Miras və İslam üçün AlHassanain Network Düşüncə

ULDUZ FALININ RƏDD EDILMƏSI

0 Nəzərlər 00.0 / 5

OTUZ İKİNCİ HEKAYƏT

Ulduz falInIn rƏdd edilmƏsi

Həzrət Əli (əleyhissalam) öz ordusu ilə birlikdə Xəvariclə vuruşmaqdan ötrü Nəhrəvana tərəf hərəkət etməyə hazırlaşdığı zaman Əfif ibni Qeys Əşəsin qardaşı (münafiq dəstə başçısı) Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi: Bu vaxt hərəkət edib qələbəyə çatmamağından ötrü qorxuram, çünki mən bunu sizə Nücum elminin köməkliyi ilə deyirəm.

İmam onun cavabında buyurdu:

Sən fikirləşirsən ki, o, saat ki, onda hərəkət etmək narahatlığa səbəb olacaq, ondan xəbərdarsan? Edə bilərsənmi onun təhlükəsini hərəkət edənə kimi xəbər verəsən?!

Hər kim bu sözdə səni təsdiq etsə Quranı təkzib etmiş, öz istədiyinə çatmaqda və bəyənilməz işləri dəf etməkdə Allahdan kömək istəməkdən ehtiyacsız olubdur. İstəyirsən Allahın əvəzinə sənə sitayiş etsinlər? Sən, qabaqcadan belə söz deməklə onları zərər və ziyandan hifz edərsən, ey camaat nücum elminin qabaqcadan fikir söyləməyindən uzaq olun, çünki bu iş sizləri kahinliyə (cin və xəbis ruhlar vasitəsilə qeybdən xəbər verməklə) çəkib çıxarar Müncim kahin təki, kahin də sehrbaz kimidir. Sehrbaz isə kafirdir. Kafir isə odda yanacaq, Allahın adıyla hərəkət edin.

Beləliklə də İmam onun döşünə rədd əli çəkib qoymadı ki, camaat bu boş xəyallarla hərəkət və fəaliyyətlərindən uzaqlaşsınlar. Daha sonra isə Həzrət öz ordusu ilə hərəkət edib tam qələbəyə nail oldu və öz əməli ilə sabit etdi ki, münəccimin qabaqcadan fikir söyləməyi düz deyil. Bu mətləbin oxşarı müxtəlif rəvayətlərdə gəlib. O, da budur ki, Əli (əleyhissalam) öz ordusu ilə Həruriyyə tərəf hərəkət etdiyi zaman əshabın arasında özünü münəccim adlanlandıranlardan biri Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi:

Ey Möminlər ağası! Bu saatda hərəkət etmə, çalış gün batandan üç saat sonra irəli get, əgər indi hərəkətə başlasan bu irəliləməyin sənə və yoldaşlarına şiddətli ziyan yetirəcək, amma mən deyən vaxtda tərpənsən qalib gəlib hədəfə yetişəcəksən.

İmam Əli (əleyhissalam) ona buyurdu: Atımın qarnındakı balanın dişi ya erkək olmasını bilə bilərsənmi?

O dedi: Əgər (nücum elmi üzündən hesablasam bilərəm).

İmam ona buyurdu: Əgər bu işində səni bir adam təsdiq etsə, Quranın təkzib etmişdir, çünki Allah-təalaLoğman surəsinin 34-cü ayəsində bu barədə belə buyurur:

Şübhəsiz qiyamətə aid olan elm və agahlıq, yalnız Allaha məxsusdur. O Allahdır ki, həm yağış göndərir və həm də ana bətnində olanlardan xəbərdardır.”

Sonra buyurdu: (Hətta) Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm belə bir iddianı ömründə etməmişdi.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə