ÖZ MEHVƏRI ƏTRAFINDA QULDURLUQ EDƏNƏ ƏLI (ƏLEYHISSALAM)-IN KƏSKIN SIFARIŞI

Əli (əleyhissalam)-ın xilafətinin birinci ili idi. Əşəs ibni Qeys ki, Osman tərəfindən Azərbaycanın valisi idi öz məqamında qaldı İmam Əli (əleyhissalam) öz ətrafındakı quldurluqdan xəbərdar idi. Buna görə katibi Übeydullah ibni Əbi Rafiə Əşəsə aşağıdakı məktubu yazmasını əmr etdi. O 36- ilin Şəban ayında məktubu yazdı o məktub Ziyad ibni Mərhəb Həmədaninin vasitəsilə Əşəsə çatdırıldı. Orada deyilirdi:

Hakimlik məqamı sənin su çörəyin üçün körpüyə çevrilməsin. Bəlkə bu məqam bir əmanətdir ki, sənin boynundadır, gərək özündən yüksək olan məqama itaət edəsən! Sənin haqqın yoxdur ki, millətə qarşı y istebdadı ilə rəftar edəsən. Beytül-mal da gərək layiqli yerdə tam ehtiyatla sərf edilsin. Gərək Allahın mallarını mənə tərəf göndərəsən. Ümid edirəm ki, mən sənə pis rəis olmaram.”

Bu məktubun bir hisəsi idi. Məktubu bütövlükdə oxumaq istəyənlər Ayətullah XoyininNəhcül-bəlağə”-nin şərhi kitabının 17-ci cildinin 181-ci səhifəsinə müraciət edə bilərlər. Bu kitabda gəlmişdir: Elə ki, məktub Əşəsə çatdı ayağa qalxıb camaat arasında çıxış edib dedi:

Ey Camaat! Əmirəl-Möminin Osman məni Azərbaycanın hakimi təyin etdi özü dünyadan getdi. İndi camaat Əli (əleyhis-salam)-la beyət ediblər. Biz Əli (əleyhis-salam)-ın da ardınca Osmanın ardınca getdiyimiz kimi gedəcəyik.

Əşəs mənzilinə qayıtdıqdan sonra öz yaxın əshablarını çağırıb onlara dedi: Əli (əleyhissalam)-ın məktubu məni dəhşətə salıbdır. O, Azərbaycanın mallarını tələb edir. Bilin ki, mən (tezliklə) Müaviyəyə qovuşaram.” Əshab narahat olub dedilər:

Ölüm sənin üçün bu qərara gəlməkdən daha yaxşıdır. Nədən ötrü öz şəhər qəbilənin camaatını buraxıb özünü Şam camaatının günah bataqlığında batırırsan?!

Əşəs bu sözləri eşitdikdən sonra özünə gəlib qərarını həyata keçirməkdən həya etdi. Buna görə Kfəyə gəlib Əli (əleyhissalam)-la görüşdü özünü Həzrətə təslim etdi.