ÜMUMI SEÇIM, YAXUD ƏKSƏRIYYƏTIN RƏYI
ÜMUMI SEÇIM, YAXUD ƏKSƏRIYYƏTIN RƏYI
Hələ çoxdan bu fikirdə olanlar Peyğəmbərin (s)”لا تجتمع امّتى على الخطا “ (Ümmətim səhv işdə bir nəzərə gəlməzlər) sözünü özləri üçün dəlil gətirmişlər. Bu rəvayətin sənədinin düz olub-olmamasını araşdırmazdan öncə bu cümlənin mənası bu deyildir ki, heç bir müsəlman icması səhvə yol verə bilməz. Rəvayətin sənədinin düz olması təqdirində mənası “Ümmətim heç zaman səhv yolda bir yerə yığışmaz!” – deməkdir.
Rəhbərin təyin olunmasında yekdil nəzərə gəlmək mümkün olmayan bir işdir. Əhli sünnət ardıcılları da xəlifələrin xilafətə yekdil nəzərlə yetişməsini iddia etmirlər. Bundan da yuxarı sözü qazı İzuddin İci yazır:
“Rəhbərin seçilməsi və onunla beyət olunmada heç də icmaya ehtiyac yoxdur. Bir-iki nəfər qəbilə başçısının beyəti kafidir...Necə ki, Peyğəmbərin səhabələri Ömərin Əbu Bəkrlə və Əbdür-Rəhmanın Osmanla bağladığı beyətə kifayət edərək, onların xilafətini qəbul etmiş və Mədinə camaatının icmasını və bir nəzərə gəlməsini şərt bilməmişlər. Beləliklə (Mədinə əhlinin icmasını belə şərt bilmədikləri halda) ümmətin icmasının bir şərt olmasına nə lüzum vardır?!”[1]
Belə olduqda Peyğəmbər, öz ümmətinə mümkün olmayan bir iş tapşırmışdırmı? Yoxsa bilərəkdən öz ardıcıllarının bir-birinin axırına çıxaraq zəifləmələrinə və dinin süstləşməsinə görə daimi çəkişmələrə atmışdı? (Nübüvvət məqamından uzaq!)
Əksəriyyətin nəzəri siyasi, ictimai və hərbi işlərdə müəyyən qədər qəbul olunsa da, e`tiqadi və əhkam məsələlərində azacıq belə,`tibara malik deyildir. Bu gün prezident və millət vəkillərinin əksəriyyəti səs toplamaqla seçilirlərsə, bunun səbəbi onlarla müxtəlif nəzəriyyə və səliqəyə malik olan camaatın yekdil nəzərini yığmağın mümkün olmamasına görədir.
“Əksəriyyətin nəzəri” əksəriyyət səhv etmir demək deyildir. Bəzi vaxtlar cəmiyyətin öz aralarında ən səhv olan fikri qəbul etməsini müşahidə etmək olar. Bəli əksəriyyət, düzgün səsi ələ gətirmək yox təkcə ixtilaf və çəkişmələrin aradan aparılmasına görədir.[2]
[1] “Əl-mәvaqif”, 3-cü cild, səh. 267, “Əл-irşad Ҹүвејни”, səh. 424, ”Seyri dər Әı-гədir” səh. 112.
[2] “Əsraru Səqifə”, səh. 48 – 49