ƏLI (Ə) TƏLHƏNIN CƏNAZƏSI YANINDA

YETMİŞ BEŞİNCİ HEKAYƏT

ƏLI (Ə) TƏLHƏNIN CƏNAZƏSI YANINDA
Təlhə Übeydullahın oğlu Məkkə əhlindən və Qüreyş sülaləsindən idi. O, şücaətli və səxavətli bir şəxs idi ki, onu Təlhətül-Cavad deyə çağırırdılar.
O, İslama ilk qədəm qoyanlardan Ühüd və Xəndək, eləcə də zəmanənin digər müharibələrində iştirak edənlərdən biri idi. Osmanın xilafəti zamanında Təlhə Osmanla bərk müxalif və Osmanın qatillərindən biri idi. Əli (əleyhissalam) bir gün Təlhəyə buyurub israr etdi ki, “Osmanı azad edin.” O, cavabında dedi: “Bəni-Üməyyəni cəzalan-dırmayınca Osmanın azadlığı mümkün deyildir.”
Təəccüblü burasıdır ki, həmin Təlhə Əli (əleyhissalam)-ın əleyhinə olan Cəməl müharibəsində, həmin ordunun Bəsrədəki bayraqdarı idi. Onun bayrağı altında yaşayan Mərvan adlı bir şəxs nəhayət Təlhəni öldürdükdən sonra dedi: “Osmanın qanının intiqamını Təlhədən aldım.”
Cəməl müharibəsinin ən böyük qızışdırıcılarından biri olan Təlhə nəhayət öldürüldü. Müharibədən sonra İmam Əli (əleyhissalam) cəsədlərin arasında gəzirdi. Elə ki, gözü Kə”b ibni Səid ibni Miqdad və s... kimilərin napak cəsədlərinə sataşdı bir neçə qısa sözlər buyurdu: Amma Həzrətin gözü Təlhənin napak cəsədinə sataşdıqda buyurdu: “Bu şəxs mənim beyətimi sındıran, fitnə və qalmaqal yaradan idi, həmçinin ümmət üçün camaatı məni və mənim nəslimi öldürməyə dəvət edirdi.”
Sonra İmam buyurdu: Onu əyləşdirin oradakılar onu oturtdular., Bu zaman İmam üzünü ona tutub buyurdu: “Ey Təlhə! Allahımın mənə verdiyi və”dənin haqq olduğunu tapdım və sən də öz növbəndə Allahın günahkarların cəzası haqqında verdiyi və”dəsinə yetişdin. Daha sonra buyurdu: Cəsədini tullayın.”
“Nəhcül-Bəlağə”də gəlmişdir İmam Əli (əleyhissalam) Təlhə və Əbdür-Rəhman ibni İtabın cəsədlərinin yanından keçdikdə buyurdu: Əbu Məhəmməd (Təlhə) bu məkanda yalqız və həmdəmsiz qalıbdır. And olsun Allaha ki, mən səma altında qalmış Qüreyşlilərin cəsədlərinə baxmaq istəmirdim. Mən öz intiqamımı Əbd Mənaf övlaından aldım, amma Bəni Cümə qəbiləsinin rəisləri qaçdılar, müharibə qızışdıranlar elə bir işə (yəni xilafət və rəhbərliyə) can atırdılar ki, buna əsla ləyaqətləri yox idi. “Hələ Arzularına çatmamış onların dartılmış boyunları sındırıldı.” Beləliklə İmam Əli (əleyhissalam) öz qatillərinin intiqamını aldı və fasidləri məhv etdi.