Miras və İslam üçün AlHassanain Network Düşüncə

HƏZRƏT ƏLI ƏKBƏRIN (Ə) SƏADƏTLI TƏVƏLLÜDÜ

0 Nəzərlər 00.0 / 5

HƏZRƏT ƏLI ƏKBƏRIN (Ə) SƏADƏTLI TƏVƏLLÜDÜ

Hicri təqvimi ilə 33-cü il, şəban ayının on birinci günü, həzrət Əli Əkbər dünyaya göz açdı. Onun atası həzrət Seyyidüş-şühəda (ə), anası, leyla binti Mərrə Səqəfi idi. (Əli Əkbər (ə), Müqərrəm: səh. 15)
Onun künyəsi Əbulhəsən, ləqəbi Əkbər idi. Mötəbər rəvayətə əsasən, o cənab imam Hüseynin (ə) ən böyük övladıdır.
Həzrət Əli Əkbər (ə), gözəlüzlü bir gənc idi. Görünüş və rəftarda camaat arasında peyğəmbərə (s) daha çox bənzərdi. (Əbsarül-eyn, səh. 21) Bir gün Müaviyə, özününü xəlifəliyi dövründə öz ətrafdakılarından soruşdu: “ Kim xəlifəliyə layiqdir?”

Hamı yaltaqcasına dedi: “Səndən başqa bir kəsi layiq görmürük”. Müaviyə dedi: “ Yox, belə deyil. Xəlifəliyə Əli ibn Hüseyn (ə) daha layiqdir. Çünki babası Rəsulullaha (s) çox bənzəyir. Onda şücaət, səxavət, gözəlliyin hamısı var. (Müntəhayül-əmal, 5-ci bab, səh. 346)
Müaviyənin bu sözündən belə məlum olur ki, həzrət Əli Əkbər (ə), xassə və ammənin dilinə düşmüdü. Düşmənin etirafına görə imamlardan (ə) başqa xəlifəliyə və imamlığa layiq tək şəxsdir. Bunu peyğəmərlik və vilayət məqamının ən qatı düşməni etiraf edir ki, Əli Əkbər üstün əxlaqi keyfiyyətlərə sahib idi.
Külli olaraq, Əli Əkbərin (ə) - təqva ülgüsünün ruhi əzəmətinin, məqam, elmi, fəsahət, kəmal və cəmalının nə həddə olduğunu anlamaq üçün onun aşura günü meydana gedən zaman uca atasının (ə) bu cümləsinə diqqət etmək kifayət edər:
“Ey Allah, şahid ol ki, camaat arasında camal, kamal, xilqətdə, xasiyyətdə peyğəmbərə (s) ən çox bənzəyən bir şəxsi kafirlərlə döyüşmək üçün göndərirəm. Biz hər zaman peyğəmbəri görmək istəsəydik, onun üzünə baxardıq.” (Müstədərəkül-səfinətül-bihar, c. 5, s. 346 – Biharül-ənvar: c. 45, səh. 42)
Xatırladaq ki, həzrət Əli Əkbər (ə) aşura günü, İmam Hüseynin (ə) əshabından sonra ilk şəxs idi ki, uca atasının hüzuruna gəlib meydana getmək üçün icazə aldı və şəhadətə çatdı. İmam Hüseyn (ə), onun qana qərq olmuş bədənini qucağına götürüb belə byurdu: “ Səndən sonra kül dünyanın başına kül olsun! Səni öldürənləri Allah öldürsün! ” (Məqtəlu Muqərrəm: səh. 324, - Əbsarül-eyn: səh. 23)

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə