Miras və İslam üçün AlHassanain Network Düşüncə

İCTIMAI PROQRAMLAR

0 Nəzərlər 00.0 / 5

İCTIMAI PROQRAMLAR

Bəşər cəmiyyətinin quruluşunda islaha ehtiyacı olan yönlərdən biri də ictimai proqramların bərqərar edilməsidir. Aləmin böyük ədalət hökumətində cəmiyyətin işlərini sahmana salmaq üçün Qur`an göstərişləri və Əhli-beyt sünnəsi əsasında olan proqramlar nəzərdə tutulmuşdur ki, onların icra edilməsi nəticəsində həyat mühiti insanların mə`nəvi və maddi təkamülü üçün hazır bir şəraitə malik olacaqdır. İlahi hakimiyyətin qurulduğu bir dünyada yaxşılıqlar yayılacaq, pisliklərin qarşısı alınacaq, pis əməl sahibləri ilə qanuni şəkildə rəftar ediləcək, ayrı-ayrı insanların ictimai hüquqları bərabər şəkildə tə`min olunacaq və ictimai ədalət özünün həqiqi mə`nasında bərqərar ediləcəkdir.

Yaxşı olardı ki, rəvayətlərdə yaxşılıq və gözəlliklər dünyasının cilvəsini nəzərdən keçirək:

1-Əmr be mə`ruf və nəhy əz münkər vacibinin dirçəldilməsi və yayılması

İmam Məhdi (ə)-ın dünya səviyyəli hökumətində böyük vəzifələrdən biri olan əmr be mə`ruf və nəhy əz münkər fərizəsi geniş bir səviyyədə icra olunacaqdır. Həmin vacib əməl ki, Qur`an ona çoxlu tə`kidlər etmiş və onu, ümmətlər arasında seçilmiş bir ümmət olan islam ümmətinin xüsusiyyətlərindən biri kimi təqdim etmişdir.[1] Belə ki, onun səbəbi ilə bütün ilahi vaciblər cəmiyyətdə bərqərar edilir[2] və onun barəsində güzəştə gedilməsi, ona qarşı səhlənkarlıq edilməsi isə yaxşılıqların məhv edilməsinə, cəmiyyətin həlakətə doğru sürüklənməsinə, və cəmiyyətdə pis əməllərin və xoşagəlməz halların yayılmasına səbəb olur.

Əmr be mə`ruf və nəhy əz münkər əməlinin ən bariz və gözəl nümunələrindən biri də budur ki, hökumətin rəisi və onun işçiləri rəiyyəti yaxşı işlərə də`vət edib, pis işlərdən çəkindirsinlər.

İmam Baqir (ə) buyurur:

اَلْمَهْدى وَاصْحابُهُ... يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ

«Məhdi və onun köməkçiləri...

Əmr be məruf və nəhy əz münkər işini yerinə yetirər.»[3]

2-Fitnə-fəsad və əxlaqi rəzalətlərlə mübarizə

İlahi hökumət göstəricilərindən olan nəhy əz münkər məsələsi təkcə dildə yerinə yetirilməyəcək; əksinə yaramaz işlərlə çirkinliklərlə əməli olaraq mübarizə aparılacaq, cəmiyyətdə fəsada, rəzalətlərə artıq heç bir yer qalmayacaq, həyat mühiti çirkinliklərdən büsbütün təmizlənəcəkdir.

Qeybdə olan imamdan ayrılıq və fəraq ahəngi sezilən «Nüdbə» duasında belə oxuyuruq:

أَيْنَ قاطِعُ حَبائلَ الْكِذْبِ وَالْاِفْتِراءِ اَيْنَ طامِسُ آثارَ الزَّيْغِ وَالْأَهْواءِ

«Hardadır yalanın, iftiranın kökünü kəsən?! Hardadır azğınlığın və həvayi-nəfslərin əsərlərini məhv edən?!»[4]

3-İlahi cəza tədbirlərinin icra olunması

Fitnə-fəsad, yaramaz işlər və pozğunluqlarla məşğul olanlarla mübarizə aparmağın müxtəlif növləri vardır. İmam Məhdi (ə)-ın hökuməti dövründə bir tərəfdən mədəni-marifləndirmə, əqaid və imanın möhkəmləndirilməsi yolu ilə fasidləri və günahkarları islahata və doğru yola qaytaracaqlar, digər tərəfdən də həyatın qanuni ehtiyaclarını tə`min etmək və ictimai ədaləti bərqərar etməklə fəsad və pozğunçuların yolu bağlanacaqdır. Lakin bütün bunlarla yanaşı, təcavüzkarlar, başqalarının hüquqlarını tapdalayanlar, ilahi hökmlərə qarşı laqeyd yanaşanlar, və qayda-qanunu qəbul etməyənlərlə şiddətli şəkildə mübarizə aparılacaq ki, həm onların qarşısı alınsın, həm də cəmiyyətdə başqalarının vasitəsi ilə fəsad yayılmasının qarşısı alınsın. Bu da fəsad əhli barəsində ilahi cəza qanunlarının icra edilməsindən ibarətdir ki, onun həddi-hüdudu İslamın cəza qanunları məcəlləsində bəyan edilmişdir.

Mühüm bir hədisdə Peyğəmbəri Əkrəm (onu İmam Cəvad (ə) nəql etmişdir( İmam Məhdi (ə)-ın xüsusiyyətlərini bəyan edərkən buyurmuşdur: «O, İlahi hüdudları (cəza qanunlarını) bərqərar edəcəkdir.»[5]

4-Məhkəmə qanunlarında ədalət

İmam Məhdi (ə)-ın hökumət proqramlarının başında ədalətin bütün yönlərdə bərqərar edilməsidir. O bütün aləmi haqq-ədalətlə dolduracaqdır, necə ki, zülm və haqsızlıqla dolmuşdur. Ədalətin icra olunma dairəsinin ən mühümü məhkəmə qanunlarıdır. Müasir dövrdə və qeyri-ilahi hakimiyyətlərdə zülmlərin və haqsızlıqların çoxu məhz məhkəmədə rəva görülür. Mal-dövlət nahaq yerə müsadirə olunur nahaq qanlar axıdılır, günahsız insanların abır-heysiyyəti təhlükəyə düşür! Dünyanın məhkəmə sistemlərində ən çox zülm əsasən, zəif saxlanmış şəxslərə qarşı rəva görülür, onların tərəfindən verilən hökmlər qüdrət sahiblərinin və zalım hakimlərin nüfuzu nəticəsində çoxlu insanların və qrupların mal-dövlətini və canlarını nahaq yerə məhv edir. Dünyaya aşiq olan qazilər də özlərinin və onlara bağlı olanların mənafeyini qorumaq üçün çoxlu hansı hökmlər vermişdir. Bir sözlə, nə çox günahsız insanlar olub ki, nahaq yerə dara asılmış və nə çox günahkar və müqəssirlər olmuşdur ki, onların barəsində ilahi qanunlar icra edilməmişdir!

İmam Məhdi (ə)-ın ədalət əsasında olanhakimiyyəti bütün zülmlərə və haqsızlıqlara son qoyacaqdır. İlahi ədalətin cilvəgahı olan İmam Məhdi (ə) ədalət məhkəmələrini icad edəcək, bu işə səlahiyyətli qaziləri, Allahdan qorxan və öz işlərində dəqiq olan icraçıları tə`yin edəcəkdir ki, dünyanın heç bir nöqtəsində, heç bir şəxsə qarşı zülm rəva görülməsin.

İmam Riza (ə) uzun bir hədisdə İmam Məhdi (ə)-ı və onun zühurunun gözəl dövranını bəyan edərkən buyurmuşdur:

فَاِذا خَرَجَ اَشْرَقَتِ الْاَرْضُ بِنُورِ رَبِّها وَوَضَعَ ميزانَ الْعَدْلِ بَيْنَ النّاسِ فَلايَظْلِمُ اَحَدُ اَحْداً

«O, qiyam edən zaman yer Allahın nuru ilə işıqlanacaq, o həzrət ədalət tərəzisini insanların arasında qoyacaq, (ədaləti elə şəkildə icra edəcəkdir ki), nəticədə heç kəs başqasına zülm və haqsızlığı rəva görməsin.»[6]

Bu rəvayətdən aydın olur ki, o həzrətin məhkəmə ədaləti o qədər geniş səviyyəli və dəqiq olacaqdır ki, zalımların və mənfəətpərəstlərin yolunu bağlayacaq, zülm və haqsızlığın təkrar edilməsinin və başqalarının hüquqlarına təcavüz etməyin adiləşməsinin qarşısını alacaqdır.



[1] Ali-İmran surəsi, 110-cu ayə

[2] Bu vacib əməl barəsində imam Baqir (ə) buyurur

«Əmr be mə`ruf və nəhy əz münkər elə bir vacib əməldir ki, onun vasitəsilə bütün vacibatlar bərqərar edilir.» Mizanul-hikmət, tərcüməsi, 8-ci cild, səh. 3704

[3] Biharul-ənvar, 51-ci cild, səh. 47

[4] Məfatihul-cinan, Nüdbə duası

[5] Biharul-ənvar, 52-ci cild, bab 27, hədis 4

[6] Biharul-ənvar 52-ci cild səh 321

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə