NASALEH ATA-ANA ILƏ NƏ ETMƏLI?
NASALEH ATA-ANA ILƏ NƏ ETMƏLI?
Allahın adı ilə
Şübhəsiz, islam bütün fərdi və ictimai məsələlərdə, bütün müşküllər və problemlərdə çıxış yolu qoymuşdur. Buna əsasən bizim vəzifəmiz odur ki, belə hallarda da Qurana və Peyğəmbər (s) sünnətinə müraciət edək, şəxsi üslub və nəzəriyyələri qəbul etdirməkdən çəkinək. Qurani-Kərim buyurur: "Ey iman gətirənlər, Allahdan və onun rəsulundan qabağa keçməyin. Allah-Taala qarşısında təqvalı olun. Həqiqətən Allah-Taala eşidən və biləndir".(hücurət surəsi, ayə 1).
Bu ayə islam dinində imanlı olan şəxsləri İlahinin və onun Rəsulunun göstərişlərinə tabe olmağa çağırmış, hər növ şəxsi mühakimə yürütməkdən, şəxsi səliqə və nəzərləri kiməsə qəbul etdirməkdən, Quran və sünnətin həyatverici qanunu və göstərişləri ilə müxalif olmaqdan çəkindirir. Deməli, burada bizim vəzifəmiz budur ki, 14 məsumun (ə) vəhy mənbəyindən qaynaqlanan hədis və rəvayətlərini özümüzə nümunə götürərək müşküllərimizi məhz həmin yolla həll edək. İmam Sadiq (ə) buyurur: "Bir kəs, hətta ata-anası ona zülm, etmiş olsalar belə, onlara qəzəb nəzərləri ilə baxsa, Allah-Taala onun heç bir namazını qəbul etməz".
Bu hədis övladın bütün bəhanə yollarını bağlayıb buyurur ki, heç bir halda ata-anaya zülm, hətta onlara qəzəbli, mürüvvətə zidd olan nəzərlərlə baxmaq da məhkum edilmişdir. Ola bilsin ki, ata-ana elmsizlik ucbatından və ya qəzəb alovunun şölələnməsi nəticəsində öz övladına qarşı cəfa edərək düzgün olmayan zülm yolunu seçməklə onların incə qəlblərini incitmiş olsunlar. Lakin belə hallarda övladlar təmkinli olmalı, ədəb və insaniyyət yolunu əldən verməməlidirlər ki, həm nəfs ilə cihad edərək savab qazansınlar, həm də ona qarşızülm etmiş ata-ananın səhvlərini onlara başa salsınlar. İmam Sadiq (ə) övladlarına əzab-əziyyət verən, onlara qarşı kobud rəftar edən nasaleh ata-ana ilə rəftar tərzi barədə buyurur: "Qurandakı" Fəla təqulləhuma uffin" yəni əgər sənə zəcr versələrdə uf demə, və onlardan küsmə", yəni əgər səni vursalar da onlardan küsmə," Onlara kərim söz de". Kərim söz bundan ibarətdir ki, onlara" Allah-Taala sizi bağışlasın" deyəsən. Sənin dediyin kərim söz budur".
"Biharul-ənvar"ın müəllifi mərhum Əllamə Məclisinin atası Məhəmmət Təqi Məclisi buyurur: "Əgər valideynlər müəyyən narahatlıq səbəbi ilə övladı tənbeh etmək istəsələr, yaxşı olar ki, yaralanma xətəri gözlənilən hallar istisna olmaqla, övlad onlara təslim olsun".
Bu hadisələrdən övladların vəzifələri aydınlaşır. Belə ki, onlar valideynlərinin kobud rəftarları, bəd əxlaqları qarşısında qeyri-münasib reaksiya göstərməklə ata analarını daha da narahat və qəmgin edə bilməzlər. Əgər valideynin övladı vurması, danlaması və cəzalandırması qarşısında "of" deməsi caiz deyildirsə, onda başqa yaramaz əməl və qeyri-qanuni əməllər də şübhəsiz, yolverilməz və qadağandır. Əlbəttə, övladlar valideynin qəzəbi soyuduqdan sonra onlara danlaq və təhqir olmamaq şərtilə müəyyən münasibətləri ilə onların xoşagəlməz hərəkətlərini xatırlada bilərlər. Ümumiyyətlə valideynə itaət etmək o yerlərdə vacib və zəruridirki, islam qanunlarının əksinə göstəriş verməsinlər, əks halda onların əməllərindən imtina etmək lazımdır.
Allah-Taala bu məsələyə toxunaraq buyurur: "Əgər ata və anan səni mənə qarşı şərik qoşmağa səy etsələr (həqiqət yolundan azdırmağa çalışsalar), onlara itaət etmə, amma dünyada onlarla yaxşı,gözəl rəftar et".
Əmirəlmöminin Əli ibn Əbu- Talib (ə) buyurur: "Allah-Taala qarşısında itaətsizliyə və üsyankarlığa (günaha) səbəb olan halda heç bir kəsin əmrinə itaət etmək caiz deyildir".
Allah Rəsulu (s) özünə beyət edib müsəlman olan bir kişiyə buyurur: "Atalarınınızın sizə əmr etdiyi şeylərdə onlara itaət edin, amma onların Allah-Taalaya qarşı günah etməyə gətirib çıxardan əmrlərinə itaət etməyin".
Bu iki hədis aşkar şəkildə bəyan edir ki, dini göstəriş və hökümlər qarçısında itaətsizliyə səbəb olan heç bir kəsə itaət etmək caiz deyildir. Buna görə də hərgah ata və ana şəriətin əksinə olan bir göstəriş versələr, bu halda onlara itaət edə bilmərik, lakin valideynin xilaf və xoşagəlməz işlərini övladların başqa yerlərdə də itaətsizlik etmələri üçün bəhanə gətirmək olmaz. Çünki onlara hər bir halda yaxşılıq etmək vacibdir. İmam Sadiq (ə) buyurur: "üç şey var ki, onları yerinə yetirməkdə heç bir bəhanəyə yol verilmir:
1-Əmanəti öz sahibinə qaytarmaq, istər sahibi yaxşı adam olsun, istərsə də pis adam, 2-Əhd-peymana vəfadar qalmaq, əhd bağladığın adam istər yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi, 3-valideynə ehsan və yaxşılıq etmək, onlar istər əməlisaleh olsunlar, istərsə də olmasınlar".
Məhz bu üç şeyə əməl edən övlad həm ata-anasının, həm el-obasının, həm də Xalqının layiqli təmsilçisi ola bilər. Əminik, ölkəmizdə belə layiqli övladlarımız yetərincədir və arzu edirik ki, onların sayı daha da çox olsun. Amin!