CAVANLARA XÜSUSI ƏHƏMIYYƏT VERMƏK

CAVANLARA XÜSUSI ƏHƏMIYYƏT VERMƏK
Peyğəmbər (s): Sizə cavanlarla xoş rəftar etməyi tövsiyə edirəm; çünki, onların qəlbləri çox yumuşaqdır. Həqiqətən Allah məni müjdə verən və xəbərdarlıq edən göndəribdir. Cavanlar mənimlə əhd bağladılar, qocalar isə müxalifət etdilər. (Sonra bu ayəni oxudu): "Onların ömrləri uzandı və qəlbləri bərkidi."  
Bir cavan Peyğəmbərin (s) birinci nümayəndəsi
İslam Peyğəmbəri (s) Mədinəyə hicrət etməmişdən qabaq, bir gün Mədinənin böyüklərindən hesablanan Əsəd ibni Zürarə və Zəkəvan ibni Qeys Məkkəyə gəldilər və çox çətinliklə Peyğəmbərin (s) hüzuruna yetişdilər. Peyğəmbərin (s) qısa və təsirli sözlərini eşitdikdən sonra iman gətirdilər.
Sonra Peyğəmbərə (s) dedilər: Ey Allahın rəsulu!
Bir nəfəri bizimlə göndər ki, bizə Quran təlim etsin və camaatı sənin dininə dəvət etsin.
Bu birinci dəfə idi ki, ixtilaflı və böyük Mədinə şəhəri Peyğəmbərdən (s) nümayəndə istəyirdi  və birinci dəfə idi ki, islamın dahi rəhbəri Məkkədən xaricə rəsmi nümayəndə göndərmək qərarına gəlirdi. Məlumdur ki, gərək elə bir şəxs göndərsin ki, bu böyük məsuliyyətin öhdəsindən gəlmək üçün hər cəhətdən layiqli olsun.
Peyğəmbər (s) o gün bütün müsəlmanların içindən Müsəb ibni Ümeyr adlı bir cavanı, öz nümayəndəliyinə seçdi.
Peyğəmbər (s) az yaşlı cavan, Quran hafizlərindən və qarilərindən olan Müsəb ibni Ümeyrə göstəriş verdi ki, Səd ilə Mədinəyə getmək üçün hazırlaşsın.
Bu imanlı, həvəsli və bacaracaqlı cavan layiqincə öz vəzifəsinin öhdəsindən gəldi. Çox keçmədi ki, Mədinəlilər, məxsusən cavan nəsil onun dəvətini qəbul etdilər və müsəlman oldular. Mədinədə birinci cümə namazı onun imaməti ilə qılındı və:
"O, birinci şəxs idi ki, Mədinədə cümə namazı bərpa etdi. Üsəyd ibni Xüzəyr və Səd ibni Müaz onun əlilə müsəlman oldular. Bu onun üçün, islamda böyük bir iftixardır".  
Biharul- ənvar: Müsəb, Əsəd ibni Zürarənin yanına getdi. Hər gün evdən qırağa çıxırdı, Xəzrəcilərin məclislərinin kənarında gəzişərdi və onları islama çağırardı. Cavanlar onun dəvətini qəbul edərdilər.