Miras və İslam üçün AlHassanain Network Düşüncə

NÜMUNƏ VƏ ÜLGÜ SEÇMƏ

0 Nəzərlər 00.0 / 5

NÜMUNƏ VƏ ÜLGÜ SEÇMƏ

İmam barəsində mə`rifət kəsb etdikdən və o həzrətin rəftarının gözəl cilvələrinə agah olduqdan sonra kamal məzhərlərindən neçə nümunə götürmək və o həzrətə tabe olmaq məsələsi irəli gəlir.

Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Xoş olsun o kəsin halına ki, mənim xanədanımın Qaimini görər; halbuki, qiyam dövründən qabaq ona və ondan qabaqkı imamlara iqtida və onların düşmənlərindən bizarlıq etmiş olar. Onlar mənim dostlarım, yoldaşlarım və mənim nəzərimdə ümmətimin əzizləridir.»[1]

Doğrusu təqva, ibadət, sadə yaşayış, səxavət, səbir və bütün əxlaqi fəzilətlərdə öz muradı olan imamın ardınca gedən bir şəxs o ilahi rəhbərin yanında necə yüksək məqama nail olacaq, o həzrətin müqəddəs hüzuruna çatan zaman necə də başıuca və vüqarlı olacaqdır!

Məgər dünya varlıqları içərisində ən gözəl bir şeyin axtarışında olan intizarçı şəxs özünü gözəlliklər üçün hazırlamazmı, çirkinliklərdən, əxlaqi rəzilətlərdən uzaq gəzməzmi və intizar yolunda daim öz əməl və fikirlərinin keşiyində durmazmı?! Əks halda, pisliklərin tələsinə düşmək get-gedə onu öz mə`şuqundan aralı salar. Bu həqiqət də o imamın xəbərdarlıqla deyilən bəyanlarında belə qeyd olunur:

فَما يَحْبِسُنا عَنَهُم اِلّا مايَتَّصِلُ بِنا مِمّا نُكْرِهُهُ ونُؤْثِرُهُ مِنْهُم

Heç bir şey bizi şiələrimizdən aralı salmamışdır; yalnız onlardan bizə gəlib çatan işlər (bizi onlardan aralı salır). Elə işlər ki, biz onları bəyənmir və şiələrimizdən baş verməsini gözləmirik[2].

İntizarçıların son arzuları bundan ibarətdir ki, Məhd (ə) dövlətinin və ilahi ədalət hökumətinin qurulmasında müəyyən rol ifa etmiş və Allahın axırıncı höccətinə kömək və onunla yanaşı olmaq iftixarına nail olsunlar. Lakin görsən, belə bir böyük səadətə nail olmaq əxlaqi gözəlliklərə yiyələnməkdən və ruhun saflaşdırılmasından başqa bir yolla müyəssər ola bilərmi?!

İmam Sadiq (ə) buyurur:

مَنْ سَرَّهُ اَنْ يَكُونَ مِنْ اَصْحابِ القائمِ فَلْيَنْتَظِرْ وَلْيَعْمَلْ بِالْوَرَعِ وَمَحاسِنَ الْاَخْلاقِ وَهُوَ مَنْتَظِر

Hər kəs imam Qaim (ə)-ın köməkçilərindən olmaq istəyirsə, gərək müntəzir olsun və intizar halında da təqvaya, gözəl əxlaqa və rəftarlara malik olsun.»[3]

Aydındır ki, belə istəklərin həyata keçirilməsi, bütün gözəlliklərə malik olan belə bir imamı nümunə götürmədən mümkün ola bilməz.



[1] Kəmalud din, birinci cild, 25-ci bab, 3-cü hədis, səh 535

[2] Biharul-ənvar, 53-cü cild səh 177

[3] Qeybəti Nömani, 11-ci bab, 16-cı hədis, səh 207

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə