Miras və İslam üçün AlHassanain Network Düşüncə

SIMAT DUASI

0 Nəzərlər 00.0 / 5

Hardadır Həsən?
hardadır Hüseynin oğlanları?
Salehdən sonrakı Saleh, Sadiqdən sonrakı Sadiq hardadır?Düz yoldan sonrakı yol hardadır?
Yaxşı insanlardan sonrakı yaxşı insanlar hardadır?
Nur saçan günəşlər hardadır?
Nur verən aylar hardadır?Haradadır parlağ ulduzlar? Hardadır dinin nişanələri, elin sutunları? Hardadır Allahın yer üzündə saxladığı bəqiyyətullah, elə bir şəxs ki, Peyğəmbərin pak Əhlibeytindən kənarda deyil.
Hardadır zülmkarın kökünü kəsmək üçün saxlanmış şəxs? Hardadır əyrilikləri, nadürüstləri düzəltmək üçün intizarı çəkilən şəxs? Hardadır zülm və düşmənliyi məhv etmək üçün ümid olunan şəxs? Hardadır fərizə və sünnətləri yeniləşdirmək üçün ehtiyat edilmiş şəxs? Hardadır din və şəriətin əslinə qaytarmaq üçün ixtiyar verilmiş şəxs? Hardadır Allahın kitabı və Onun həd-hüdudunu diriltmək üçün arzu olunan şəxs? Hardadır din və din əhlinin nişanələrini dirildən şəxs? Hardadır həddini aşanların izzət və şövkətini tar-mar edən? Hardadır şirk və nifaqın bünövrələrini sarsıdıb məhv edən şəxs? Hardadır fisq, üsyan, tüğyan əhlini həlak edən şəxs? Hardadır azğınlıq və ixtilaf şaxələrini kəsən? Hardadır həvayi-nəfsə pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən? Hardadır yalan, iftira zəncirlərini kəsib doğrayan? Hardadır təkəbbürləri, inadkarları məhv edən? Hardadır inad edib və zəlalətə salanların, küfr əhlinin kökünü kəsən? Hardadır Allah övliyalarına izzət bəxş edib düşmənlərini zəlil edən? Hardadır təqva kəlmələrini cəm edən? Hardadır nemətlərin əta olunduğu Allah qapısı? Hardadır Allah övliyalarının üz çevirdikləri Allah vəchi? Hardadır yerlə səma arasındakı əlaqə (ittisal) səbəbi? Hardadır fəth gününün sahibi və hidayət bayrağını yayan? Hardadır peyğəmbərlər və onların övladlarının intiqamını alan? Hardadır Kərbəlada qətlə yetirilənin qanının intiqamını alan? Hardadır o kəs ki, hər kəs ona qarşı çıxsa və iftira desə məğlub olar? Hardadır o müztər kəs ki, dua etdiyi halda qəbul olunar? Hardadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi? Hardadır Müstəfa peyğəmbərin Əliyyi-Mürtəzanın, alnı açıq Xədicənin, Fatimeyi-Kübranın oğlu? Atam-anam və özüm sənə fəda olaq, sənə gələn bəlalara sipər, qoruq olaq. Ey (Allah dərgahına) müqərrəb olan sərvərlərin övladı! Ey (Allah yanında) kərim əziz olan nəciblərin övladı! (Allah tərəfindən) hidayət olunan yol göstərən rəhbərlərin oğlu, nəfislrini saflşdırmış (mühəzzəb) xeyirxah insanların övladı? Hardadır ən nəcabətli, səxavətli (kərim)lərin oğlu? Ey mütəhhər, pak-pakizə insanların oğlu!Ey parlaq ayların oğlu! Ey nur saçan çıraqların oğlu!, Ey nur saçan göy cisimlərinin oğlu! Ey nur verən ulduzların oğlu! Ey aşkar yolların oğlu! Ey aşkar ələmlərin oğlu? Ey kamil elmlərin oğlu! Ey məşhur sünnələrin oğlu! Ey rəvayət olunmuş nişanərplərin (ələmlərin) oğlu! Ey mövcud möcüzələrin oğlu! Ey məşhud dəlillərin oğlu!Ey sirati-müstəqimin (düzgün yolun) oğlu! Ey nəbəil-əzim (böyük xəbər)in oğlu! Ey uca və hikmətli Allah yanında olan Ümmül-kitabdakı şəxsin oğlu! Ey ayə və bəyyində(dəlil)lərin oğlu! Ey aşkar və qalib dəlillərin oğlu! Ey aşkar və qalib bürhanların oğlu! Ey Allahın (xalqa) çatdırılmış höccətlərinin oğlu! Ey Allahın tamamlanmış nemətlərinin oğlu! Ey Taha və Möhkəmat ayələrinni oğlu! Ey Yasin və Zariyyatın oğlu! Ey Tur və Adiyatın oğlu! Ey (meracda) Allahın hüzuruna iki ox məsafəsi, yaxud ondan da yaxın məsafəyə qədər yaxınlaşan şəxsin oğlu! Elə bir yaxınlıq ki, Əliyy (uca məqamlı) və Əla (ən uca məqamlı) şəxsin tərəfindən idi Kaş biləydim ki, sənin iqamətgahın hardadır? Yaxud hansı torpaqda və ya yerdəsən ki, ora səni üstünə götürmüşdür. Aya qumluq Rəzva dağındamısan? Yoxsa ayrı yerdə? Yaxud Zi-tuvada məskunlaşmısan? Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim və gizli pıçıltım çatmasın! Mənə çox çətindir ki, mən salamat olduğum halda səni bəlalar (imtahanlar) əhatə etsin və mənim ahü-naləm, şikayətim sənə çatmasın!.Canım sənə fəda olsun, elə bir qaib şəxs ki, bizdən uzaqda deyildir!. Canım fəda olsun sənə ey o uzaqda olan şəxs ki, bizdən uzaqda deyilsən.! Canım fəda olsun sənə, sən müştaq mömin və möminələrin arzususan! Onlar səni yad edib nalə ahu-fəğan edirlər. Canım fəda olsun, o kəsə ki, qarşılaşılma mümkün olmayan möhkəm izzətlidir.!Canım sənə fəda olsun, ey o kəs ki, böyük alicənablığa malikdir!Əsla sözlə onunla qarşılaşmaq olmaz. Canım fəda olsun sənə, ey o kəs ki, köhlənməyən nemətlər sahibidir ki, həç nə o nemətlərə çatmaz.! Canım fəda olsun sənə ey o kəs ki, başında şərafət əmmaməsi var və onun tayı-bərabəri yoxdur! Nə vaxta qədər səni axtarmaqda sərgərdan qalacağam, ey mənim mövlam? Və nə vaxta qədər və hansı sözlərlə, münaciatla səni vəsv edim? Mənə çox çətindir ki, sənsiz mənə cavab verilsin və mənə xoş sözlər deyilsinn, mənə çox çətindir ki, mən səni (hicranın) üçün ağlayım, başqaları isə səni tərk etsinlər. Mənə çətindir ki, cərəyan edən hadisələr onlara yox, sənə baş versin. Aya bir köməkçi varmı, onunla ahu- naləmi ağlamağı ucaldam.? Bir ahu- nalə edən, fəryad qoparan varmı ki, gizlində onun ahu fəryadından qüvvə alam? Çöp düşən bir göz varmı ki, (qan ağlayam) o gözlərə mənim gözüm o çöpləri çıxartmaqda qan ağlamaqda kömək olsun? Ey Əhməd (s) in oğlu, görəsən sənə doğru bir yol varmı ki, səninlə görüşək? Görəsən bir sabah günümüz sənin gününlə birləşəcək və biz səndən bəhrələncəyikmi? Nə vaxt sənin içməli axar çaylarına daxil olub sirab olacağıq? Nə vaxt sənin güvara suyundan içəcəyik? halbuki, sədamız uzun-uzadı oldu? Nə vaxt olacaq ki, sübh-axşam sənin yanında olacağıq və gözlərimizin yaşı quruyacaq (şad olacağıq).? Nə vaxt sən bizi görəcək biz də səni görəcəyik? Bir halda ki, sən aşkar görünən bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımların canına qəsd edəcəksən və yer üzünü ədalətlə doldurub, öz düşmənlərinə xarlıq və zilləti dadızdırıb cəzalandıracaqsan? Haqqa təcavüz edənləri, haqq-qarşısında inadkarlıq edənləri və haqqı inkar edənləri həlak edəcəksən? Təkəbbürlülərin kökünü kəsəcəksən? Zalımların kökünü kəsəcəksən və biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükr olsun. Ilahi!, Sən girifdarçılıqları, müsbətləri aradan qaldıransan və yalnız Səndən kömək istəyirəm, kömək də yalnız Sənin yanındadır və Sən dünya və axirətin Rəbbisən! Onda
اimtəhan olunmuş,bəlalara mübtəla olmuş bəndənin fəryadına çat! Ey fəryad edənlərin dadına çatan! Ona öz ağasını göstər!,Ey qüvvəsi şiddətli olan və o həzrətin səbəbi ilə o bəndəndən qəm-qüssəni, kədəri apar və ürək yanğısını sərinləşdir!. Ey ərşə hakim kəsilən! Ey Ona tərəf qayıdacağımız şəxs və Ey (arzularımızın) Ona tərəf olduğu şəxs! Ilahi, biz Sənin və Sənin Peyğəmbərini yad edən vəliyy və dostunu arzulayan bəndələrik!. Sən o vəlini bizə keşikçi və pənahgah yaratdın, onu bizdən olan möminlər üçün imam qərar verdin, belə isə, bizdən ona salam və təhiyyət göndər. Ey Rəbbim!,Onun səbəbi ilə bizə Öz kərimini artır, onun qərar tutduğu yeri bizim üçün qərar tutulan yer və iqamətgah qərar ver!. Onu bizə təqdim etməklə Öz nemətlərini tamamla, ta ki bizi Öz cənnətlərinə daxil edib xalis bəndələrindən olan şəhidlərlə yoldaş edəsən!.
Ilahi, Peyğəmbərə və onun Əhli-beytinə salavat göndər və salavat göndər Imam Zaman(ə)ın cəddi və Sənin Rəsulun Mühəmmədə–ən böyük ağamıza və onun (Imam Zamanın) atası (Peyğəmbərdən) kiçik olan ağamıza (Həzrəti Əliyə), nənəsi Siddiqeyi Kubraya–Fatimə binti Mühəmmədə və onun çox xeyirxah və doğruçu atalarından (sair məsum imamlardan) olan seçdiyin şəxslərə və onun özünə salavat göndər; Özün üçün seçdiyin şəxslərə və bəndələrindən olan xeyirxah insanlara salavatların ən fəzilətlisi, ən kamili, ən tamı, ən davamlısı və ən çoxunu onlar üçün göndər. və o həzrətə sayı üçün bir son, ardı üçün bir nəhayət, müddəti üçün bir yoxluq olmayan bir salavat göndər!
Ilahi, onun vasitəsi ilə haqqı bərqarar edib batili məhv et! Öz övliyalarını onun vasitəsiilə qalib, düşmənlərini ilə zəlil və bizimilə onun arasında vüsal bərqarar et! Elə bir vüsal ki, bizi onun sələfləri (Imamlar və Pəyğəmbərlər) ilə yoldaş olmağa aparıb çıxara!. Və bizi onun kəmərindən yapışıb onun kölgəsində qərar tutanlardan et,! Onun haqlarını onun özünə qaytarmaqda bizə kömək et!. Onun itaətini etməkdən çətinlikdə bizə kömək et!. Onun bizdən razı olması ilə bizə minnət qoy!. Onun rəfət, rəhmətin, dua və xeyir bərəkətini bizə əta et, belə ki, biz onun səbəbinə sənin rəhmət və kamının (fövz) vüsətinə çataq!. Namazlarımızı onun xatirinə məqbul, dualarımızı onun xatirinə müstəcab olunmuş qərar ver! Ruzilərimizi onun xatirinə bol, firavan, qəm-qüssələrmizi onun xatirinə kifayət olunmuş, ehtiyaclarımızı onun xatirinə təmin olunmuş qərar ver!.Öz kərim vəchinlə bizə doğru nəzər et!, Sənə doğru yaxınlaşmaq (niyyətimizi) qəbul et! Bizə nəzər et, rəhmət nəzəri ilə, belə ki, O rəhmət səbəbi ilə Sənin yanından gələn kəraməti kamil surətdə əldə edək sonra da o rəhməti Öz ehsanınla bizdən başqa tərəfə çevirmə! Onun cəddini (s) hovuzunda (kövsər) bizi o həzrətin (Imam Zamanın) canları ilə çoxlu sirab edən, canımıza nuş olan, zəhmətsiz su verməklə sirab et! Elə sirab et ki, ondan sonra heç vaxt susamayaq, ey rəhm edənlərin ən rəhimlisi!.

Əlhəmdu lillahi Rəbbil aləmin



Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə