Miras və İslam üçün AlHassanain Network Düşüncə

İSLAMDA ZIYARƏTIN YERI

0 Nəzərlər 00.0 / 5
İSLAMDA ZIYARƏTIN YERI
İstər diri, istərsə də ölü ziyarəti İslamda bəyənilən, tövsiyə edilən, eyni zamanda müstəhəb əməllərdəndir. Bu arada Allah övliyalarının ziyarəti daha böyük əhəmiyyət kəsb edir. Ölülərin ziyarəti barəsində gələn hədislərə istinadən belə nəticəyə gəlmək olar ki, ölülərlə dirilərin ziyarəti arasında heç bir fərq yoxdur. Fərqi yalnız ziyarət olunanı görüb- görməməkdədir. Müsəlman məzhəbləri arasında təkcə vəhhabilər qəbirlərin ziyarətinin haram olmasına etiqadlıdırlar. Vəhhabilərdən başqa bütün müsəlman firqə və məzhəbləri ziyarətin şəriətə uyğun əməl olmasında yekdillidirlər. Vəhhabilər "Səhih- Buxari" kitabında Əbu Hüreyrədən nəql olunan: "Məscidəl- həram", "Məscidəl- Rəsul" və "Məscidəl- Əqsa"- dan başqasının ziyarəti icazəli deyil" hədisinə istinad edərək, başqalarının qəbrini ziyarət etməyi haram bilmişlər. Qeyd etmək lazımdır ki, bu hədisin sənədinin problemli olmasından əlavə, onun dəlaləti də şübhəlidir. Bu hədisdə söhbət məsciddən gedir, imam və övliya qəbirlərindən yox. Digər tərəfdən, bu üç məscidin ziyarətinin daha yaxşı və müstəhəb olmasından bəhs olunur.
Ən yeni Hənbəliçilərdən, yəni vəhhabilərdən başqa bütün firqə və məzhəblər ziyarətin şəri qanunlarla icazəli olmasında müttəfiqdirlər. Amma başqaları, əhli- sünnənin mötəbər kitablarından, İslam Peyğəmbərindən (s) həzrətin özünün (s) qəbrinin ziyarətinin müstəhəb olması haqda hədislər göstərirlər: "Kim məni ziyarət etsə, şəfaətim onun üçün vacib olar".
"Kim qəbrimi ziyarət etsə, məni sağlığımda ziyarət etməsi kimidir".
"Həcc ziyarətinə gəlib, amma məni ziyarət etməyən şəxs mənə cəfa və zülm etmişdir.  
"Məni məqsədlə və niyyətlə ziyarət edən şəxs, qiyamət günü mənim kənarımda olacaqdır".  
Şiə məzhəbində hər şeydən öncə ziyarət fəsli və onun əhəmiyyəti tövsiyə olunmuşdur. Bu məzhəbdə imamın ölümündən sonrakı ziyarəti (öz nəqlinə əsasən) onun sağlığındakı ziyarət etməklə bərabərdir. Ruhun baqi və qalıcı olması etqadını qəbul etsək, xüsusilə onun hər yerdən öncə bədəninə, dəfn olunduğu yerə diqqət və əlaqəsini nəzərə alsaq, bu iddia həqiqətdən uzaq deyil. Mərhum Ruhullah Musəvi Xomeyni buyurur: "Ruhun ölümdən sonra bədənlə əlaqəsi davamlıdır" deyilməsi mümkündür; ona görə ki, bədən ruhun qərar və inkişafının məkanı olmuşdur.
Mən deyirəm: Nəfsin (ruhun bədənlə iki növ əlaqəsi var. Ölüm zamanı bir başa əlaqə kəsildə də, bir- başa olmayan əlaqə, dolayısı ilə də olsa, həmişə qalıcıdır. Bu cəhətdən, şiələr qəbirlərin ziyarətini icazəli bilirlər". İmamların və imamzadələrin ziyarətinin tövsiyəsi zəminin də məsum imamlardan (ə) şoxlu hədislər nəql olunmuşdur. Həmçinin bu haqda İmam Rza (ə) buyurur: "Hər bir imamın öz ardıcıllarının boynunda əhdi vardır və o əhdə vəfa etmək imamların qəbirlərini ziyarətdən başqa bir şeylə tamam olmaz".  
Qiyamət günü zəlzələ zamanı dağılmayacaq məkan məsciddir.
Allah tərəfindən Peyğəmbərə 104 kitab nazil olmuşdur. 50 səhifə Şeysə (ə), 30 səhifə İdrisə (ə), 20 səhifə İbrahim Peyğəmbərə (ə), Davuda (ə) Zəbur, Musaya (ə) Tövrat, İsaya (ə) İncil, Məhəmmədə (s) Quran nazil olmuşdur.
Cəhənnəmin qapışısının adı Malikdir.
Cənnətin səkkiz qapısı var.
Cəhənnəmin yeddi qapısı və yeddi təbəqəsi var.
Şeytan dörd dəfə- ona lənət olunan, yer üzərinə atılan, Məhəmməd Peyğəmbərliyə (s) seçilən və "Fatihə" surəsi nazil olan gün fəryad etmişdir.
Adəm və Həvva yalnız səkkiz saat cənnətdə olmuşlar.
Allahın adının min dəfə zikr olunduğu dua, "Cövşən kəbir" duasıdır.
Yerin və göyün yaradılması altı çəkdi. Hər bir gün isə əlli min ilə bərabər idi.
Mömin kişilər 33 yaşlı cənnətə daxil olacaqlar.
Mömin xanımlar 16 yaşlı cənnətə daxil olacaqlar.
Qırx il Quran ayələri ilə söhbət edən xanım, həzrət Fatimənin (ə) kənizi Fizzə idi.
Namazı ilk vaxtda qılan şəxslərə Əzrail (ə) özü "La ilahə illəllahı" təlqin edəcək və şeytanı onlardan uzaqlaşdıracaq.
Min aydan üstün olan gecə "Qədr" gecəsidir.
Məhəmməd Peyğəmbərin (s) buyurduğuna görə: "Cənnət dörd nəfərin intizarındadır"; onlar həzrəti Əli (ə) Əbuzər Qifari, Salman Farzi və Miqdaddır.
Əməlləri əməl dəftərinə qeyd edən iki mələk "Ətid və "Rəqib" adlanır.
Namazın ən üstün hissəsi, uzun- uzadı qünut tutmaqdır.
Əzrayil (ə) gündə beş dəfə insanların üzünə baxır.
Qiyamətin bir günü əlli min ilə bərabərdir.
Həzrət Əlinin (ə) atasının adı İmrandır.
Yer üzündə həzrət Məhəmmədə (s) bağışlanılan xəzinə "Ayət əl- kürsi"- dir. ("Bəqərə", 255- 257).
İnsana verilən ən üstün nemət ağıldır.
"Aşura" ziyarətnaməsi İmam Baqirdən (ə) nəql olunmuşdur.
Qiyamət günü soruşulacaq ilk əməl namazdır.
İlk bütpərəst tayfa həzrət İdrisin (ə) ümməti omuşdur.
İlk məsumə qadın həzrət Məryəmdir (s).
İmam Hüseyn (ə) türbəti ilə namaz qılan ilk şəxs İmam Zeynəl- Abidindir (ə).
Həzrət Adəmin (ə) dilinə gətirdiyi ilk cümlə "Həmd olsun aləmlərin Rəbbinə" cümləsidir.
Allahın əmri ilə yenidən diriləcək ilk şəxs İsrafil mələkdir. O isə Allahın əmri ilə suru çalacaq və digərləri də diriləcəkdir.
İlk yazı yazan şəxs həzrət İdris (ə) olmuşdur.
Məhəmməd (s) Peyğəmbərin hicrətindən sonra ona tərəf hicrət edən ilk xanım Fatimə binti Əsəd, həzrət Əlinin (ə) anasıdır.
Allahın ilk yaratdığı şey ağıldır.
Allahın Rəbb olmasına iman gətirən ilk şəxs həzrət Məhəmməddir (s).
Musa Peyğəmbərə (ə) iman gətirən ilk qadın, Fironun xanımı Asiyə olmuşdur.
İlk tövbə edən şəxs həzrət Adəmdir (ə). Allah onun tövbəsini "Ali- Əba" ya and verəndən sonra qəbul etdi.
Təsbeh düzəldən şəxs həzrət Zəhradır (s). Həmin təsbehin torpağı "Şəhidlər ağası", həzrət Həmzənin qəbrindən idi.
İlk şer deyən şəxs həzrət Adəmdir (ə).
İlk müsəlman qadın həzrət Xədicədir (s).
İmam Hüseyn (ə) qoşununa tərəf ox atan ilk şəxs Ömər ibni Səddir. (Allahın lənəti ona olsun).
Əkiz uşaq dünyaya gətirən ilk qadın həzrət Həvva olmuşdur.
İlk qatil Qabil olmuşdur. O, öz qardaşı həzrət Habili (ə) qətlə yetirmişdir.
Həzrət Məhdi (ə.c.) zühurundan sonra mübarək dilinə gətirəcəyi ilk cümlə "Bəqiyyətəllahi xeyrun ləkum in kuntum möminin" ayəsidir.
Yaranandan sonra Adəmin (ə) ilk gördüyü əməl asqırmaq olmuşdur.
İslamda ilk şəhid qadın Əmmar Yasirin anası Süməyyə xanımdır.
İmam Hüseyn (ə) qəbrini ilk ziyarət edən şəxs Cabir ibni Abdulla olmuşdur.
Həzrət Adəmin (ə) saçını ilk dəfə Cəbrayıl (ə) cənnətdən gətirdiyi yaqut ilə qırxmışdır.
Cənnətə daxil olacaq ilk şəxs həzrət Zəhradır (s).
Bəni İsraildən seçilən ilk Peyğəmbər həzrət Musa (ə) olmuşdur.
Yer üzündə tikilən ilk məscid "Məscid- ül- Həram"dır.
Həzrət Məhəmmədə (s) vacib olan ilk namaz, zöhr namazıdır.
Həzrət Məhdiyə (ə.c). ilk beyət edən şəxs Cəbrayıldır (ə).
Məkkədə Quranı aşkar edən ilk qiraət edən şəxs Abdullah ibni Məsuddur.
"Allahu əkbər" deyən ilk şəxs İbrahim Peyğəmbərdir (ə).
Dərzilik edən ilk şəxs İdris peyğəmbər (ə) olmuşdur.
Quranı toplayan ilk şəxs həzrət Əlidir (ə).
Quranın ilk şərhçisi həzrət Əlidir (ə).
İlk müəllim Allahdır.
Cənnətdə ilk ərzaq balıqdır.
İslamda ilk tabut həzrət Zəhra (ə) üçün düzəldilmişdir.
İmam Hüseynə (ə) ilk növhə deyən Allah olmuşdur.


Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə