XANIM FATİMEYİ ZƏHRA (S)
İMAM ƏLI (Ə)IN SONRA, HƏSƏN (Ə) A YAZDIĞI VƏSIYYƏTLƏRINDƏNDIR (1)
- Çap olmuş
İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra, Hazirində (Siffeyn bölgəsi yaxınlığında yer adıdır) Həsən ibn Əli əleyhiməs-salama yazdığı vəsiyyətlərindəndir. (Azğınların ardınca getmək nəticəsində) ipinizin qırılması (əhd-peymanı pozmaq), düşmənçilik və müxalifət etməyiniz (nalayiq işləriniz) nadan və xəbərsiz olduğunuz məsələlərdən deyildi. Amma mən sizin günahkarınızı bağışladım, qılıncı üz çevirib qaçanınızdan saxladım, üz tutanınızı (qayıdanınızı) qəbul etdim. Lakin bundan sonra əgər haqqa zidd pozğunçuluq və səhv düşüncələr sizi mənimlə düşmənçilik və müxalifətə sövq etsə, bilin ki, öz atlarını yaxına gətirərək öz minik dəvəsinə palan qoyan mən olacağam. Əgər məni özünüzə tərəf gəlməyə məcbur etsəniz, sizinlə elə döyüşə başlayacağam ki, Cəməl müharibəsi onun yanında (qazan dibi) yalayanın (qazanın dibini) yalaması kimi olsun. Hərçənd ki, sizə tabe olanın fəzilət və böyüklüyü və (sizə, mənə qarşı çıxmamaq barəsində) öyüd-nəsihət verənin haqqından da xəbərdaram. Eyni zamanda günahsıza vurulmuş töhmətdən və vəfalıya qarşı peymanını pozandan da keçməyəcəyəm. (Müharibə zamanı haqq ilə batili bir-birinə qatışdırmayacaq, kimin öldürülməli və kimin buraxılmalı, kimin cəzasına çatdırılmalı və kimin mükafatlandırılmalı olmasını yaxşı bilirəm.)