PEYĞƏMBƏRLƏR HAQQINDA

PEYĞƏMBƏRLƏR HAQQINDA
Peyğəmbərlərin dillərinə gətirdikləri ən gözəl cümlə nə olmuşdur?
1. Peyğəmbərlərin ən gözəl cümləsi "La ilahə illəllah" (Allahdan başqa ibadətə layiq məbud yoxdur) cümləsidir. Hansı
Peyğəmbərin xəstəliyi qırx il çəkmişdir?
2. Əyyub Peyğəmbərin xəstəliyi 40 il sürmüşdür.
Hansı Peyğəmbərin iki adı olmuşdur?
3. Bəzi Peyğəmbərlərin iki adı olmuşdur: Məhəmməd (s) Əhməd, Yunus- Zunnum, İsa- Məsih, Xızr- Məliqa, Yəqub- İsrail, Yuşə ibni Nun- Zulkufl.
Ən uzun ömürlü Peyğəmbər (ə) kimdir?
4. Peyğəmbərlər arasında ən çox ömür sürən  Nuh (ə) Peyğəmbərdir.
Hansı Peyğəmbər həyatı boyu evlənməyiblər?
5. Həzrət İsa (ə) Həzrət Yəhya (ə) subay dünyalarını dəyişiblər.
Hansı Peyğəmbər yer üzünün hökmdarı olmuşdur
6. Yer üzünün şahı olmuş Peyğəmbərlər, Həzrət Süleyman və Zülqərneyndir (ə).
Həzrət Musanın (ə) qəbrini kim qazmışdır?
7. Musa Peyğəmbərin (ə) qəbrini Əzrayıl (ə) qazmışdır.
Hansı Peyğəmbər 6 aylığında dünyaya gəlmişdir?
8. Həzrət Yəhya altı aylığında dünyaya göz açmışdır.
Allah- Taala Bəni İsraildən neçə Peyğəmbər seçmişdir?
9. 600 Peyğəmbər Bəni İsraildən seçmişdir.
Neçə Peyğəmbər ərəbdilli olmuşdur?
10. Dörd Peyğəmbər Əbədilli olubdur. Həzrət Hud (ə), Həzrət Saleh (ə), Həzrət Şüeyb (ə), Həzrət Məhəmməd (s).
Həzrət Nuhun (ə) Peyğəmbərliyi nə qədər olmuşdur?
11. Həzrət Nuhun (ə) Peyğəmbərliyi min ilə yaxın olmuşdur.
Qul kimi bazarda satılan Peyğəmbər kimdir?
12. Qul kimi bazarda satılan Peyğəmbər, Həzrət Xızr (ə) olmuşdur. (Belə ki, bir dilənçi Həzrət Zızrdan (ə) kömək istəyir. Həzrət oulum yoxdur söyləsədə dilənçi israr edir. Həzrət delənçiyə buyurur: Məni apar qul adı ilə bazarda sat. Dilənçi həzrət Xızrı (ə) qul adı ilə 400 dirhəmə satır).
Hansı Peyğəmbərin başı kəsilib?
13. Başı kəsilən Peyğəmbər, Həzrət Yəhyadır (ə).
İmam Hüseynə (ə) Kərbəlada əza saxlayan Peyğəmbərlər hansılardır?
14. Altı Peyğəmbər Kərbəlada İmam Hüseynə (ə) ağlayıblar. Onlar Həzrət Adəm (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsmayıl (ə), Həzrət Nuh (ə) və Həzrət İsadır (ə).
Sonuncu cənnətə daxil olacaq Peyğəmbər kimdir?
15. İmam Sadiqin (ə) buyurduğuna əsasən Peyğəmbərlər arasında sonuncu cənnətə daxil olan Peyğəmbər, Həzrət Süleyman ibni Davuddur (ə) Buna səbəbsə, Həzrət Süleymana (ə) dünyada səltənət və sərvət verilməsidir.
Hal- hazırda yaşayan Peyğəmbər kimdir?
16. Hal- hazırda sağ olan Peyğəmbər, Həzrət İsadır (ə).
Müqəddəs Quran kitabında neçə Peyğəmbərin adı çəkilmişdir?
17. 25 Peyğəmbərin adı Qurani- kərimdə zikr olunmuşdur: Adəm, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmayıl, İdris, İshaq, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Süleyman, Davud, Əyyub, İlyas, Zəkəriyya, Əlyəsə, İsa, Zulkufl, Yəhya, Məhəmməd (s).
Hansı Peyğəmbərlər xalaoğlu olmuşlar?
18. Həzrət İsa ilə Həzrət Yəhya (ə) xalaoğlu olmuşlar.