PEYĞƏMBƏRIN (S) HARIS IBNI ƏBU ŞIMR QƏSSANIYƏ MƏKTUBU


PEYĞƏMBƏRIN (S) HARIS IBNI ƏBU ŞIMR QƏSSANIYƏ MƏKTUBU

Əttəbəqətül- kübra: Həzrəti Peyğəmbər (s) o altı səfirdən biri olan Şüca ibni Vəhəb Əsədini, bir məktubla Haris ibni əbu Şimr Qəssanini islama dəvət etmək üçün onun yanına göndərdi.

Şüca deyir: Harisin yanına getdim. O Dəməşqin Qütəsində[1] idi. O vaxt Qeysər Hemsdən İlyaya gəlmək astanasında idi və Harisin başı Qeysəri qarşılamaq tədarükünə qatışmışdı. Mən iki ya üç gün orada onu gözlədim. Sonra onun müdafiyəçisinə dedim: Mən Allahın rəsulunun Harisin tərəfinə elçisiyəm.

O dedi: Filan günə qədər qırağa çıxmayınca onu görə bilməyəcəksən. Müdafiyəçinin adı Məra idi və Rum əhlindən idi. O, məndəm Allahın rəsulu barəsində soruşurdu və mən onun xüsusiyyətlərindən və dinindən cavab verirdim. O, elə təsir altına düşürdü ki, hətta ağlayırdı və deyirdi: Mən İncili oxumuşam və indi o Peyğəmbərin xüsisiyyətlərini oxuduğum kimi görürəm. Mən ona iman gətirdim və onu təsdiq etdim, amma qorxuram Haris məni öldürsün.

Məra mənə ehtiram edirdi və məni əzəmətlə qarşılayırdı. Bir gün Haris içəri otaqdan bayıra gəldi. Taxtında oturdu və başına tac qoydu. Mənə daxil olmaq üçün icazə verdi. Mən Peyğəmbərin (s) məktubunu ona təhvil verdim. O məktubu oxudu, sonra onu tulladı və dedi: Kim mənim padşahlığımı əlimdən ala bilər?!

Mən onun sorağına gedirəm, hətta Yəməndə olsa belə. Camaatı yığın!

O, göstəriş verirdi, o cümlədən göstəriş verdi ki, atlara nal vursunlar. Sonra dedi: Gördüklərini öz rəhbərinizə deyərsən.

Həmçinin Qeysərə bir məktub yazdı və mənim gəlməyimi və onun qərara gəlməsini ona çatdırdı. Qeysər məktubun cavabında yazdı: Onun (Peyğəmbərin) yanına getmə və mənim yanıma İlyaya gəl.

Elə ki, Qeysərin məktubunun cavabı gəldi, Haris məni yanına çağırdı və dedi: Nə vaxt ağanın yanına qayıdırsan?

Dedim: Sabah.

Haris göstəriş verdi, mənə yüz misqal qızıl verdilər. Məra özünü mənə çatdırdı və göstəriş verdi mənə bir dəst geyim və bir miqdar yol xərci verdilər.

Sonra dedi: Mənim salamımı Allahın rəsuluna yetir.

Mən rəsulullahın hüzuruna yetişdim və bütün əhvalatı ona danışdım. Buyurdu: "Onun padşahlığı məhv olsun".

Həmçinin Məranın salamını və dediklərini Peyğəmbərə (s) çatdırdım və o, buyurdu: "Düz deyibdir".

Haris ibni Şümr Məkkə fəth olan il öldü.[2]



[1] - Quta, Dəməşqdə- suyu və ağacları olan- bir yer adıdır.

[2] - Əttəbəqətül- kübra, cild 1, səh 261