Miras və İslam üçün AlHassanain Network Düşüncə

İstedadın kəşfi

0 Nəzərlər 00.0 / 5

İstedadın kəşfi

İbn Sinanın göz yaşı

Şeyxür-Rəis ibn Sina vəzir olduğu dövrdə həmişə səhər tezdən, gün çıxmamış yuxudan oyanaraq mütaliə və təhqiqata başlayarmış. Gündüzlər vəzirliyə, axşamlar isə şagirdlərinə dərs verməklə məşğul olarmış. Bəzən

Gündüzlər işi az olanda şagirdləri ilə məşğul olmağa üstünlük verərmiş.

İbn Sina dərsi o qədər diqqət və həvəslə deyərmiş ki, uşaqlar onu başa düşməyəndə çox pərişan olarmış.

İbn Sinanın ən yaxşı şagirdlərindən olan Bəhmənyar yazır: "gecəni deyib-gülmək, əyləncə və boş söhbətlərlə keçirdik, sabahı gün dərsdə ustadın qarşısında əyləşəndə, gecənin yorğunluğunu şeyxin sözlərini və tədqiqatını başa düşməyə mane oldu. Bunu şeyx ilk baxışdan hiss etdi. Üzünü mənə tutub buyurdu: "Belə məlum olur ki, ötən gecəni əyləncə ilə keçiribsiniz" dedim: bəli".

Bunu eşitcək şeyxin halı pozuldu və gözlərindən yaş axdı. Sonra əh çəkərək buyurdu: "Əfsus, dəyərli ömrünüzü boş şeylərə həsr etdiniz və mənim sizə vermək istədiyim elmdən bəhrələnmədiniz. Təəccüblüdür ki, sehrbazlar öz işlərində elə məqama çatıblar ki, minlərlə ağıllı adamı heyrətə gətiriblər, siz isə ilahi qüvvəyə malik olan maarifə yiyələnməkdə özünüzdə o qədər güc tapa bilmədiniz ki, zəmanənin cahilləri sizin ruhani kəramətlkərinizə təəccüb edələr".

İbn Sina və Şeyx Əbülhəsən Xirqani

Nəql edirlər ki, Şeyxur-Rəis İbnm Sina İranın Nişabur şəhərində olarkən Şeyx Əbülhəsən Xirqanin məşhurluğu onu vadar edir ki, Xirqana getsin və o böyük ariflə görüşsün. Bu məqsədlə İbn Sina səhər tezdən Şeyx Əbülhəsən Xirqaninin evinə yollanır. Bu zaman şeyx ehdə olmur, odun gətirməyə gedibmiş. Ibn Sina qapını döyür və şeyxi soruşur. Şeyxin arvadı çox bədxasiyyət adam olduğundan içəridən hündür səslə cavab verir:

Kimsən? Bu dinsiz və əxlaqsız şeyxi neyləyirsən? Həmişə yalan torunu qurub camaatı aldadır.

İbn Sina çox qəmgin halda evdən aralanıb şeyxi axtarmaq qəsdi ilə qayıdan zaman nəzər yetirir ki, xeyli aralıda görünən adam bir şələ odunu böyük şirin belinə yükləyib ona tərəf gəlir İbn Sina o dəqiqə anlayır ki, bu adam Əbülhəsən Xirqanidir. Yaxınlaşıb salam verir. Şeyx də onun salamını alır. Ibn Sina həyat yoldaşının şeyxin barəsində dediyi sözlərə təəccüb edərək istəyir ki, bu bəd rəftarın səbəbini soruşsun.

Şeyx deyir: "Sual vermə! Əgər elə bir canavarın (arvadın) yükünün altına girərək bu ağırlığı daşımasaydım, belə yırtıcı şiri özümə tabe edib yükümü daşıtdıra bilərdimmi?!".

Sonra Şeyx Əbülhəsən Xirqani İbn Sinanın əlindən tutaraq onu evə dəvət edir. Evə çatanda şeyx odun şələsini şirin belindən düşürüb onu yenə azadlığa buraxır. Hər ikisi evə daxil olur və bir az dinclərini aldıqdan sonra elm barədə söhbətə girişirlər. Hətta fiqh və hikmət (fəlsəfə) məsələləri barədə elmi mübahisəyə də başlayırlar. İbmn Sina şeyxlə mübahisə zamanı fikirlərini məntiqi dəlillərlə bəyan etməyə üstünlük verir.

Onların bu söhbətlərindən xeyli keçəndən sonra bir gün şeyxin evini, daha dəqiq desək, divarının bir hissəsi uçur. Şeyx onu təmir edərkən İbnm Sina da burada olur. Yuxarıda işlədiyi vaxt divarın üstünə qoymaq istədiyi ağac şeyxin əlindən yerə düşür. Ibn Sina yerindən duraraq istəyir ki, ağacı götürüb şeyxə versin. Lakin inanılmaz bir hadisənin şahidi olur. Yəni görür ki, ağacın özü dikəldi və şeyxin əlində qərar tutdu. Bu zaman şeyx deyir:

Ey filosof, bu gördüyün hadisəyə hansı dəlilin var?

Ibn Sina susur, bir daha onunla mübahisə etmir və özü də irfan elmini dərindən öyrənməyə meyl göstərir.

Əbül-həsən Bəhmənyar ibn Mərzban Şeyxür-rəis ibn Sinanın ən böyük şagirdlərindən idi. Deyirlər ki, onun ibn Sinaya şagirdlik şərəfinə nail olmasına aşağıdakı təsadüfi bir hadisə səbəb olmuşdur.

Bir gün Bəhmənyar bir dəmirçinin yanına gedib ondan köz verməsini xahiş edir. Dəmirçi deyir:

Qabını tut, közü ora töküm.

Bəhmənyar dəmirçixanaya köz dalınca gələndən özü ilə qab gətirməmişdi. Vəziyyətdən çıxış yolunu asanlıqla tapan Bəhmənyar tezcə a.ağə əyilərək ovucunu yerdən torpaqla doldurur və deyir:

Közü ovucumdakı torpağın üstünə qoy.

Bu zaman təsadüfən Əbu Əli ibn Sina oradan keçirmiş. O, Bəhmənyarın bu ağıllı hərəkətini gördükdə heyrətə gəlir və onu öz yanına şagirdliyə dəvət edir.

Bəhmənyar məhz usta-şafird rəftarının və İbn Sinanın həmnişinliyinin təsiri nəticəsində elm və mənəvi kamilliyin ən uca məqamlarına çatmağa nail olmuşdur.

Bir həkim olaraq İbn Sinanın nüfuzu Qərbdə elə həddə çatmışdı ki, 1909-cu ilədək onun "Tibbdə qanun" əsəri şəkildə gördüyünüz Brüssel Universitetinin bu binasında tədris olunurdu.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə