10 HƏDIS (18)


10 HƏDIS (18)

Hədis 170: Həzrət Məhəmməd (s) buyurur: “Ölümümdən sonra ümmətim üçün ən çox qorxduğum şəxs Qur`anı yanlış təfsir və tə`vil edən şəxsdir.”

* * *

Hədis 171: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul edir.”

* * *

Hədis 172: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.”

* * *

Hədis 173: Həzrət Məhəmməd (s) buyurur: “Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey namazdır.”

* * *

Hədis 174: Həzrət Məhəmməd (s) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.”

* * *

Hədis 175: Həzrət Məhəmməd (s) buyurur: “Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.”

* * *

Hədis 176: Həzrət Məhəmməd (s) buyurur: “Mənim ümmətimə qarşı mehriban olanla Allah da mehriban olar.”

* * *

Hədis 177: Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).”

* * *

Hədis 178: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”

* * *

Hədis 179: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.”

* * *