YETMİŞ DOQQUZUNCU HEKAYƏT

YETMİŞ DOQQUZUNCU HEKAYƏT

BEYTÜL-MALIN BÖLGÜSÜNDƏ BƏRABƏRLIK
Abdullah ibni Əsvəd Əli (əleyhissalam)-ın şiələrindən və silahdaşlarından idi. Baxmayaraq ki, atası və əmisi Bədr müharibə-sində şirk ordusunun tərəfdarı idilər və elə o müharibədə öldürüldülər. Babası Əsvəd Peyğəmbəri istehza edənlərdən biri idi, lakin özü Əli (əleyhissalam)-ın xəttində hərəkət edən və onun yolunu qəbul edənlərdən sayılır-dı. Bir gün o beytül-maldan öz haqqından artıq istəyib xəyal etdi ki, Əli (əleyhissalam)-a yaxın olması xatirinə o Həzrət onu başqalarından üstün tutar, amma İmam onun istəyinin cavabında buyurdu:
“Bu sərvət nə mənim, nə də sənidir. Əksinə müharibə qənimətlərindəndir ki, müsəlmanlar onu öz qılıncları ilə ələ gətiriblər. Əgər sən onlarla yoldaş olsaydın, onlar qədər payın var idi, yoxsa onların ələ gətirdikləri özgəsinin ağzına yem olmayacaqdı.”
Yuxarıdakı mövzunu nəzərdə tutmaqla aşağıdakı dastana diqqət edin:
Asim ibni Kuləyb atasından nəql edib dedi: Əli (əleyhissalam)-ın hüzurunda idim ki, İranın bir hissəsindən beytül-mal ünvanıyla bir qədər pul və başqa şeylər gətirmişdilər. Həzrət ayağa qalxıb onu bölmək qərarına gəldi. Camaat öz paylarını almaq üçün hücum etdilər. Həzrət qayda-qanuna riayət etmək üçün göstəriş verdi ki, Hail ünvanıyla malların ətrafına bir ip çəksinlər və camaat ipin o biri tərəfində dayansınlar Əli (əleyhissalam) özü də ipin içərisinə daxil oldu və əmr etdi ki, Yeddi qəbilənin rəisləri (o gün Kufədə sakin idilər) hazır olsunlar. Həzrət hər qəbilənin payını onların nümayəndələrinə verdi ki, hər nümayəndə o malları öz qəbilələrinin üzvləri arasında bərabər surətdə bölsünlər. İşin sonunda boşalmış qabların içərisində bir parça çörək qaldı.
Əli (əleyhissalam) buyurdu: “Həmin çörəyi yeddi hissəyə bölün və hər hissəsini bir qəbilənin payına əlavə edin.”
Başqa bir rəvayətə görə İmam Əli (əleyhissalam) müsəlmanların malını böldükdən sonra onun yerini süpürüb su səpirdi, sonra ağ və sarı pullara işarə ilə buyurdu:
“Ey ağ və qırmızı (yəni qızıl və gümüş) pullar, məndən başqasını aldadın.”
“Nəhcül-bəlağə”də 232-ci xütbəyə nəzər salaq:
Bir gün Əli (əleyhissalam)-ın yanına iki qadın gəldi. Onlardan biri ərəb, digəri isə azad olmuş kəniz idi. İmam bir neçə dirhəm və bir miqdar yeməyi eyni bərabərdə onlara verdi. Bunu görcək ərəb qadın etiraz etdi və dedi: Mən ərəbəm, bu qadın isə əcəmdəndir. Niyə mənə artıq vermədin? İmam (əleyhis-salam) buyurdu: “And olsun Allaha! Mən beytül-malın bölügüsündə İsmailin övladlarını İshaqın övladlarından üstün görmürəm.”
Əllamə Məclisi yazır: “İmam Əli (əleyhissalam) İslam məntəqələrindən, xüsusilə Şamdan başqa bütün maddi dünyanı buraxmışdı. O bu məntəqələrdən yığılan beytül-malı bölüşdürdükdən sonra aşağıdakı şeri oxuyurdu:
“Bu mənim əl səliqəmdir və ən yaxşısı ortasındadır,
çünki hər bir canlının əli ağzına çatır.”