Miras və İslam üçün AlHassanain Network Düşüncə

ƏLI (ƏLEYHISSALAM)-IN ŞƏHADƏT EŞQI

1 Nəzərlər 05.0 / 5

QIRX YEDDİNCİ HEKAYƏT

Əli (Əleyhissalam)-In şƏhadƏt eşqi

Hicrətin üçüncü ilində kafirlər müsəlmanları qıraraq İslam hökumətini yıxsınlar deyə Məkkədən Mədinəyə hərəkət etdilər. Müsəlmanlar Ühüd dağı kənarında (təqribən Mədinənin yeddi kilometrliyi) onların qarşısını kəsdilər. İslam ordusu ilə kafir qoşunları arasında şiddətli müharibə başlandı. Bu müharibədə şəxsən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm və Əli (əleyhissalam)-ın özü döyüşçülər cərgəsində idilər. Həzrət Əli (əleyhissalam) bu döyüşdə misilsiz və fədakarlıqlar nümayiş etdirdi.

Düşmən müharibənin sonunda öz qüvvəsini yalnız Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm öldürmək üçün hazırlaşmışdı. Bu vaxt Əli (əleyhissalam) yüksək bir dağ və yıxılmaz bir səddə çevrilərək böyük İslam Peyğəmbərini qoruyurdu.

Bu müharibədə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin ləyaqətli köməkçilərindən bir çoxu şəhadət şərbətini içib bu dünyaya vida etdilər. Bu müharibədə Əli (əleyhissalam)-ın bədəni altmış yerdən yaralanmışdı. O Həmzə Məsəb, Abdullah ibni Cahş, Hənzələ və s.. İslam şəhidlərinin pak bədənlərini gördükdə vücudu şəhadət eşqilə dolmuşdu. Həzrət Əli (əleyhissalam) şəhadət şərbətinin müxlis köməkçilərlə birlikdə ona nəsib olmamasından bərk həyəcanlanmışdı. O, bu həyəcanı Əli (əleyhissalam)-ın simasından sezərək üzünü ona tutub buyurdu:

Dediklərim baş vermişdir amma de görüm sənin səbrin necədir?!” İmam Əli (əleyhissalam) ərz etdi: Ya Rəsulullah

Bura səbr və istiqamətin yeri deyil, əksinə bəşarət və şükrün yeridir” (təsliyət yeri deyil, əksinə təbrik yeridir)!

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə