Nübüvvətin xətmi (bitməsi)- nin hikməti barədə təhlil


Nübüvvətin xətmi (bitməsi)- nin hikməti barədə təhlil

Nübüvvətin- Peyğəmbərin (s) göndərilməsilə- sona yetməsinin hikməti barədə söz çoxdur; lakin burada müxtəsər şəkildə onu deyə bilərik ki, ilahi Peyğəmbərlərin göndərilməsinin fəlsəfəsi bəşərin- xalqın- təkamülü üçün kamil bir proqram təqdim etməkdir. Bu proqram gərək xalqa tədricən çatdırılsın, çünki, cəmiyyət tarix boyu ilahi Peyğəmbərlərin qoynunda təlim və tərbiyə alan bir uşaq misalı kimidir. Buna görə də Peyğəmbərlərin proqramları bu uşağın müxtəlif dövrlərində gərək onun istedad və qavramaq qabiliyyəti ilə uyğun olsun. Elə buna əsasən islamdan qabaqkı zamanda, Peyğəmbərlərin icra proqramları dörd zaman bölümündə dəyişilmişdir və bu dəyişiklik ilahi Peyğəmbərlərdən dörd kitab və şəriət sahibi olan dörd böyük Peyğəmbər vasitəsi ilə xalqa iblağ olmuşdur (çatdırılmışdır). Bu Peyğəmbərlər Nuh, İbrahim, Musa və İsadan (Allahın salamı onlara olsun) ibarətdir.

Digər Peyğəmbərlər bu dörd təşri (şəriət) gətirən Peyğəmbərlərin şəriətinin təbliğatçıları idilər.

İlahi rəhbərçilik onların vasitəsi ilə davam etdi, o zamana qədər ki, bəşərin istedadı və dəketmə qüdrəti İlahi xəbərlərin axırıncı və sonuncusunu almağa hazır oldu. Bu zamanda idi ki, İsanın təkamül proqramının ən kamil forması Quran adıyla olan toplu, Peyğəmbərlərin sonuncusunun vasitəsi ilə bəşərə oblağ oldu.- çatdırıldı-. Bu xəbərin iblağı ilə Peyğəmbərlik silsiləsi sona çatdı. İslam Peyğəmbəri (s) bu təhlili, bir rəvayətdə, sadə bir misalla bəyan etmişdir:

Mənim məsəlim Peyğəmbərlərin arasında o şəxsin hekayətinə bənzəyir ki, yaxşı və kamil bir ev tikibdir, təkcə onun bir kərpici çatışmır, camaat o evin ətrafına firlanır və ondan xoşları gəlir və deyirlər: Ey kaş bu bir kərpicin yeri də boş qalmayaydı. Mən Peyğəmbərlərin arasında o kərpicin misalındayam.[1]

Bu misal əsasında- demək olar ki,- Mütəal Allah Peyğəmbərləri göndərməklə istəyirdi ki, kamil insan yetirmək üçün dünyada mənəvi bir bina yaratsın, belə ki, dünya, onsuz heyvan yetirməkdən başqa bir şeyə qadir olmazdı. Baxmayaraq ki, bu binanın memarı mütəal Allahdır, bununla belə onu tikmək və yaratmaq uzun əsrlər çəkdi, çünki onun hissələri və onu yaratmaq zəmini bu zamanı tələb edirdi. Bu mənəvi binanın birinci nurani kərpici həzrəti Adəm (ə) və sonuncusu isə həzrəti Məhəmməd (s) oldu. Həzrəti Məhəmmədin (s) göndərilməsi ilə insan cəmiyyətinin inkişaf binası hər bir cəhətdən təkmilləşdi, belə ki, dünyanın sonunadək bu inkişaf binasının proqramları, insanların maddi və mənəvi təkamülü üçün kifayətdir. Bununla da nübüvvət sona yetdi. Amma nübüvvət sonuncu Peyğəmbər vasitəsilə sona yetəndən sonra, ümmətin imaməti- rəhbərliyi- və hidayəti onun əhli beytinin (ə) vasitəsi ilə davam etdi, necə ki, Quranı- kərim buyurur:

"Ey Peyğəmbər! Sən təkcə xəbərdarlıq edəsən və hər qövmün hidayət edəni var.[2]

Şiə və Sünni hədislərində açıq- aşkar bildirilir ki, "hidayət edən"dən məqsəd, Əmirəlmöminin Əli (ə)- dır; necə ki, Dəməşq tarixində gəlibdir:

Elə ki, "sən təkcə xəbərdarlıq edərsən" ayəsi nazil oldu, Peyğəmbər (s) buyurdu: Mən xəbərdarlıq edənəm, Əli hidayət edən.[3]

İmamət, imam Əlidən (ə) sonra həzrətin ailəsində davam etdi, necə ki, həzrəti Peyğəmbərdən rəvayət olubdur:

Mən xəbərdarlıq edənəm, Əli hidayət edəndir və hər imam öz (yaşadığı) əsrin nəslinin hidayət edənidir.[4]

Başqa bir rəvayətdə imam Baqirdən (ə) belə nəql olunur:

«رسول الله المنذر، و علیّ الهادی، أما و الله ما ذهب منّا و ما زالت فینا إلی السّاعه»

Allahın rəsulu qorxudandır (xəbərdarlıq edəndir), Əli hidayət edən. Bilin (və agah olun): And olsun Allaha (imamət) bizim xanidanımızdan xaric olmayıb və qiyamət gününə qədər bizim aramızdadır.[5]

Bu həqiqətə mütəvatir və Peyğəmbərdən olması yəqin və sabit olunmuş "Səqəleyn" hədisində də təkid olunmuşdur. Bununla imamət və nübüvvət xanidanının ilahi rəhbərliyi üç əsrə yaxın davam etdi; amma imam Həsən Əsgərinin vəfatından (şəhadətindən) sonra ilahi hikmət bunu tələb etdi ki, islam ümmətinin mənəvi atası ondan sonrakı imam gözlərdən pünhan (gizli) qalsın və islam cəmiyyətini fəqihlərin və alimlərin yetimlər evinə tapşırsın, necə ki, imam Həsən Əsgəridən rəvayət olubdur: Atam, atalarından, onlar Peyğəmbərdən (s), mənim üçün rəvayət etdi: Ata və anasını əldən vermiş yetimdən daha dəhşətli yetim o yetimdir ki, öz imamından uzaq düşüb və ona əli çatmır və öz şəri məsələlərində təklifini və vəzifəsini bilmir. Bilin! Belə bir şəxs (bizim görməkdən məhrum olan və şəri hökümünü bilməyən şəxs) elə bir yetimdir ki, bizim elmlərimizə alim və agah olan alimlərin qoynuna yerləşdirilmişdir. Bilin! Hər kəs belə bir yetimi irşad edə, ona yol göstərə, hidayət edə və bizim şəriətimizi ona öyrədə, bizimlə ən üstün mənzildə olacaqdır.[6]

Əsrin imamının (əc) qeybətinin hikmətlərindən biri budur ki, dünyanın xalqı ədalət, azadlıq və insan hüquqları iddiası edən hökumətlərini yoxlasınlar və təcrübə əsasında belə bir nəticəyə yetişib, dərk etsinlər ki, ilahi rəhbərlərdən başqa bir rəhbər dünyada ədalət yaratmağa qadir deyildir, islam ümməti də dərk etsin ki, təkcə kamil təkamül proqramlarına yiyələnmək, islamın vədə verdiyi və münasib gördüyü cəmiyyətə yetişmək üçün kifayət deyil, bundan əlavə onun kənarında risalət (nübüvvət və Peyğəmbərlik) ailəsinin imaməti də zəruridir. İmam Sadiq (ə) bir hədisdə bu hikmətə işarə edərək buyurur: Qeybət o vaxta qədər davam edəcəkdir ki, hər bir qurup (və partiya) hökumətə yetişmiş olsun, belə ki, heç bir kəs deməsin ki, əgər mən hakim olsaydım ədalətlə hökumət edərdim. Bu zaman bizim qaimimiz haqqa və ədalətə qalxacaqdır.[7]

İslam dünyasının siyasi və ictimai şəraiti hazır olduqdan sonra, ilahinin yeganə höccəti, ədaləti dünyada bərpa etmək üçün zuhur edəcək və onun zühuru ilə, ilahinin Quranı- kərimdə üç dəfə təkrar etdiyi İslamın dünyanı tutmağı vədəsi həqiqətə yetişəcəkdir.

"Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!"[8]

"Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!"[9]

"Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!"[10]



[1] - Sünənüt- termizi, səh 39, hədis 13, kənzul- ümmal, cild 11, səh 422, hədis 31981

[2] - Rəd surəsi, ayə 7

[3] - Daneş nameye Əmirəl möminin, hədis 3125

[4] - Daneş nameye Əmirəl möminin, üçüncü bölmə, səkkizinci fəsil, hidayət hədisləri

[5] - Daneş nameye Əmirəl möminin, üçüncü bölmə, səkkizinci fəsil, hidayət hədisləri

[6] - Məhəmməd, Məhəmmədi Reyşəhrinin İmamul- huda səqəleyn hədisi baxımından ünvanlı kitabına müraciət edin

[7] - Əlğeybət, Nomani, səh 274, hədis 53

[8] - Tövbə surəsi, ayə 23

[9] - Fəth surəsi, ayə 28

[10] - Səf surəsi, ayə 9