İmam Əli əleyhis-salamın Ziyad ibn Əbihə o, Bəsrə hökumətində Abdullah ibn Abbasın canişini olan zaman yazdığı məktublardandır


İmam Əli əleyhis-salamın Ziyad ibn Əbihə o, Bəsrə hökumətində Abdullah ibn Abbasın canişini olan zaman yazdığı məktublardandır

Abdullah həmin vaxt Əmirəl-möminin tərəfindən Bəsrə, Əhvaz, Fars və Kerman şəhərlərində hakim idi.

Mən Allaha and içirəm, özü də tam sədaqətlə və düz ki, əgər mənə, sənin müsəlmanların beytülmalına istər az, istərsə də çox xəyanət etməyin və ya onu göstərişə zidd (yerlərə) sərf etməyin (barəsində xəbər gəlib) çatsa, səninlə sərt davranacağam. (Səninlə) elə sərt (davranacağam) ki, o (sərtlik), səni sərmayəsi az, yükü çox, zəlil və xar etsin. Salama layiq kimsəyə salam olsun!

Bu da imam Əli əleyhis-salamın Ziyad ibn Əbihə olan məktublarındandır (ki, burada ona mötə’dil və təvazökar olmağı əmr edir).

Malın sərf edilməsində) israf etmə, mötə’dil ol. (Ehtiyacdan nə artıq və nə də az sərf et.) Bu gün səhərin fikrində ol. Malından, öz ehtiyacın qədər dala at. (Ondan) artığını ehtiyac günün (axirət) üçün qabağa göndər (Allah yolunda yoxsul və möhtac kimsələrə bağışla).

Allahın sənə (qəlblərini dünyaya bağlamayan və Onun göstərişlərinə müvafiq davranan) təvazökarlara verəcəyi mükafatı verməsinə (necə) ümid bəsləyirsən, halbuki Allah yanında (qəlbini dünyaya bağlayan və Onun əmrlərinə zidd hərəkətlər edən) təkəbbürlülərdənsən. Allahın sənə (səfillərə təkəbbür və riyakarlıq olmadan əl tutan) sədəqə verənlərin mükafatını vacib etməsi və verməsinə hərissən, halbuki eyş-işrətə qərq olub aciz, biçarə, dul qadın və yoxsulları ondan bəhrələndirmirsən! İnsana ancaq və ancaq öncə gördüyü işə görə mükafat veriləcək və o, əvvəlcədən göndərdiyi yerə daxil olacaq. Salama layiq kimsəyə salam olsun!

İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa yazdığı məktublardandır. İbn Abbas belə deyərmiş: «Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – kəlamından sonra bu söz kimi heç bir sözdən faydalanmamışam.» (İmam əleyhis-salam bu məktubda ona axirət işləri üçün sevinmək və kədərlənmək barəsində öyüd-nəsihət verib.)

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: insanı onun, əldən çıxarmamalı olduğu (əldən çıxarması təqdir edilməmiş) şeyə çatmaq sevindirir, əldə edilməsi (məsləhət) olmayan şeyə çatmaq isə kədərləndirir. Buna görə də (dünyanın xeyir-ziyanının qəza-qədərlə olmasını və mənfəətə sevinərək ziyandan qəmlənməyin insan üçün fitri olmasını bildiyin üçün) gərək sevincin axirət mənfəətinə görə olsun ki, (onun əldə edilməsi vasitəsini dünyada) tapmısan. Həmçinin qəm-qüssən əldən çıxmış axirət xeyiri üçün olmalıdır. Dünyadan əldə etdiyin şey üçün çox sevinmə. (Çünki dünya və onda olan şey sonda məhv olacaq.) Dünya malından əldən çıxmış şeylər üçün qəmli və səbrsiz olma. Sənin səy və təlaşın, gərək ölümdən sonrakı işlərdə olsun. (Gərək çalışıb ölümdən sonrakı əbədi həyatın bağışlanma və xoşbəxtlik vasitələrini əldə edəsən.)