Miras və İslam üçün AlHassanain Network Düşüncə

OSMANA NƏSIHƏT

0 Nəzərlər 00.0 / 5

ƏLLİ ALTINCI HEKAYƏT

Osmana nƏsihƏt

Osmanın xilafət dövrü idi. Müsəlmanlardan bir qrupu İmam Əli (əleyhissalam)-ın yanına gələrək ondan Əliyə şikayət etdilər. Əli (əleyhissalam) -dan xahiş etdilər ki, Osmanla söhbət edib onu xətalarından çəkindirsin.

İmam Əli (əleyhissalam) (bu siyasi məsələlərə laqeyd qalmadı). Onların istəyini nəzərə alıb Osmanın yanına gələrək ona nəsihət etməyə başladı. Bu nəsihətində camaatın etiraz və şikayətini söylədikdən sonra buyurdu: “Bil ki, Allah hüzurunda olan ən yaxşı bəndə hidayət olub başqalarını da hidayət edən adil rəhbərdir ki, sünnətini canlandıraraq daha da möhkəmləndirir.”

Allah qarşısında insanların ən pisi öz yolunu azıb başqalarını da yolundan sapdıran zalım rəhbərdir ki, düzgün sünnətləri məhv edib tərk olunmuş bidətləri dirildər.” Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurub:

Zalım rəhbəri qiyamət günü səslərlər, o zaman onun nə köməyi olar nə də üzr istəməyə üzü.”

Onu cəhənnəm oduna atarlar. Bundan sonra dəyirman daşı odda fırlanmağa başlar, daha sonra isə onu cəhənnəmin dərinliyində zəncirə çəkərlər. Olmaya sən olasan ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm həmişə buyururdu:

Bu ümmət bir rəhbəri öldürdükdən sonra qiyamətə qədər ölüb öldürmə qapıları onların üzünə açılar...”

Bir az danışıqdan sonra yenə buyurdu:

Səni and verirəm Allaha, məbada ətlərinin cilovunu Mərvanın əlinə verəsən ki, o da onu istədiyi tərəfə çəksin.”

Osman dedi: “Camaatdan mənə möhlət al, ta onların tapdanmış hüquqlarını qaytarım.”

İmam buyurdu:

Mədinəliləri deyirsənsə onda möhlət yoxdur. Tez işə başlamaq lazımdır ki, Mədinədən çıxmaq möhləti sənin dəsturunun onlara çatması qədərdir.”

Bu tərtiblə: görürük ki, İmam Əli (əleyhissalam) ən ali əxlaqi və siyasi üsulla Osmana nəsihət edib böyük ədəb və kamallla məntiqi işlərin başlanmasına zəminə yaradır.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə