Miras və İslam üçün AlHassanain Network Düşüncə

İTTIHAD VƏ HƏMRƏYLIK

0 Nəzərlər 00.0 / 5

İTTIHAD VƏ HƏMRƏYLIK

Rəvayətlərə əsasən, imam Məhdi (ə)-ın dünya səviyyəli hakimiyyəti altında olan cəmiyyət bir-biri ilə müttəhid, səmimi olacaqdır. Məhdi (ə)-ın dövlətinin bərqərar olduğu bir dövürdə Allah bəndələrinin qəlbində kin-küdurətə, düşmənçiliyə yer olmayacaqdır.

İmam Əli (ə) buyurur:

وَلَوْ قَدْ قامَ قائِمُنا... لَذَهَبْتِ الشَّحْناءُ، مِنْ قُلُوبِ الْعِبادِ...

«Bizim Qaimimiz qiyam edən zaman bəndələrin qəlbindən kin-küdurət gedəcəkdir.»

O dövrdə kin-küdurət və düşmənçilik üçün heç bir bəhanə qalmayacaqdır: çünki ədalətin dövranı gələcək, heç kəsin haqqı tapdalanıb aradan getməyəcək, şəhvət pərəstlik deyil, əql qüvvəsinin fəaliyyət dövranı olacaqdır.[1] Buna əsasən, kin-küdurət və düşmənçilik üçün heç bir əsas qalmayacaqdır. Buna görə də insanların indiyə qədər pərakəndə və bir-birindən uzaq olan qəlbləri ünsiyyət və ülfət tapacaq, hamı Qur`anın buyurduğu qardaşlığa qayıdacaq,[2] sanki doğma qardaş olaraq bir-birinə qarşı mehribançılıq göstərəcəklər.

İmam Sadiq (ə), Məhdi (ə)-ın gözəl dövranını vəsf edərək buyurur: «(O dövranda) Allah Taala pərişan və pərakəndə qəlblərin arasında vəhdət və ülfət bərqərar edəcəkdir.»[3]

Burada Allahın xüsusi inayətinin rol oynaması da təccüblü deyildir çünki bu səmimiyyət və mehribançılıq elə bir həddə çatacaqdır ki, onun bu günkü dövranda –maddi çəkişmələrin və təzadların böhranlı səviyyəyə çatdığı bir dövrdə təsəvvür olunması olduqca çətindir.

İmam Sadiq (ə) buyurur: «Bizim Qaimimiz qiyam edən zaman (cəmiyyətdə) həqiqi dostluq və səmimiyyət bəyan olunacaqdır. Ehtiyacı olan hər bir şəxs əlini din qardaşının cibinə salaraq ehtiyacı olan qədər götürəcək və din qardaşı onun bu işinə mane olmayacaqdır.»[4]

Ruhi və fiziki sağlamlıq

Bu günkü bəşəriyyətin ən böyük çətinliklərindən biri də əlacı olmayan ağır xəstəliklərdən ibarətdir ki, bu da müxtəlif amillərin, o cümlədən ekoloji mühitin, müxtəlif kimyəvi, atom, mikrob və sair kimi silahların işlədilməsi nəticəsində aludə olmasından ibarətdir. Həmçinin, insanların bir-biri ilə qanunsuz əlaqələri, meşələrin və su ehtiyatlarının aradan aparılması da cüzam, taun fələc, infarkt və yüzlərlə bu kimi xəstəliklərin yaranma səbəbidir. Bu günkü yüksək səviyyəli müalicə üslübları belə, onları müalicə etməkdə acizdir. Cismi xəstəliklərə uzun siyahıya malik olan ruhi xəstəlikləri də əlavə etmək lazımdır ki, həyatı insanlar üçün çox acınacaqlı və dözülməz bir vəziyyətə salmışdır. Bu da dünyaya və insanlara hakim olan yanlış əlaqələrin nəticəsidir.

Ədalətin yayıldığı, fəzilətlərin və gözəlliklərin hökmranlıq etdiyi, rabitələrin qardaşlıq və bərabərlik əsasında qurulduğu dövlətdə Məhdi (ə)-ın kərim dövlətində insanların həm fiziki, həm də ruhi xəstəlikləri aradan gedəcək, onun ruhu və bədən qüvvələri qəribə şəkildə güclənəcəkdir.

İmam Sadiq (ə) buyurur: «Həzrəti Qaim qiyam edən zaman Allah xəstəlikləri mö`minlərdən uzaqlaşdıracaq, onlara sağlamlıq əta edəcəkdir.»[5]

Elmin qəribə şəkildə inkişaf etdiyi halda o həzrətin dövlətində heç bir əlacsız xəstəlik qalmayacaq, təbabət nəzərə çarpacaq dərəcədə inkişaf edəcəkdir. Həmçinin, o həzrətin vücudu səbəbi ilə xəstələrin çoxu şəfa tapacaqdır.

İmam Baqir (ə) buyurur: «Hər kəs biz Əhli-beytin Qaimini görsə, əgər bir xəstəliyə düçar olmuşsa şəfa tapacaq, əgər zəifliyə düçar olmuşsa qüdrətli olacaqdır.»[6]



[1] Əvvəlki iki bölmədə imam Məhdi (ə)-ın dövranında ədalət və o dövürdə insanların əqli cəhətdən kamala yetmələri barəsində söhbət olundu.

[2] «Həqiqətən mö`minlər bir-biri ilə qardaşdırlar ayəsinə işarədir. Hücurat surəsi, ayə 10

[3] Kamalud din, ikinci cild, 55-ci bab, hədis 7, səh. 548

[4] Biharul-ənvar, 52-ci cild, hədis 164, səh. 372

[5] Yenə orada, hədis 138, səh. 364

[6] Yenə orada, 68-ci hədis, səh. 335

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə