NƏHRƏVAN XƏVARICLƏRI ILƏ ŞIDDƏTLI MÜHARIBƏ


İYİRMİ SƏKKİZİNCİ HEKAYƏT

NƏhrƏvan XƏvariClƏri ilƏ şiddƏtli müharibƏ

Onlar mane olub düşmən dəyirmanına su tökdülər. Bu din oğruları, şüarı ilə Əli (əleyhissalam)-ı müşrik adlandırdılar. İmam bu işin qeyri hərbi yolla bitib tamam olmasına nə qədər səy göstərdisə də heç bir fayda vermədi. Onlar isə Həzrətlə olan müxalifətlərini davam etdirməkdə idilər. Belə ki, dörd min nəfərə yaxın xəvaric Abdullah ibni Vəhəb ilə beyət edib Mədainə sarı irəliləyib Əli (əleyhissalam)-ın qoşun komaniri Abdullah ibni Xəbbabi şəhadətə yetirdilər və onu şəhid etdikdən sonra hamilə olan arvadının qarnını yardılar. Beləliklə Əli (əleyhissalam)-a qarşı müharibə elan etdilər.

Bu vaxt Əli (əleyhissalam)-da öz ordusu ilə Nəhrəvan torpağına gələrək Xəvaric qoşununun bərabərində durdu. Həzrətin nəsihətləri o kor ürək sahiblərinə əsla əsər etmədi. Üç dəfə Əli (əleyhissalam)-ın ordusunu nizə yağışına basdılar. Hər dəfə Həzrətin əshabı Əli (əleyhissalam)-dan onlara qarşı döyüş icazəsi istədilərsə də Həzrət bu icazəni vermədi. Axırda onlar Əli (əleyhissalam)-ın yaxın köməkçilərindən birini öldürdükdə Həzrət Əli (əleyhissalam) buyurdu:

Allahu Əkbər, indi bunlarla müharibə etmək olar.”

Xəvaric biabır surətdə məğlub oldu. Onlardan yalnız 9 nəfəri sağ qalaraq qaçdı. Əli (əleyhissalam)-ın ordusundan 9 nəfər şəhadətə yetişdi. Xəvaric əhvalatınaNəhcül-bəlağənin müxtəlif xütbələrində o cümlədən 58, 59, 60 122 və s... xütbələrində işarə olunmuşdur. Bu rabitədə baş vermiş daha iki hadisə də maraqlıdır.

Əli (əleyhissalam) Xəvariclə müharibəyə hazır olduqda əshabdan o Həzrətə belə dedilər:

Xəvaric qoşunu Nəhrəvan körpüsündən keçdi. İmam isə onların cavabında belə buyurdu:

Onların qətligahı bu tərəfdə çay qırağındadır. And olsun Allaha ki, Xəvaricdən hətta on nəfərdən belə sağ qalmayacaq sizdən isə hətta on nəfər də ölməyəcək.

Əli (əleyhissalam) qabacadan xəbər verdiyi kimi də oldu, 9 nəfərdən başqa Xəvaricdən bir nəfər də olsun sağ qalmadı və bu 9 nəfər də qaçaraq müxtəlif şəhərlərdə pərakəndə düşdülər. Bu da İmam Əli (əleyhissalam)-ın qeybi xəbərlərindəndir ki, həm şiə, həm də sünnü tarixçiləri bunu öz kitablarında qeyd etmişlər. Dəfələrlə İmam Əli (əleyhissalam)-ı ölüm ilə hədələməklərinə baxmayaraq o Həzrət zərrə qədər də olmuş olsa onlardan çəkinməmişdi.

Qəhrəmanlar qəhrəmanı Əli (əleyhissalam) bu təhdidlərin cavabında buyurmuşdu:

Allah mənim imanım və din qalxanımı poladdan düzəldibdir (vəhşətim yoxdur). Ömrümün son günü çatsa o gündə nə nizə xəta edər, nə də yara sağalar.”

Bu mətləbdən başa düşürük ki, İmam Əli (əleyhissalam) özü bilə-bilə bu din oğruları və nadan şəxslər olan Xəvariclərin önündə duraraq onların təhdidlərindən heç vaxt qorxmadı.

Öz polad iradəsi ilə Allaha müxlisanə təvəkkül edərək öz yolunu başa vurdu. Beləliklə, o Həzrət öz sadiq adamlarına şəhamət və dilavərlik dərsi öyrədib xəbərdarlıq etdi ki, hər vaxt din maskası altında din əsasına zərbə vuranları gördsəniz onlara aman verməyin.