HƏYA

HƏYA
Səhih Müslüm: (Əbu Sədi Xudridən) nəql edir: Allahın Peyğəmbəri (s) pərdə arxasında olan həyalı qızlardan belə həyalı idi.  
Səhih Buxari: (Əbu Səid Xudridən) nəql edir: Allahın rəsulu (s) pərdə arxasında olan həyalı qızdan da həyalı idi. Hər vaxt xoşu gəlmədiyi bir şeyi görəndə, biz onun xoşu gəlmədiyini onun üzündən bilirdik.  
Məkarimul- əxlaq: (Əbu Səid Xudridən) nəql edir: Peyğəmbər (s) elə utancaq və həyalı idi ki, elə bir şey yox idi ki, ondan istəsinlər və o, əta etməsin.