Əli (Əleyhissalam) PeyğƏmbƏr sƏllƏllahu Əleyhi vƏ alihi vƏ sƏllƏmin ardICIlI


Əli (əleyhissalam) buyurur: Dünyanı hədəf satmağın bəyənilməzliyi barədə İslam Peyğəmbərini özümüzə örnək və nümunə saymağımız kifayət edər. Eləcə də 150-ci xütbənin sonunda bu barədə belə buyurur:

Allahın dərgahında ən əziz bəndələr İslam Peyğəmbərindən nümunə götürüb addımını onun ləhirinin yerinə qoyanlardır.” Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ac qarınla dünyadan köçərək ruh sağlamlığı və imanla əbədiyyətə sarı qanad açdı. Doğrudan da Allah bizə nə böyük nemət verdi. Və bizə inayət elədi ki, məhz onun xətti ilə hərəkət edək. And olsun Allaha əynimdəki köynəyimi o qədər yamamışam ki, artıq yamayandan utanıram. Bir şəxs etirazla mənə dedi:

Niyə bu köhnə paltarı çıxarmırsan!” Ona dedim: “Məndən uzaqlaş.”