HƏDIYYƏ FORMALI RÜŞVƏT YA ILANIN AĞZININ SUYU ILƏ QARIŞDIRILMIŞ HALVA

HƏDIYYƏ FORMALI RÜŞVƏT YA ILANIN AĞZININ SUYU ILƏ QARIŞDIRILMIŞ HALVA
Əş”əs ibni Qeys (münafiqlrin başçısı) ən alçaq və hiyləgər, eləcə də Əli (əleyhissalam)-ın ən kinli düşmənlərindən biri idi. O, həmçinin Siffeyn müharibəsində və Həkəmeyn əhvalatında Əli (əleyhissalam)-a ən böyük xəyanətlərdən birini etdi. Nəhrəvan müharibə-sinin əsl qızışdırıcısı da elə o oldu. İbni Əbil Hədidin dediyinə görə Əli (əleyhissalam)-ın xilafəti dövründə baş vermiş hər hansı bir fitnə və fəsadlar Əş”əsin tərəfindən olmuş. O elə bir kəs idi ki, Kufədə evinin damında minarə tikdir-mişdi və namaz vaxtlarında azan verilən yerə qalxıb uca səslə Əli (əleyhissalam) xitab edib deyirdi: “Ey Əli, (əleyhissalam) sən yalançı və sehrbazsan.”
İmam Sadiq (əleyhissalam) buyurdu: Əş”əs Əli (əleyhissalam)-ın qətlində, qızı Co”də İmam Həsən (əleyhissalam)-ın qətlində və oğlu Məhəmməd Əş”əs İmam Hüseyn (əleyhissalam)-ın qətlində iştirak etdi.
İndi də hadisənin əslinə qayıdaq: Əş”əs ibni Qeys özünün xam xəyalı ilə Əli (əleyhis-salam)-a hədiyyə adlı rüşvət gətirməklə o Həzrətin hökumətinə yaxınlaşmasını, əticədə özünün maddi və mənəvi hədəflərinə çatmasını istəyirdi. Buna görə də halva hazırlayıb gecə vaxtı Əli (əleyhissalam)-ın evinə gəldi və qapını döydü. Əli (əleyhissalam) qapını açdı və Əş”əs halvanı Həzrətə təqdim etdi. İmam Əli (əleyhissalam) bu barədə buyurur: O halvaya elə bir şey qatmışdı ki, mən onu bəyənmirdim, sanki o halva ilan ağzının suyu ilə qatılmışdı.
Dedim: Bəxşişdir, zəkatdır, yoxsa sədəqə? Zəkat (vacib) və sədəqə ki, (müstəhəbb) bizim ailə və sülaləmizə haramdır.
Əş”əs dedi: Nə zəkatdır, nə də sədəqə və hədiyyədir.
Dedim: Yasçılar sənin yasında otursunlar, Allahın dini yolu ilə daxil olubsan ki, məni aldadasan? Sənin əqlinin nizamı pozulub dəli olmusan yaxud sayıqlayırsan?
And olsun Allaha, əgər göylərin altında olan yeddi iqlimi mənə bağışlayalar, bundan ötəri ki, qarışqanın ağzından apardığı arpa qabığını ondan alacağım qədəri günah edəm, etməyəcəyəm. Həqiqətən də sizin dünyanız mənim yanımda çəyirtgənin ağzında çeynədiyi yarpaq qədər dəyrsizdir. Əlinin fani dünya nemətləri həmçinin onun müvəqqəti ləzzəti ilə nə işi? Allaha əql zəifliyindən və azğınlığından pənah aparır və ondan kömək istəyirəm.
Bu tərtiblə Əli (əleyhissalam) Əş”əsin rüşvət formalı hədiyyəsini rədd etdi və Əş”əsin bu işi o Həzrəti icra etməkdən saxlaya bilmədi.