Günəş də dövr edir


Günəş də dövr edir

Ötən saylarımızda yer kürəsi barədə olan bəhsdə qeyd olundu ki, heliosentrik (kopernik) nəzəriyyəsi (yəni yerin günəş və öz oxu ətrafında dövretmə nəzəriyyəsi) astronomiyada məqbul nəzəriyyə sayılmışdır. Onu da bildik ki, Quran bu barədə astronomların son onilliklərdəki kəşflərindən 1400 il öncə xəbər vermişdir. Biz günəş barəsindəki bəhsmizdə onu da əlavə etməliyik ki, başqa planetlər öz oxu ətrafında fırlanmaları ilə yanaşı, eyni zamanda günəşin ətrafında dövr etdiyi kimi, günəş də cazibə sistemindəki bütün planeti və peykləri ilə birlikdə "Solar Apeks" adlı orbit boyu veqa ulduzu istiqamətində saatda 720.000 kilometr sürətlə hərəkət edir. Həmin nəzəriyyə xx yüzillikdə astronomiya elmi sahəsində aparılan tədqiqatlarla təsdiq edilib. Bu həqiqətlər barədə də Quranda qabaqcadan xəbər verilmişdir. Quranda oxuyuruq: "Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə dövr edər. Bu, yenilməz qüvvət sahibi olan və (hər şeyi) bilən Allahın əzəli hökmüdür"(yasin surəsi, ayə 38).

Buradan açıq-aşkar görsənir ki, günəş və ay da orbitlərində fasiləsiz hərəkətdədirlər.