Miras və İslam üçün AlHassanain Network Düşüncə

İslam və Qərb mədəniyyəti

0 Nəzərlər 00.0 / 5

İslam və Qərb mədəniyyəti

Allahın adı ilə

Bundan 14 əsr əvvəl Şərqdə bir din yarandı. Bu din Allahın insanlara yol göstərən olaraq göndərdiyi İslam dini idi. İslam dünyanı elm nuruna qərq etdiyi zaman, düşüncə və elmin düşməni olan Qərb,insanları cəhalət və maarifsizlikdə saxlayır,elmi qadağan edib alimləri şiddətli cəzalara məruz qoyurdu. Məsələn xv əsrdə Kopernik nəzəriyyəsinə istinadən kainatda bir çox dünyalar olduğunu və bunların da Allah tərəfindən idarə olunduğunu söyləyən məşhur İtalyan filosofu Cordano Bruno Roma məhkəməsinin qərarı ilə diri-diri yandırılaraq öldürüldü. Bunlar o, zaman baş vermişdir ki, Mesəlmsn Şərqində x11-əsrdən başlayaraq Biruni Xarəzmi, Farabi, Xəyyam, Tusi və bu kimi alimlər nəinki göy cismləri haqqında məlumata malikdilər, onlar həmdə planetlərin hərəkət sürətini və vaxtını ciddi dəqiqliklə hesablayırdılar. Müsəlman hakimi olan Hülaki xanım Qərb hakimlərinin ziddinə olaraq Nəsrəddin Tusini Marağa Rəsədxanasını (abservatoriyasını) yaratmaq üçün külli miqdarda xəzinə ayırdığını tarixdə müşahidə edirik.

Əziz oxucular yəqin sizdə bu fikirlə razılaşırsınız. Müsəlmanların tibb, kimya, astronomiya, riyaziyat, ədəbiyyat, memarlıq və s... kimi kəşflərini bir məqalə çərçivəsində bütöv əhatə etmək mümkün deyil. Buna görədə silsilə yazılathaqqında qələmə alınmalıdır. Biz isə bu məqalədə İslamın Qərb mədəniyyətinə göstərdiyi təsirləri, elm və mədəniyətin inkişafına əsas amil olan kağızı müsəlmanlar kəşf etdiklərini, Qərb mənbələrinə əsasən yazmağa çalışacağıq.

Qərb mədəniyyəti əslində İslam mədəniyyətinin bir məhsuludur. Bu sözləri Qərb alimlərinin x1x əsrdən başlayaraq bütün incəlikləri ilə təsvir və etiraf etdikləri həqiqətlər əsasında deyirik. Bu haqlı etirafla həmrəy olan Əlcəzair Universitetinin profesoru E. F. Qotyenin "Majurset jcutumes des Musulmans" adlı əsərinin 1-ci cildinin ilk səhifəsində bu həqiqəti belə qeyd edir: İslamın müasir vəziyyətini müşahidə etdikdə, onu mədəniyyətin əsas amili kimi təsəvvür etməkdə çətinlik çəkirik. Avropa barbarlıqdan ayılmağa başladıqda İslam mədəniyyətinə tam hörmətlə baxırdı. Qərb təqlid edə bilmədiyi bu örnək (islam mədəniyyəti) qarşısında cəsarərini itirmişdi. (təslim olmuşdu). Kitabın başqa bir yerində belə yazım "İntibahımız (elmi-mədəni nailiyyətimiz) İslam mədəniyyətini tez unutdu hal bu ki, onun qarşısında çox borcludur... İrqçiliyə əsaslanan bu sərsəm nankorluğumuza görə özümüzü nə qədər danlasaq yeri var".

Qustav Lebon yazır "Tarixdən müsəlmanları silsəniz elmi intibahımız əsrlərcə geri düşmüş olar".

Benjamen Tuvel yazırdı ki: "Müsəlmanların dünya mədəniyyəti qarşısındakı xidmətləri təkcə elmi tədqiqat bə kəşflərlə bitmir. Kitabların yazılması bə elmlərin yayılmasını da buna əlavə etmək olar.

Müsəlmanlar bütün dünyada elm və marifin yayılmasından ötrü çox böyük işlər görmüşlər. Onların Avropalılara bəxş etdikləri elmi məlumatları nəzərə alsaq, müsəlmanların həqiqətən qərblilərə bir neçə əsr müddətində həqiqi mənada müəllimlik etdiyini başa düşərik. Maraqlısı da budur ki, avropalılar müsəlmanlar vasitəsilə qədim Yunan və Roma mənbələrini öyrənməyə başladılar."

Doktor Mane Mirhof deyir: "Müsəlmanlar hələ kifayət qədər islam mədəniyyətini dünyaya tanıtdıra bilmir. Ümidvaram ki, gələcəkdə dünya xalqları İslamın dərin elm və mədəniyyətini misilsiz nümunələrini öyrənib, onlardan daha çox faydalanacaqlar. Müsəlmanların elmləri orta əsrlər Avropasını qaranlıq gecədə parlayan ay kimi işıqlandırmışdı və biz hələ hiss etməkdəyik".

Kembric universitetinin professorlarından biri belə deyirdi: "Avropanın böyük bir hissəsi maddi və mənəvi bədbəxtçiliklərə düçar olduğu zaman, İspaniya müsəlmanları mədəniyyət və iqtisadiyyatda çox böyük nailiyyətlər qazanmışdır.

İspaniyalı müsəlmanlar sənaye, elm, ədəbiyyat və digər sahələrdə elə böyük tərəqqiyə çatmışdılar ki, istər-istəməz bu mədəniyyət başqa Avropa ölkələrinə nüfuz etməyə başlamışdı. Avropanın tanınmış alim və mütəfəkkirlərinin çoxu həmin mədəniyyətin təsiri altına düşmüşdülər. Buna görə də müsəlman İspaniyanın Avropa mədəniyyətinin bayraqları saymaq lazımdır".

İngilis alimi Çember yazır: "etiraf etməliyik ki, müsəlmanlar öz insanlıq və səadət bəxş edən adət-ənənələri ilə bizim torpaqlara işıqlı bir mədəniyyət daxil etmişdilər. Avropanın tərəqqi və inkişafında bu böyük mədəniyyətin oynadığı rolu təsəvvür etmək çox çətindir.

Əgər 711-ci ildə Tariq ibni Ziyadın başçılığı altında müsəlmanlar cəbəlet-Tariq boğazından Avropaya keçməsəydilər, biz indiki vəziyyətimizə heç vaxt nail ola bilməzdik".

Doktor Loben qeyd edir ki, ilk dəfə pambıqdan kağız istehsal etməyi öyrənənlər müsəlmanlardır. O,deyir:"Orta əsrlərdə uzun müddət avropalılar dəri üzərində yazı yazırdılar. Bu da çox baha başa gəldiyindən kitabların böyük həcmlə nəşr olunmasında maneçilik törədirdi. Dəri o qədər az tapılırdı ki, yunan və Rum rəhbərləri qədim kitabları yşğşb, onlardaki yazıları pozaraq, əvəzinə dini-məzhəbi mətnlərini yazmağı əmr etmişdilər. Əgər müsəlmanlar kağızı icad etməsəydilər, rahiblər əllərində olan bütün qədim kitabları məhv edəcəkdilər. Müsəlmanların kağızı ixtira etməsi doğurdan da elmə böyük töhfə idi.

Kasiri "Eskorial" kitabxanasında 1009-cu ildə kağız üzərində yazılmış bir kitab aşkara çıxarılmışdı. Bu kitabdan məlum olurdu ki, ilk dəfə dəri əvəzinə kağızdan istifadə edənlər məhz müsəlmanlar olmuşlar. İpəkdən kağız ixtira edilməsini çinlilərə nisbət verənlər belə etiraf ediblər: "İpəkdən olan kağız Avropaya çatmamışdı. Çünki Avropada ipək yox idi. Müsəlmanlar birinci olaraq pambıqdan kağız istehsal edib, onu avropalılara tanıtdılar. Kağız üzərində yazılmış müsəlmanların çoxlu qədim kitabları mövcuddur. Onlar elə yüksək keyfiyyətli kağız əldə etmi.dilər ki, hətta indinin özündə də belələrinə rast gəlmək olmur!"

Kağız sənayesinin inkişafı sayəsində islam ölkələrindəki ümumi və şəxsi kitabxanalar sürətlə inkişaf edib zənginləşmişdi.

Vill Dorant öz "ərəb mədəniyyəti" kitabında bu məsələni belə izah edir: "Məşhur Vaqidi vəfat etdiyi zaman 600 sandıq kitabı var idi. Sandıqların hər biri iki adamın qaldıra biləcəyi ağırlığında idi. X əsrdə yaşamış Sahib ibni Əbbadın şəxsi kitabxanasında, Avropa kitabxanalarında onların hamısını birlikdə sayına bərabər kitab vardı. Xəlifə 11 həkəmin Kordovadakı kitabxanasında 600 000 kitab var idi, ondan 400 il sonra yaşamış 11 Kralın Fransa kral kitabxanasında 900 cilddən artıq kitab yox idi".

Miladi 1005-ci ildən başlayaraq Çində istifadə edilən kağıza, artıq 707-ci ildə Çindən 289 il qabaq Məkkədə, 800-cü ildə Misirdə, 950-ci ildə İspaniyada, 1100-cü ildə Siciliyada, 1228-ci ildə Almaniyada və 1309-cu ildə İngiltərədə rast gəlinirdi. Kağızın yol tapdığı hər yerdə kitab nəşri işi xeyli asanlaşırdı. Yəqubinin yazdığına görə, 891-ci ildə Bağdadda yüzdən çox kitab dükanı bardı.

Nehru müsəlmanların Əndəlusdakı əzəmət və qüdrəti haqqında belə deyirdi: "Burada əhalisi bir milyondan artıq olan müsəlman şəhəri var idi. Həmin şəhərdə 20 km. Uzunluğunda olan bir bağ salınmışdı. Şəhərdə 60 min saray və qəsr, 200 min kiçik ev, 80 min dükan, 3800 məscid, 800 ümumi hamam mövcud idi.

Bu şəhərdə çoxlu kitabxanalar, o cümlədən 400 min kitabı olan böyük "Əmir kitabxanası" var idi.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə