Miras və İslam üçün AlHassanain Network Düşüncə

ALDATMAQDAN UZAQ OLMAQ

0 Nəzərlər 00.0 / 5
ALDATMAQDAN UZAQ OLMAQ
Əlmənaqib, ibni Şəhr- aşub: Peyğəmbər (s) öz dəvətini qəbilələrə elan edən zaman, Bəni Kəlab nəslinin- yanına gəldi. Onlar dedilər: Biz bu şərtlə sənə itaət edirik ki, səndən sonra, iş (xəlifəlik) bizim əlimizə keçsin.
Peyğəmbər (s) buyurdu: "Xəlifəlik" Allahın əlindədir. Əgər o istəsə sizə keçəcəkdir, əgər istəməsə, başqasına veriləcəkdir."  
Əlmənaqib, ibni Şəhraşub: Peyğəmbəri (s) öldürmək istəyən bir şəxs ona dedi: Ey Məhəmməd! "Əgər müsəlmnan olsam, mənə nə çatacaq?".
Peyğəmbər (s) buyurdu: "İslamın mənffət və zərərinə şərik olacaqsan".
Dedi: Məni özündən sonra hakim edirsənmi?
Buyurdu: Bu vəzifə nə sənin olacaq, nə də sənin qövmünün. Mən sənə atların cilovlarını (atlıların başçılığını) tapşıraram ki, Allah yolunda döyüşəsən.
Təfsiri Qumi: "Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır!"  ayəsi Məkkədə nazil oldu. Peyğəmbər (s) öz dəvətini Məkkədə aşkar etdi.
Qüreyş- qəbilələri əbu Talibin yanına gedib dedilər: Ey Əbu Talib! Qardaşın oğlu bizi ağılsız hesab edir və bizim Allahlarımızı təhqir edir. Cavanlarımızı yoldan çıxarır və bizim birliyimizi dağıdır. Əgər yoxsulluq onu bu işə məcbur edirsə, biz ona kömək edərik ki, Qüreyşin ən sərvətlisi olsun və onu öz rəhbərimiz seçirik.
Əbu Talib Qüreyşin bu sözlərini Peyğəmbərə (s) çatdırdı. O, buyurdu: "Əgər günəşi mənim sağ əlimə və ayı sol əlimə qoyalar, istəmərəm. Bir kəlmə mənə versinlər və nəticədə ərəblərə padşahlıq etsinlər, əcəmlər onlara baş əysinlər və cənnətin sakinlərindən olsunlar".
Əbu Talib bu sözü Qüreyşə çatdırdı. Onlar dedilər:
Biz ona (nəinki, bir kəlmə) on kəlmə deməyə belə hazırıq.
Peyğəmbər (s) onlara buyurdu: "Şəhadət verin ki, Allahdan başqa heç bir Allah yoxdur və mən onun rəsuluyam".
Onlar dedilər: Biz üçyüz altımış Allahı qoyub, bir Allaha sitayiş edək?
Bu zaman bu ayə nazil oldu: "Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır!"   


Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə