ƏMR AS İMAMIN MƏZƏMMƏT DALĞALARI ALTINDA

Əmr As ibni Vailin oğlu Peyğəmbər səlləllahu əleyhi alihi səlləmin besətinin əvvəllərində bir dəstə adamla onu ələ salan o HəzrətiƏbtər (sonsuz) adlandıranlardandır. Hiyləgər Əmr As dönük yola günaha qərq idi. Müaviyə onu özünün xüsusi müşaviri təyin edib onun alçaq hiylələrindən Əli (əleyhissalam)-ın əleyhinə istifadə edirdi. O da dünyanın bər-bəzəyinə Misir vilayətinin hakimiyyətinə nail olmaq üçün var qüvvəsi ilə Müaviyəyə kömək edir başını onun astanasına qoymuşdu.

İmam Əli (əleyhissalam) həmişə belə hiyləgər alçaq adamların bərabərində qəzəbli idi. Yeri gəlmişkən İmam Əli (əleyhissalam)-ın xəttində olanları tanımaq, eləcə Əmr As kimi satılmış adamların qarşısında necə mövqe tutmaq lazım olduğunu bilmək üçün Əli (əleyhissalam)-ın ona yazdığı məktubun tərcüməsini diqqətinizə çatdırıram.

Məktubun başlanğıcı belədir:

Allah bəndəsi Əmirəl-Möminindən cahiliy-yət dövründə Məhəmməd Ali-Muhəmmədlə düşmən olan əbtər[1] oğlu əbtər Əmr Asa Salam olsun. O, kəsə ki, Haqq yolu ilə gedir. Doğrusu sən öz kişiliyini kənara, dilini isə onunla oturub duranlardan axmaq olan fasiq abırsız bir kəsin yolunda qoymusan. O, din əmanəti səndən oğurlayıb dünya axirətini bada verdi. Amma bu yolda nicat yoxdur. Əgər haqqın tərəfdarı olsaydın arzuna çatardın...

Nəhcül-bəlağə gəlmiş bu məktubun başqa bir hissəsində belə oxuyuruq:

Ey Əmr As! Sən öz dinini olan bir kəsin xəttində qoymusan. Abırlı adamların onunla oturub durması onların ətəyində ar ləkəsinə onunla söhbət etmələri onların ağılsızlığına səbəb olar. Sən itin şir dalınca gedib onun qarətlərindən asılı olduğu kimi onun dalınca gedib hədiyyəsini istədin. Artıq ovlarına ümid bağlayıb dünya axirətini korlamısan. Bir halda ki, əgər haqqa qovuşmasaydın istədiyinə yetişərdin, əgər sənə Əbu Süfyanın oğlu Müaviyəyə əlim yetişərsə mütləq sizi fisq, günah cinayətlərinizə görə cəzalandıracağam əgər sizə əlim çatmazsa axirət dünyasında Allahın ədalət məhkəməsində sizi daha şiddətli əzab gözləyir.”

 



[1]Əbtərsonsuz, zatı qırıq