PEYĞƏMBƏRIN (S) QIBTILƏRIN BAŞÇISI MÜQƏVQISƏ MƏKTUBU


PEYĞƏMBƏRIN (S) QIBTILƏRIN BAŞÇISI MÜQƏVQISƏ MƏKTUBU

Həzrəti Peyğəmbər (s)- altı səfirdən biri olan Hatib ibni Əbubəltəə ləxmini bir məktubla İskəndəriyyənin başcısı, Qibtilərin hakimi Müqəvqisin yanına, onu islama dəvət etmək üçün göndərdi. Hatib məktubu Müqəvqisə verdi. Müqəvqis məktubu oxudu və Hatiblə mehribanlıqla rəftar etdi. Məktubu fil sümüyündən olan bir sandığa qoyub ağzını möhürlədi və onu öz kənizinə tapşırdı. Peyğəmbərə (s) yazdı: Mən bilirdim ki, hələ bir Peyğəmbər qalıbdır, amma güman etmirdim ki, o, Şamda zühur edəcəkdir. Sənin göndərdiyin elçini əzizlədim, indi Qibtilərin içində böyük məqama və hörmətə malik olan iki kənizi sənin üçün göndərirəm, bir (dəst) paltar və minik üçün bir qatır sənə hədiyyə edirəm.

O, başqa bir şey yazmadı və müsəlman da olmadı. Həzrəti Peyğəmbər Müqəvqisin hədiyyəsini qəbul etdi, həmçinin göndərdiyi iki kənizi də qəbul etdi. O kənizlərdən biri həzrəti Peyğəmbərin oğlu İbrahimin anası Mariyə, o biri isə onun (Mariyənin) bacısı Sirin idi. Göndərdiyi ağ qatırın o zaman ərəblərin arasında misli yox idi. O qatır Düldül idi. Allahın rəsulu (s) buyurdu: Xəbis öz padşahlığına paxıllıq etdi, (yəni padşahlığından keçə bilmədi) halbu ki, onun bu hökümranlığı davam tapmayacaq.

Hatib deyir: Müqəvqis mənimlə böyük ehtiramla davranırdı və məni çox mətəl etməzdi, vaxtımı çox tutmazdı. Mən beş gündən artıq onun yanında qalmadım.[1]



[1] - Ət- təbəqətül- Kübra, cild 1, səh 260