf edərək buyurur:

«İmam (Məhdi) özü ilə əhd bağalayacaqdır ki, (cəmiyyətin hakimi və rəhbəri olsa da, amma) öz rəiyyəti kimi əməl edəcək, onlar kimi geyinəcək, onların mindiyi miniyə minəcəkdir... və az miqdarla qənaətlənəcəkdir.»[1]

İmam Əli (ə)-ın özü belə idi və maddi dünya həyatında, yeməli və geyməlilər də Peyğəmbər (s) kimi zahidliyə malik idi. Məhdi (ə) da bu xüsusda o həzrətə iqtida edəcəkdir.

İmam Sadiq (ə) buyurmuşdur:

اِنَّ قائِمُنا اِذاقامَ لَبِسَ لِباسَ عَلِىّ وَسارَ بِسيرَتِهِ

«Bizim Qaim qiyam edən zaman Həzrəti Əlinin paltarlarını geyəcək və onun tutduğu üslubla gedəcəkdir.»[2]

Özü barəsində çox ciddiyyətli və dəqiq olduğu halda, ümmətilə mehriban bir ata kimi nəvazişlə davranacaq, onların asayiş, rifah və rahatlığını tə`min edəcəkdir. Belə ki, İmam Riza (ə)-dan nəql olunan bir rəvayətdə o Həzrət belə vəsf edilir:

اَلْاِمام،الْاَنيسُ الرَّفيق وَالوالِدُ الشَّفيق وَالْاَخُ الْشَقيق وَالْأُمُّ البِرَّةِ بِالْوادِ الصَّغير مفْزِعُ الْعِبادَ فِى الدّاهِيةالنّاد

«O imam insanla mehriban yoldaş olan munis, mehriban bir ata, (qardaşına arxa duran doğma) bir qardaş, körpəsinə ürəyiyananlıq və qayğıkeşlik göstərən bir ana kimidir; o, ağır və xoşagəlməz hadisələrdə bəndələrin sığınacağıdır.»[3]

Bəli, o həzrət ümmətlə o qədər səmimi və yaxın əlaqəyə malikdir ki, hamı onu özünə bir pənahgah və sığınacaq hesab edir. Peyğəmbəri Əkrəm (s)-dən nəql olunur ki, Həzrəti Məhdi barəsində belə buyurmuşdur: «Arılar ana arının ətrafına yığışaraq ona sığındığı kimi, ümməti də ona sığınacaqdır.»[4]

O, kamil rəhbərin bir nümunəsi kimi, insanların arasından seçiləcək, onların arasında və onlar kimi yaşayacaqdır. Həmin səbəbə görə də onların dərdlərini yaxşı şəkildə hiss edib çarəsini biləcək, bütün sə`ylərini onların vəziyyətlərinin yaxşılaşdırılmasına sərf edəcək və bu yolda yalnız Allahın razılığını fikirləşəcəkdir. Belə olan halda, ümmət nə üçün onun ətrafında aramlıqda və əmin`amanlıqda olmasın və hansı dəlilə əsasən ondan başqasına ümid bağlasın?!

Ümümxalq tərəfindən qəbul olunma

Hökumətlərin nigarançılıqlarından biri də ümumxalq kütlələrinin razılığını cəlb etməkdir. Lakin onların idarəçilik məcmuələrində mövcud olan çoxlu nöqsanlı hallara və zəifliklərə görə, belə bir razılıq hasil olmamışdır. İmam Məhdi (ə)-ın hökumətinin əsas xüsusiyyətlərindən biri də budur ki, o, cəmiyyətin bütün təbəqələri və sinifləri tərəfindən qəbul ediləcək, təkcə yer əhli deyil, asiman əhli də o ilahi hökumətə və ədalətli hakimin rəhbərliyinə kamil şəkildə razılıq verəcəkdir.

Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Məhdini sizə müjdə verirəm... Asimanın və yerin əhli ondan (və onun hökumətindən) razıdır. Necə mümkün ola bilər ki, bir kəs Məhdinin hakimiyyətindən narazı olsun, halbuki bütün dünya əhli bəşəriyyətin məsləhət və səadətinin bütün maddi və mənəvi yönlərdə o həzrət ilahi hökumətinin sayəsində müyəssər olduğunu biləcəkdir.»[5]

Yaxşı olar ki, bu bölmənin axırında Əli (ə)-ın gözəl bir kəlamını qeyd edək.

«Allah onu (İmam Məhdini) Öz mələklərinin vasitəsi ilə dəstəkləyəcək, onun köməkçilərini hifz edəcək və Özünün əlamət və nişanələrinin vasitəsi ilə ona kömək edəcək, onu bütün yer əhlinə qalib edəcək. Belə ki, (hamı) ya tam rəğbət və meyl üzündən, ya da ikrah üzündən ona üz gətirəcək, o, yer üzünü haqq-ədalət və aydınlıqla dolduracaqdır. Şəhərlərin (abadlıqların) əhalisi ona iman gətirəcək, nəhayət ona iman gətirməyən heç bir kafir, yaxşı əməl sahibinə çevrilməyən heç bir pis əməl sahibi qalmayacaqdır. Onun hakimiyyəti dövründə vəhşi heyvanlar da bir-biri ilə barışacaq, yer öz xeyir-bərəkətini çölə çıxardacaq, asiman öz xeyrini nazil edəcək, (yerin) xəzinələri onun üçün aşkar olacaqdır... Xoş olsun o kəsin halına ki, onun dövranını görüb sözlərini eşidə!»[6]



[1] Müntəxəbul-əsər, 6-cı fəsil» 11-ci bab, hədis 4, səh. 581

[2] Vəsailüş-şiə, üçüncü cild, səh. 348

[3] Üsuli kafi, birinci cild, 1-ci hədis, səh. 225

[4] Müntəxəbul-əsər, 7-ci fəsil,7-ci bab, 2 hədis, səh. 598

[5] Bihar, 51-ci cild, səh. 81

[6] İsbatul hüdat, 3-cü cild, səh. 524

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə