ƏLI (ƏLEYHISSALAM)-IN ŞƏHID YOLDAŞLARINDAN XATIRƏSI


ALTMIŞ BİRİNCİ HEKAYƏT

Əli (Əleyhissalam)-In şƏhid yoldaşlarIndan xatirƏsi

Novf ibni Füzaleye Bikali Huməyr qəbiləsindən olmuş, əsli isə Həmədandan idi.

Bu tayfa ona bir başçı kimi ehtiram bəsləyirdi. Novf Əli (əleyhissalam)-ın yaxın köməkçilərindən idi. O deyir:

Həzrət Əli (əleyhissalam) Kufədə Kufə məscidi yanında bir daşın üstündə durub aşağıdakı xütbəni (182) buyurdu Bu vaxt İmam yundan qalın və kobud bir köynək geymiş, şəmşirini xurma lifindən düzəlmiş bir bağla boynundan asmışdı. Ayağına xurma lifindən ayaqqabı geymiş, alnı isə səcdənin təsirindən qabar bağlamışdı. Allaha həmd və səna söyləyib təqvaya sifariş etdikdən sonra nəsihət edərək ölümü təzəkkür verib şah və qolu zorluları xatırladı. Daha sonra onların çalasına düşənləri qeyd etdi. Bu xütbəsində Həzrət Məhdi (əleyhissalam) Allahın höccətindən səlləllahu əleyhi və alihi və səlləm söz açmaqla Allah yolunda ixlasla qədəm götürmüş və Siffeyn müharibəsində şəhadətə yetişmiş yaxın silahdaşlarını xatırlayıb buyurdu:

Haradadırlar o qardaşlarım ki, yoluma atla gəlib haqq yolunda qədəm atdılar?!”

Haradadırlar Əmmar və ibni Yəthan və Zuş-şəhadətəyn və bunlara bənzərlər ki, canlarını fəda etmək üçün əhd-peyman bağladılar.? Başları zalımlara ərməğan getmişlər hanı?.

Sonra əlini şərif saqqalına çəkərək uzun müddət göz yaşı töküb buyurdu:

Onlar həmişə Quran oxuyub onun buyurduqlarına əməl edərək Quranı ayağa qaldırırdılar. Bu şəxslər sünnətləri canlandırıb bidətləri məhv etdilər. Bununla yanaşı cihada olan dəvətdən qaçmır, öz rəhbərlərinə inanıb onun xəttində möhkəm durmuşdular. Sonra hündür səslə belə fəryad etdi:

Əmmar, məhşur səhabə Əmmar Yasirdir ki, öz saqqalını İslama xidmət etməklə ağartmış həmişə də Peyğəmbər və Əli (əleyhissalam) ilə çiyin-çiyinə irəliləmiş nəhayət Siffeyn müharibəsində 94 yaşında şəhadətə yetişmişdi. ibni Yəthanda həmin Əbul Meysəm Malik ibni Yəthandır ki, Bədr və Ühüd müharibələrində İslam ordusunun, eləcə də digər İslam müharibələri ordusunun başçılarından sayılırdı.” O da Siffeyn müharibəsində Əli (əleyhissalam)-ın hüzurunda şəhadətə yetişdi. Zuş şəhadətəynXüzeymət ibni Sabitdir ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin zamanında İslam sərdarlarından idi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onun şahidliyini iki nəfərin yerinə bir məsələdə qəbul etdiyinə görə onu Zuş-şəhadətəyn (iki şahid sahibi) çağırırdılar. O, da Siffeyn müharibəsində, Əmmar şəhadətə yetdikdən sonra meydana atılaraq düşmənlə vuruşdu və şəhadətə yetişdi.

Ey Allahın bəndələri! cihad! cihad!...” Bilin ki, mən bu gün ordunu cəbhəyə sarı çağırıram. Allahla görüşmək arzusunda olanlar evdən çıxıb bizimlə birgə irəliləsinlər.

Novf deyir: Həzrət Əli (əleyhissalam) oğlu Hüseyni on min nəfərə, Qeys ibni Sədi başqa on min nəfərə Əbu Əyyub Ənsarini isə daha başqa bir on min nəfərə, başçı təyin etdi.

Həzrətin bu döyüşçülərlə birgə Müaviyə ordusuna qarşı Siffeyn müharibəsinə qayıtmaq fikri vardı. Cümə ötməmiş İbni Mülcəmin başçılıq etdiyi qoşun Həzrətin qoşununa zərbə vurdu. Ordu qayıtdı.

Biz canavarların hər tərəfdən hücum edəcəyi çobansız sürü kimi dağınıq düşüb qəlbi yanıq olmuşduq.”