HAKIMIN KITAB ƏHLINƏ YANAŞMA RƏFTARI

HAKIMIN KITAB ƏHLINƏ YANAŞMA RƏFTARI
Əli (əleyhissalam)-ın xilafəti zamanı fars və Bəhreyn camaatı (çoxu) atəşpərəst idilər.
İmam Əli (əleyhissalam) Ömər ibni Əbi Sələməni həmin məntəqənin hakimi təyin etdi. Hakimin həmin yerdə yaşayan müşriklərlə olan rəftarı düzgün deyildi, belə ki, o onların təhqir edir və onlara kobud rəftarla yanaşırdı.
O məntqənin əkinçiləri Əli (əleyhissalam)-ın yanına gəlib öz hakimlərindən ona şikayət etdilər. İmam Əli (əleyhissalam) Ömər ibni Sələmə üçün bir məktub yolladı. O məktubda belə yazılmışdı: “Sənin əmrin altında olan əkinçilər dözülməz təhqir və onlara qarşı daşürək olmağından şikayət etmişlər. Onlar bizim razılığımıza əsasən İslam hökumətinin pənahında yaşayırlar. Buna görə də onlarla yumşaqlıqla rəftar et və onlara mülayim siyasət yolu seçməklə yanaş.”