Miras və İslam üçün AlHassanain Network Düşüncə

İMAM MƏHƏMMƏD TƏQI (Ə) MEHRIBANLIQ SIMVOLU

0 Nəzərlər 00.0 / 5

İMAM MƏHƏMMƏD TƏQI (Ə) MEHRIBANLIQ SIMVOLU

Hicri-qəməri tarixi ilə rəcəb ayının 10-u

Bərəkətli rəcəb ayı Allahın öz bəndələri üçün təyin etdiyi ən dəyərli aylardandır . Bu ayın bəzi günləri İslam peyğəmbərinin əhli beytinə adi olmasına görə özünə məxsus gözəlliyə malikdir . Bu münasibətlər insanların bu böyük şəxsiyyətlərin həyat tərzi və yaşam forması , habelə fəzilətləri ilə yaxından tanış olmaları üçün münasib fürsət sayılır . Çünki onları ilahi elm və mərifətə sahib olmalarına görə Quran Kərimi və Peyğəmbərin sünnətini bidətlərdən qoruyub , yanlışlıqlar qarşısında mübarizə aparıblar . Dinin təhlükə ilə üzləşdiyi hər zaman bu hədələr qarşısında şücaətlə dayanan şəxslər elə onlar olublar . İslam Peyğəmbərinin Əhli beyti daim Qurana qırılmaz bağlılığa malik olublar . onlar ilahi vəhy və quran ayələrini dərindən və düzgün formada dərk etdiklərinə görə Quranın həqiqi təfsirçiləri sayılırdılar . Rəcəb ayının 10-u belə bir mübarək günlərdəndir . 95 il bundan öncə belə bir gündə İmam Məhəmməd Təqi(ə) Mədinə şəhərində dünyaya göz açdı . İmam Rza(ə) 47 yaşında bir oğul övladına sahib oldu. Onu Cavad adlandırdı . Cavad yəni səxavətli və bağışlayan . İmam Cavad (ə)-ın həyatı bir çox eniş-yoxuşlara malik olub . Belə ki , o hələ 5 yaşında ikən atası İmam Rza (ə)-ı Abbasi xəlifəsi Məmunun istəyi ilə Mədinə şəhərini tərk etməyə və Xorasana getməyə məcbur olur .İmam Rza(ə.s)-ın şəhadətindən sornra İmam Cavad (ə.s) az yaşı uşaq olmasın baxmayaraq imamət və müsəlmanlara rəhbərlik kimi ağır bir məsuliyyəti öz öhdəsinə götürür. Bu hadisə İsa Peyğəmbərin uşaq ikən Peyğəmbər seçilməsini xatırladır . Habelə bu gerçəkliyi sübut edir ki , Allah-Taala lazım gəldiyi zaman öz bəndələrindin bəzisini hələ uşaq yaşında elmi və əqlani kamala çatdırır. Əli ibni Əsbat adlı bir şəxs deyir : Bir gün İmam cavad (ə.s)-ı gördüm . Ona dərindən nəzər saldım . Öz-özümə fikirləşdim necə olur ki , bu qədər gənc bir şəxs ən mürəkkəb elmi və dini sualları asanlıqla cavablandırır və problemləri həll edir . Elə bu halda İmam mənə tərəf gəldi və yanımda oturdu. O fikrimdən keçənləri oxuyaraq dedi: Ey Əli ibni Əsbat Allah-Taala imamların imaməti üçün dəlil gətirir, peyğəmbərlərin peyğəmbərliyinə olduğu kimi . Sonra Məryəm surəsinin 12-ci ayəsini oxudur .Bu ayədə Yəhyanın hələ uşaq ikən peyğəmbərliyinə və həkəmiyyətinə işarə olunur .Sonra dedi : Bəli bu mümkündür . Allah hikmətini hələ uşaq ikən istədiyi şəxsə verə bilər . İmam Cavad (ə.s)-ın elmi bacarığı dini və elmi şəxsiyyətlərin təəccübünə səbəb olmuşdur . Mütəfəkkirlər və alimlər Həzrət Cavad (ə.s)-ın elmi bir hissəsi ilə tanış olduqları zaman o həzrətin elminin ucsuz-bucaqsız ilahi elm dəryasından mənşə aldığını etiraf etməyə məcbur oldular . İmam Cavad(ə.s)-ın elmi mübahisələri çox maraqlı və ibrətamiz idi . O həzrət bu elmi mübahisələr zamanı alimlər və fəqihlərin elmi suallarını cavablandırır və onların problemlərini həll edirdi.
İmam Cavad (ə.s) siyasi axımdan çox çətin bir vəziyyət ilə üz-üzə idi . O həzrət Abbasi xəlifələri olan Məmun və Mötəsəmlə bir vaxtda yaşayıb .Abbasi xəlifələri xalq ilə imam arasında yaxın əlaqələrin bərqərar edilməsindən qorxurdular . Çünki İmam cavad (ə.s) da digər imamlar kimi zalım hakimlərin zorakılıqları və xalqı aldatmaları qarşısında sükut etmir və xalqı maarifləndirməyə çalışırdı. İmam Cavad (ə) siyasi və ictimai gerçəklikləri bəyan etməkdə çox aydın və aşkar mövqeyə malik idi . Elə buna görə də buyurub : Zalım , zalıma kömək edən , və zülm qarşısında sükut edənlərin hamısı bu günahın şəriki sayılırlar .
Xalqın İmam Cavad(ə.s)-a böyük məhəbbət bəsləməsi və İmamın elm sahibləri ilə yaxın əlaqəyə malik olması səbəb oldu ki , Məmun o həzrəti nəzarət altında saxlamaq üçün hiyləyə əl atsın. Buna görə də imamı Bağdad xilafətin mərkəzinə dəvət etdi. Əlbəttə bu hərəkət imamın xalq arasında malik olduğu imicinə heç bir mənfi təsir göstərmədi . İmamın mənəvi cazibəsi sərhədləri aşdı və xalqı özünə məftun etdi . İmam Cavad (ə.s) o qədər əliaçıq və səxavətli idi ki , hətta bir şəxs öz istəyini bəyan etməzdən öncə İmam onu öz lütfü ilə tanış edərdi . İmamın yanına gələn heç bir kəs onun yanından əliboş qayıtmazdı . Xalq və imam arasındakı mənəvi bağlılıq o qədər yüksək və yaxın idi ki , hətta insanlar öz şəxsi problemlərini belə imam açıqlamaqdan və ondan məsləhət almaqdan çəkinməlidir . Bəkr ibni Salih adlı bir şəxs deyir : İmam Cavad (ə.s)-a bir məktub yazıb ona bildirdim ki , atam müsəlman deyil, çox tərs və zalım bir adamdır və sizin davamçılarınızdan olduğun üçün mənimlə yola getmir . Mənim üçün düa edin və mənə nə etməli olduğumu deyin. Atamla yola gedim , yoxsa onu tərk edib?
İmam Cavad (ə.s) ona cavab olaraq yazır : Atan haqda yazdıqlarını dərk etdim . Mən davamlı olaraq sənin üçün dua edirəm. Yola getməyin daha yaxşı olduğunu bilməni istəyirəm . Əlbəttə bu yolda çətinliklər də var . Səbirli ol ki , pərhizkarların sonu yaxşı olar . Allah-Taala səni tutduğun yolda qorusun .Bəkr ibni Salih deyir : Ondan sonra imamın duası ilə Allah-Taala atamın ürəyini mənimlə mehriban etdi, belə ki , artıq heç bir şəraitdə mənə qarşı çıxmadı. İmansız şəxslərdən uzaq olmaq və ləyaqətsiz insanlarla dostluq etməkdən çəkinmək məsələsi İmam Cavad (ə.s) tərəfindin çox təkid edilən məsələlərdən idi belə ki , İmam bunu qılınc zərbəsindən xilas olmağa bənzədib və deyib : Pis adamla dostluq etməkdən çəkin. Çünki o sıyrılmış qılınc kimidir . Zahiri görünüşü gözəl olsa da gördüyü iş xoşa gəlməzdir . O Həzrət habelə insanları pis adamlarla oturub-durmaqdan çəkindirib və bunu yaxşı insanlar haqda mənfi fikirlərin yaranmasına səbəb olan amil adlandırıb .O həzrət deyib : Pis adamlarla eyni məclisdə olmaq xalqın yaxşı adamlar haqda pis fikirləşmələrinə səbəb olan amillərdəndir .
Tarixi rəvayətlərin birində deyilir : Bir dəfə uzaq yerdən İmam Cavad (ə.s) üçün dəyərli hədiyyə gətirdilər . Amma karvan yolda yol kəsənlər tərəfindin hücuma məruz qalır və karvanın bütün malı oğurlanır . İmam üçün hədiyyə gətirən şəxs o həzrət məktub yazaraq , İmam Cavad (ə.s)-ı hadisə haqda məlumatlandırır. İmam Cavad(ə.s) cavab olaraq o şəxsə bir məktub yazır və bildirir : Canlar və mallar Allah-Taalanın gözəl nemətlərindən və hədiyyələrindəndir . Bu nemətlərdən nə qədər faydalansaq bir o qədər sevindirici haldır . İtirdiklərimiz isə əgər səbirli ola , onda savabını almış olarıq .Çətinliklə üzləşən amma səbir etməyən şəxsin savabı xarab olar . İmam Cavad 25 il həyat sürüb . O öz həyatı boyunca İslam mədəniyyəti və maarifinin genişləndirilməsi yolunda çalışıb . Zamanın tələblərinə uyğun olaraq müxtəlif mövzularla bağlı bəyanatlar və fikirlər səsləndirib . Bu da o həzrətin dəyərli bir irsin qalmasına səbəb olmuşdur . Bu imamın varlığı sayəsində 100 artıq tanınmış alim və mütəfəkkir o həzrətin dəyərli sözlərindən faydalanaraq dəyərli kitablar yazıb və əsərlər yaradıblar . Əhli beyt (ə.s)-dan bizə gəlib çatanlar elə bu böyük şəxsiyyətlərin səylərinin nəticələridir. Mətnimizi o həzrətin bir neçə dəyərli kəlamı ilə başa çatdırırıq. " İşdən öncə fikirləşmək səni peşmançılıqdan xilas edər", "Allah-Taalaya inam , Allaha çatmaq üçün bir nərdivandır". "Allaha etibar edən hər bir kəsə Allah-Taala xoşbəxtlik bəxş edər və "Allaha təvəkkül edən şəxsə Allah-Taala işlərində yardım edər".

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə