Miras və İslam üçün AlHassanain Network Düşüncə

QARĞIŞ

0 Nəzərlər 00.0 / 5

QARğIş

Bəni-Naciyə qəbiləsindən olan ibni Raşid adlı bir şəxsin təhriki nəticəsində Kufə ordusundan otuz nəfərə yaxın döyüşçü Xəvaricə qoşulmağı planlaşdırmışdılar. İmam Əli (əleyhissalam) köməkçilərindən birini onların vəziyyətindən xəbərdar olub ona məlumat versin deyə onlara sarı göndərdi. O da gedib bu yağı və əks inqilabi qrupun vəziyyətini yaxından yoxlayaraq İmamın hüzuruna qayıtdı.

İmam ondan soruşdu: “Gördüyün şəxslər özlərini amanda hiss edirdilər yoxsa elə yerlərində durmuşdular.? Bəlkə qorxub qaçdılar?!”

O ərz etdi: “Onlar qorxub qaçdılar.” İmam Əli (əleyhissalam) onlara qarşı belə qarğış etdi:

Allahın rəhmətindən Səmud qovmu uzaq olduğu tək uzaqlaşsınlar Sonra buyrudu: Agah olun əgər bizim nizə və şəmşirlərimiz onları tutsaydı öz keçmişlərindən peşman olardılar, bu gün şeytan onlardan təfriqə yaratmalarını istəmişdirsə sabah onlardan bizarlıq axtaracaqdır.” Onların haqqında təkcə bu kifayətdir ki, hidayət yolunu buraxıb zəlalətə yuvarlanmışlar. Onlar haqq yolunu itirib sərgərdanlıq tərəfə getmişlər.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə