TƏLƏSMIŞ NADAN


İYİRMİ BİRİNCİ HEKAYƏT

TƏlƏsmiş nadan

Həkəmeyn əhvalatından sonra Xariyyət ibni Ramid adlı bir şəxs öz qəbiləsindən 30 nəfərlə (bəni Naciyə) Əli (əleyhissalam)-ın hüzuruna gələrək Həzrətə qarşı etiraz edib dedi: “And olsun Allaha, mən daha sənin yolunla getməyəcək sənin dalında namaz qılmayacağam. Elə günü sabah səndən ayrılıram.” O həmin günün sabahı qaçaraq İslam hökuməti əleyhinə qiyam etsin deyə bir neçə nəfəri də öz ətrafına yığdı. Əli (əleyhissalam) öz əyalətlərinin bütün valilərinə Xariyyət ibni Raşidi axtarmalarını tapşırdı. Bu zaman Həzrətə Xariyyət və yoldaşlarının Mədaində Əli (əleyhissalam)-ın havadarları ilə toqquşması nəticədə beş nəfər ölü verməklə Əhvaz tərəfə qaçaraq orada olan bir qrup oğru və kafirləri özlərinə qoşması, eləcə də öz yağı əməllərini davam etdirməsi xəbəri yetişdi.

Nəhayət Əli (əleyhissalam) Məqəl ibni Qeysi iki min nəfər döyüşçü ilə Əhvaza sarı yola saldı. Məqəl hörmöz dağlarının kənarında Xariyyətin ordusu ilə vuruşaraq yetmiş nəfər bəni Naciyə 300 nəfər isə kafirlərdən cəhənnəmə vasil elədi. Qaçmağa cəhd göstərən Xariyyət isə Noman ibni Səhban tərəfindən öldürüldü Məqəl əsir düşən müsəlmanları azad edib 500 nəfərə yaxın qeyr müsəlmanı da özü ilə birlikdə Ərdəşir Xuvvə vilayətinə gətirdi, oradan da qələbə xəbərini məktub vasitəsilə Əli (əleyhissalam)-a çatdırdı.

Müsqələt ibni Hücəyrə Şəybani Əli (əleyhissalam) tərəfindən Ərdəmir Xuvvənin valisi təyin edilmişdi. Əsirlər onun hüzurunda ağlayaraq azad olunmalarını ondan xahiş etdilər.

Bir çox danışıqlardan sonra əsirləri ondan beş yüz min dirhəmə alaraq bu məbləği İmam üçün göndərməyinə daha sonra əsirləri azad edəcəyinə söz verdi. Onun İmam üçün iki yüz min dirhəm məbləğində pul göndərməyə imkanı olmadığından Şama qaçaraq Müaviyəyə qoşuldu.

Bəli, o, tələsmək və nadanlığı üzündən əks inqilabçıya çevrildi. Əgər Əli (əleyhissalam)-ın hüzuruna gəlib əhvalatı olduğu kimi o Həzrətə desəydi, İmam Əli (əleyhissalam) onu mütləq bağışlardı.

Həzrət onun barəsində belə buyurmuşdu:

Allah Müsqələnin üzünü qara eləsin, o böyük şəxsiyyətlərin əməlini qulların azad olunmasını yerinə yetirdi, lakin qul kimi də qaçdı. Hələ yaxşı işinə görə onu tərifləyənlərin (yəni qulların alınması və onların azad edilməsi) mədhi sona yetişməmişdi ki, öz qaçışı ilə özünü danmaq və məlamətə düçar etdi.

Əgər o, qaçmayıb müqavimət göstərsəydi hər nəyi olsaydı, biz ondan qəbul edərdik və öz borcunu ödəyənə kimi onun üçün güzəşt edərdik.”

Lakin onun özü bu barədə qardaşı Nəimə belə yazmışdı: Müaviyə ilə sənin barəndə söhbət etmişəm Müaviyə sənə ehsan edib vəzifə verəcək, o, bunu mənə vədə veribdir.!

Bu məktub sənə çatan kimi Şama gəl və mənə qovuş. Doğrudan da nifrin olsun belə insanlara ki, Əli (əleyhissalam) da onlara nifrin etmişdir.