Qədir xum bayramınız mübarək


Qədir xum bayramınız mübarək

Həzrəti İmam Əli

Həzrəti imam Əli təriqətin piriydi,

İnqilabın mürşidi, aslanıydı şiriydi.

Məhəmmədin dininə inam, iman gətirən,

İlkin müsəlman olan möminlərdən biriydi.

İxlası , sədaqəti, Məhəmmədə bağlanan,

Zəmzəm suyu tək təmiz, göz yaşı tək duruydu.

Xeyirə açar olan, əsrara qıfıl vuran,

Hidayət imamımız hər şeydə mahir idi.

İslamın mübarizi, dəstində zülfüqarı,

Məhəmmədin dayağı-gücüydy, qüvvəsiydi.

Fikirləri ram edən, xəyallara yol açan,

Müsəlman dünyasının zəkasıydı nuruydu.

İslama xeyriyyəçi, Allaha sadiq qalan,

Məhəmməd ümmətinin zirvəsiydi,zəriydi.

Əlidi

Əzəl başdan din-islamı yaradan,

Bir Allahdı, Məhəmməddi, Əlidi.

Kəbəni islama qibləgah edən,

Bir Allahdı , Məhəmməddi, Əlidi.

Dinsizləri haqq yoluna gətirən,

Tikanlığda gül bağları bitirən,

Xainləri qəm gölünə batıran,

Bir Allahdı,Məhəmməddi, Əlidi.

Müqəddəs Quranı nazil eyləyən, ,

Ayələri kəlmə-kəlmə söyləyən,

Günorta vaxtında günü əyləyən,

Bir Allahdı, Məhəmməddi,Əlidi.

Kafirləri cəhənnəmdə yandıran,

Haqq yolunu insanlara qandıran,

Əliyi də qəm atına mindirən,

Bir Allahdı, məhəmməddi, Əlidi.