Miras və İslam üçün AlHassanain Network Düşüncə

HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ

0 Nəzərlər 00.0 / 5

HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ

Pərvərdigari-aləm Qur`ani-məcidin «Maidə» surəsinin 35-ci ayəsində buyurur:

«Ey iman gətirənlər! Allahdan qorxun! Ona [Onun rəhmət və lütfünə qovuşmaq üçün] yol axtarın......»

Dünyanın yaradılışından indiyə qədər yer üzünə peyğəmbərlər gəlmiş və hər birinin Allah tərəfindən verilmiş özünəməxsus mö`cüzələri olmuşdur. Mö`cüzə, yalnız peyğəmbərə verilir. İmamlar və Allaha yaxın olan digər övliyaların gördükləri xarüqüladə işlərə isə «kəramətlər» deyilir. Allah yanında xüsusi məqama malik olanlar, xüsusən də Mə`sum İmamlar (əleyhimussalam) bu cəhətdən daha üstündürlər.

Qarşınızdakı bu kitabda Həzrət Əli (əleyhissalam)-ın oğlu, Kərbəla qəhrəmanı, imam Hüseyn (əleyhissalam)-ın ələmdarı həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın «kəramətləri» və insanlara verdiyi şəfaətlərdən söz açılır. Onu da qeyd edək ki, bütün bu kəramətlər yalnız, Allahın izni ilə yerinə yetirilir. Kitabın müəllifi (höccətül İslam Əli Rəbbani Xəlxali) bu «kəramətləri» məktbular vasitəsi ilə dünyanın müxtəlif yerlərindən cəm etmiş və əziz müsəlman qardaş və bacılardan ötrü qələmə almışdır.

Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın kəramətlərindən yazmaq istəsək cilidlərlə kitablar yazmaq olar. Azərbaycanın xalis mö`minləri bunu daha gözəl başa düşürlər. Mənim çoxdan zehnimdə bu barədə bir şey yazmaq fikri dolanırdı. Kitabın müəllifi bu kitabın tərcüməsini təklif etdikdə bunu öz istəyim kimi qəbul etdim. Azərbaycanda çox az şəxs tapılar ki, həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın kəramətindən eşitməsin. Mən özüm lap uşaq vaxtından Azərbaycanın səfalı guşələrindən biri sayılan muğan məntəqəsində, yə`ni, İmişli şəhərinin Qaravəlli kəndində həzrət Əbülfəzl Abbas (əleyhissalam)-a olan ehtiramı müşahidə etmişəm. Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın adı gələndə ağsaqqal və ağbirçək müsəlman qardaş və bacıların ixtiyarsız olaraq göz yaşları axır. Bütün bunlar, Azərbaycan müsəlmanlarının on dörd Mə`sumlarlarla (əleyhimussalam) yanaşı bu şərəfli şəxsiyyətə də böyük ehtiramından xəbər verir.

Bu kitabda deyilənlərin həqiqətinə söz yoxdur və belə kəramətləri, yalnız qəlbləri pak olanlar anlaya bilərlər.

Kitabda həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın kəramətləri arasında, Əhli-Beyt (əleyhimussalam)-ın aşiqlərindən ötrü Əbülfəzl Abbas (əleyhissalam) və Kərbəla şəhidləri barəsində yazılan “mərsiyələr” də yazılmışdır. Bu mərsiyələri Əbülfəzl aşiqi, ömür-gününü İslam dininin xidmətinə həsr etmiş, mərhum atam Məşədi molla Vəli bir yerə yığmış və bizlərin əlinə yetirmişdir. Ümidvaram ki, bu işlərin müqabilində həzrət Əbülfəzl Abbas (əleyhissalam) öz şəfaətini onadan əsirgəməsin!

Onu da qeyd etmək istəyirəm ki, bə`zən Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın adından şəxsi mənafelərindən ötrü istifadə edib, mə`nasız işlər görənlər də tapılır. Belə şəxslər üçün də bu kitab bir ibrət dərsi olmalıdır. Biz müsəlmanlar Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın hansı məqsədlə və nə uğrunda şəhadətə yetməsini fikirləşməli və əməllərimizi onun getdiyi yol və etdiyi hərəkətlərlə uyğunlaşdırmalıyıq. Yalnız belə olan halda, Allah bizim dualarımızı tez qəbul edər və Qiyamət günündə o Həzrətin şəfaətini bizdən əsirgəməz.

Pərvərdigara! Sən Özün bizim günahlarımızdan keç və bizim nəfsimizi ağlımıza tabe et!

Amin! Ya Rəbbəl aləmin!

HƏZRƏT ƏBÜLFƏZLİN (Ə) BABASI VƏ NƏNƏSİ İLƏ TANIŞLIQ

Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın cəddinin adı Əbu Talibdir. «Əbu Talib» əslində onu əsl adı deyil, bəlkə də ləqəbidir. Onun əsl adı barəsində tarixçilər arasında ixtilaf vardır. Məşhur budur ki, Əbu Talibin əsl adı «Əbdül Mənar»dır.

Əbu Talibin dörd oğlu olmuşdur. Onların adları: Talib, Əqil, Cə`fər və Əli (əleyhissalam) olmuşdur. Onların hər birisi digərindən on yaş böyük idi. Talib Əli(əleyhissalam)-dan 30 yaş böyük olub. Onun nəslinin kökü olmayıb. Qureyş tayfası «Bədr» döyüşünə gələndə onu da özü ilə zorla aparıblar Lakin yolda itgin düşdüyünə görə döyüşdə iştirak etməmişdir. Bə`ziləri nəql edir ki, dənizdə qərq olmuşdur.

Əbu Talibin özü böyük şəxsiyyətlərdən olmuşdur. O, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) ilk iman gətirənlərdən olub və bu yolda əlindən gələn köməklikləri göstərmişdir. İmam Sadiq (əleyhissalam)-dan nəql olunan rəvayətlərin birində Əbu Talibin iman gətirməsi barəsində belə deyilir:

«Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə və insanların imanlarını başqa gözünə qoysaq Əbu Talibin imanı ağır gələr».

Nəhayət, be`sətin 10-cu ilində Əbu Talib öz dünyasını dəyişir. İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) hədsiz dərəcədə köməklik göstərən bu şəxsiyyətdən sonra müşriklər cür`ət tapıb Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) tərəf hücuma keçirlər. Əbu Talibin vəfatından 30 və yaxud 45 gün sonra Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zövcəsi mö`minə xanım Xədicə də dünyasını dəyişir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) həmin ili «hüzn ili» adlandırır.

HƏZRƏT ƏBULFƏZL ABBASIN NƏNƏSİ FATİMƏ ƏSƏD QIZIDIR!

Əsəd qızı Fatimə islam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirdikdən sonra bütpərəstliklə mübarizəyə başlayır. Bu mö`minə qadın Xədicədən sonra ilk qadın idi ki, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) iman gətirmişdi. Onun islam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) yanında çox böyük hörməti var idi. Belə ki, vəfat edərkən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz köynəyini ona geyindirib dəfn edir.

ƏLİ (Ə) ƏBULFƏZL ABBASIN ATASI!

Həzrət Əli (əleyhissalam)-ın barəsində danışmaqdan ötrü xüsusi kitaba ehtiyac vardır. Lakin qısa da olsa Həzrətin həyatına nəzər sala bilərik.

Əli (əleyhissalam) be`sətdən on il qabaq müqəddəs Kə`bədə doğulmuşdur. Otuz il imamətlik dövründə cəmi dörd il doqquz ay xilafətdə olmuşdur. Hicrətin 40-cı ili Ramazan ayının 19-da (Allahın lə`nətinə gəlmiş) ibni Mülcəm adlı həyasız bir varlıq tərəfindən qılınclanmış və nəhayət 21-də şəhadətə yetmişdir.

Əli (əleyhissalam) Mə`sum imam olmaqla yanaşı özünün şücaəti və qəhrəmanlığı ilə tanınmışdır. Ədalət naminə həyatından belə keçməyə hər an hazır olan İmam (əleyhissalam), özünün əxlaqi xüsusiyyətləri ilə bəşərə nümunə idi. Tarix səhifələrində çoxlu kəramətlərinin olduğu göstərilir. İmamın kəramətlərindən, əli kəsilmiş şəxsə əl bağışlaması, anadan gəlmə kor yetimin gözlərinin açılması, ölünün kəllə sümüklərinin İmamla danışması, Əshabı Kəhfin dirilməsi və onunla söhbət etməsi, o cümlədən onlarla belə kəramətləri tarix kitablarında qeydə alınmışdır.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə